Yuxarı

Beynəlxalq Bankda yeni həbs dalğası?

Beynəlxalq Bankda yeni həbs dalğası?

Əkrəm Həsənov: "Cahangir Hacıyev bütün cinayətləri təkbaşına etməyib”

2015-ci ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında yaranan problem artıq 2 ilə yaxındır ki, həll olunmur. Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin müxtəlif yollarla dövlətə məxsus 15 miyard dollar həcmində vəsaiti ölkədən çıxarması bu problemin əsasını qoydu. Nəticədə ABB-də dərin maliyyə böhranı baş verdi. Bu problem təkcə ABB-ı ilə əhatələnmədi. Ölkə iqtisadiyyatına da ciddi təhlükə yaradan bu amil, ölkədə valyuta çatışmazlığına səbəb oldu. 

Ekspertlər 2015-ci ildə baş verən kəskin devalvasiyanı da məhz ABB-dən "yoxa çıxan”, daha doğrusu C.Hacıyev və ətrafının ölkədən çıxardığı 15 milyard dollarla əlaqələndirdilər. Sonradan valyuta bazarında yaranan dollar çatışmamazlığı növbəti kəskin devalvasiyaya səbəb oldu. Ölkədən çıxarılan 15 milyard isə qaytarılmadı. Ancaq maraqlı məqam bundadır ki, ABB-də yaşanan problemlərin tək günahkarı kimi Cahangir Hacıyev həbs olundu. Doğrudur, C.Hacıyevin xəbəri, icazəsi olmadan heç kim ABB üzərindən valyuta trasferti həyata keçirə biməzdi. Təbii  ki, ölkədən çıxarılan 15 milyardın da xeyir-duasını məhz Cahangir Hacıyev verib. Prosesin gedişatında ilkin görüntü ondan ibarət oldu ki, günahkar təkcə Cahangir Hacıyevdir və digər bankda rəhbər vəzifə tutan şəxslərin bundan xəbərləri yoxdur. Ancaq bu absurtdur. ABB-də gedən proseslərdən ən azında bankın o, zamankı İdarə Heyətinin xəbərsiz olması ən yaxşı ehtimalla mümkünsüzdür. Bəs niyə cəzalandırılan təkcə Cahingir Hacıyev oldu?

Ola bilər ki, prosesi aparanlar Cahangir Hacıyevdən başqa kimlərin birbaşa bu işlə məşğul olduğunu araşdırmaq üçün həmin şəxslərə toxunmur və prosesdən kənarda saxlanılır. Məlumatlara görə bankın rəhbər vəzifələrində olan bir neçə şəxs hələ də ABB-də qalır və öz işlərini davam etdirirlər. Ekspertlər hesab edir ki, bu gün ABB-də yaşanan problemlərin həll olunmaması və getdikcə daha da dərinləşməsi məhz həmin şəxslərin vəzifədə qalmaları ilə bağlı olan məsələdir.

Ancaq ehtimal olunur ki, dövlətin ABB-nin öhdəliklərini öz üzərinə götürməsindən sonra yeni həbs dalğasına start veriləcək. Bu prosesin qurbanları isə daha çox olacaq. Yəni, ABB-dəki həbs prosesi təkcə Cahangir Hacıyevlə yekunlaşmayıb və yaxın günlərdə yeni həbslərin şahidi olacağıq. ABB-ni dövlət bütövlükdə nəzarətə götürüb və prosesin gedişatı yeni faktların üzə çıxacağından xəbər verir. ABB-də baş verəcək yeni həbs dalğasının qurbanlarının kimliyi isə yaxın gələcəkdə məlum olacaq. Qeyd edək ki, Cahangir Hacıyevdən sonra bankın İdarə Heyətinə gətirilənlərin, daha dəqiq desək Elman Məmmədovun da qanunsuz işlərlə məşğul olması ABB-də yaşanan mənfi tendensiyanın davamı kimi qiymətləndirildi. Məlumat üçün bildirək ki, E.Məmmədov ABB-yə borcların qaytarılması üçün Dövlət Neft Fondunun investisiya şəklində yerləşdirdiyi 1 milyard dolları "qara bazar”a ötürdüyünə görə vəzifəsindən kənarlaşdırıldı. Bu isə bankda gedən mənfi tendensiyanın Cahangir Hacıyevlə bitmədiyinin sadəcə bir göstəricisidir.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Cümhuryət” qəzetinə açıqlamasında deyib ki, dövlətin əsas məqsədi Beynəlxalq Bankı təmizləmək, problemli kreditlərdən, borclardan xilas etmək və sonrakı mərhələdə bankı özəlləşdirməkdir: "Bu məsələdə qaranlıq qalan əsas 2 məsələ var. Bunlardan birincisi odur ki, bu bankı bu günə qoyanların aqibəti necə olacaq? Təkcə Cahangir Hacıyevin həbs olunması ilə bu məsələ bitə bilməz. Çünki o, bu işləri təkbaşına edə bilməzdir. Cahangir Hacıyevə bu işləri görmək üçün ən azı yüzlərlə kömək edən lazımdır. Niyə onlar məsuliyyətə cəlb olunmur? Niyə həmin şəxslərin bir çoxu hələ də Beynəlxalq Bankda yüksək vəzifə tuturlar? Hazırda həmin şəxslər Beynəlxalq Bankda tutduğu vəzifədədir və hətta bəzilərinin vəzifəsi artırılıb. Məgər Cahangir Hacıyev bütün cinayətləri təkbaşına edib?”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları