Yuxarı

1.081 milyard dollar Azərbaycandan niyə çıxarılıb?

1.081 milyard dollar Azərbaycandan niyə çıxarılıb?

"Ucuz vaxtlarında belə iqtisadiyyatımızın taleyi neftin əlində idi”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı qeyd edib ki, 2017-ci ilin I rübünün yekunlarına görə, Azərbaycana daxil olan təxminən 7.5 milyard dollar valyuta vəsaitlərinin 72.5%-i neft-qaz sektoru vasitəsilə daxil olub: "Cari əməliyyatlar hesabı çərçivəsində ölkəyə gələn 4.930 milyard dolların 3.361 milyardı (68.1%) neft sektorunun ixrac gəlirləridir. Maliyyə hesabı çərçivəsində Azərbaycana gələn 2.654 milyard dolların 2.080 milyardı (78.2%) neft sektoruna yönəldilən sərmayələrdir. 3 ay ərzində neft sektoruna birbaşa investisiya formasında 1.6 milyard, 955 milyon dollar portfel investisiya formasında, 491 milyon kreditlər formasında daxil olub. Amma iş orasındadır ki, Azərbaycandan kənara çıxarılan təxminən 6.9 milyard dollar vəsaitin də əsas hissəsi (57.5%) neft-qaz sektoru vasitəsilə çıxıb. Cari hesablar çərçivəsində neft sektorunun valyuta ilə əməliyyatlarına 1.845 milyard dollar xərclənib”. 

Rövşən Ağayev bildirib ki, bu vəsaitlərdən 273 milyon dolları neft sektorunun ehtiyacları üçün əmtəələrin, 977 milyon dolları xidmətlərin (əsasən tikinti) idxalına, 1.1 milyard dolları xarici neft şirkətlərinin investisiya və mənfəətinin repatriasiyasına, 453 milyon dolları birbaşa sərmayə formasında xaricdəki investisiya layihələrinə, 1.081 milyard dolları "depozitlər və nağd valyuta" maddəsi altında neft sektorunun ehtiyacları üçün sərf olunub: "Bu statistikada Mərkəzi Bankın aydınlıq gətirməli olduğu 2 mühüm informasiya var: ölkənin neft sektoruna daxil olan 955 milyon dollar portfel investisiyanın təyinatı və ölkədən neft sektorunun adına "depozitlər və nağd valyuta" maddəsi ilə ölkədən çıxan 1.081 milyard dollar vəsaitin çıxış məqsədi nədir? Mərkəzi Bankın tədiyyə balansı ilə bağlı hesabatlılığı şəffaflıq baxımından "2"yə layiqdir”.

Mənsur