Yuxarı

SOCAR pulsuz qalacaq

SOCAR  pulsuz  qalacaq

  Neft hasilatımız azalır Zəfər Vəliyev: “Qarşıdakı illərdə də SOCAR aktivində olan aktiv quyu fondunun getdikcə azalmasının şahidi olacağıq” Azərbaycanda neft hasilatı 1 milyon tondan çox azalıb. 2017-ci ilin yanvar-mart aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 7,2 milyard manat olmaqla əvvəlki ilin analoji dövrünə nisbətən 7,9 faiz azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 9,5 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 4,8 milyard kubmetr təşkil edib. Neft hasilatı 9,9 faiz azalıb, qaz hasilatı isə 0,9 faiz artıb. Ekspertlərin qənaətincə, 2011-ci ildən sonra Azərbaycanın neft tarixində belə bir hadisə olmayıb. Azərbaycanda neft hasilatı həcmləri azalan xətt üzrə davam edərsə, hansı nəticələri gözləmək olar? Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, SOCAR üzrə neft hasilatı həcmləri qarşıdakı illərdə azalmaqda davam edəcək: “Bu əsasən, SOCAR aktivində olan və istismar edilən quruda yerləşən neft-qaz yataqları işlənmənin son mərhələsində olduğundan onların quyu fondunun istismarının səmərəliliyinin azalması ilə bağlıdır. Belə demək mümkünsə, ölkədə neft hasilatı özünün pik dövrünü arxada qoyub. Qarşıdakı illərdə də SOCAR aktivində olan aktiv quyu fondunun getdikcə azalmasının şahidi olacağıq. Bu azalma Azərbaycanın mövcud sənaye istismarında olan 8 neft-qaz rayonun hamısını əhatə edəcək. Ölkədə neft hasilatı ilə bağlı son 10 ilin statistik göstəricilərinə nəzər salsaq, aydın şəkildə görərik ki, illik neft hasilatı durmadan azalmaqda davam edir. Məsələn, əgər 2007-ci ildə SOCAR üzrə illik neft hasilatı 8,800 milyon ton təşkil edibsə, 2016-cı ildə 7,522 milyon ton təşkil etmişdi. Göründüyü kimi SOCAR -ın hasilatı sabit saxlamaq cəhdləri baş tutmayıb. Bu da təbiidir. Çünki mövcud neft yataqları qocalmış yataqlardır. Hətta neft hasilatında nanotexnologiyanın tətbiqi, hasilat və qazma effektivliyinin artırılması cəhdləri da bir nəticə verə bilməz”. Ekspertin sözlərinə görə, qarşıdakı illərdə ölkədə qaz hasilatında artmalar davam edəcək: “Son on ilin statistik göstəricilərinə nəzər salsaq, bunu aydın sezərik. Məsələn, əgər 2007-ci ildə SOCAR üzrə illik qaz hasilatı 5,997 milyard kubmetr təşkil etmişdisə, 2016-cı ildə 6,266 milyard kubmetr təşkil etmişdi. Qarşıdakı illərdə də ölkə üzrə qaz hasilatında artmalar baş verəcək ki, bu da ölkədə neft-kimya sənayesinin inkişafına, ixracyönümlü neft-kimya məhsullarının ixracına münbit şərait yaradacaq. Adıçəkilən məhsulların yaxın və uzaq xarici müştəri bazarlarında realizə edilməsinə əlverişli şərait mövcuddur. Hətta yaxın perspektivdə qlobal bazarlarda neftin qiymətinin aşağı olması fonunda belə məqsədli neft-kimya məhsullarının istehsalı və ixracının təşkili ölkəyə ciddi mənfəət gətirə bilər”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları