Yuxarı

BTC türk kəmərinə çevrilir

BTC türk kəmərinə çevrilir

2018-ci il üçün Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə Türkmənistan neftinin ixrac edilməsi ilə bağlı müqavilə bağlanıb. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib ki, nəql olunan nefti həcmi 3-4 milyon ton təşkil edəcək ki, bu da Türkmənistan neftinin ixracının təxminən 100 faizinə bərabərdir. Ə.Əhmədzadə həmçinin Qazaxıstan neftinin BTC ilə nəqli olunması ilə bağlı hələlik müqavilə imzalanmayıb, lakin müvafiq danışıqlar aparıldığını bildirib.

BTC-nin əhatə dairəsi genişlənir və məlumdur ki, regionda bunu istəməyən dövlətlər var. Bu baxımdan BTC-nin əhatə dairəsinin genişlənməsi hansısa təxribatlara səbəb ola bilərmi?

Siyasi şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında hansısa təxribatların olacağına inanmadığını deyib. Onun sözlərinə görə, bu cür müqavilələr qarşılıqlı maraqlar kontekstində imzalanır:

 "Azərbaycana qarşı bu yöndə hansısa təzyiqlərin olacağı gözlənilmir. O mənada ki, bu Azərbaycan tərəfindən təhrik olunan bir hadisə deyil. Bu bilavasitə qarşılıqlı maraqlar çərçivəsində qəbul olunan qərardır.Ayrıca bütün dövlətlərin öz enerji resurslarını şaxələndirmək yolu ilə satış bazarına çıxarmaq istəyirlər ki, hər hansı bir dövlətdən asılı olmasınlar.Hesab edirəm ki, bu normal siyasətdir.Digər tərəfdən düşünmürəm ki, Türkmənistan bütün neftini Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac edəcək.Çünki bu neft paralel olaraq Çinə və Rusiyaya da satılır.Bu yaxınlarda Rusiya prezidentinin də Türkmənistana səfəri baş tutdu.Səfər çərçivəsində atılan addımlar Türkimənistanı əməkdaşlığa sövq etmək cəhdi kimi dəyərləndirilməlidir.Zaman-zaman bu istiqamətdə Rusiya-Türkmənistan arasında problemlər olur.Təkcə neft deyil, Türkmənistan qazının Rusiyaya satılması ilə də müəyyən problemlər yaşanır.Bu problemlər isə adətən qiymətlə bağlı olur.Türkmənistan rəhbərliyi Azərbaycan vasitəsilə neft ixrac etməklə yanaşı, təzyiqlərdən yayınmaq üçün Rusiyaya da neft və qaz satacaq”.

Natiq Miri hesab edir ki, Azərbaycana qarşı ümumiyyətlə təzyiq elementi yoxdur:

"Xəzər dənizinin dibi ilə çəkilmiş yeni Trans Xəzər Qaz xətti ilə olsaydı təbii ki, o, zaman Rusiya və İran müəyyən təzyiq vasitələrindən istifadə edə bilərdi. Rusiya və İran istəmədiyi üçün dənizin dibindən keçəcək Trans Xəzər Qaz layihəsi  havadan asılı qalıb. Bu layihənin reallaşması üçün Qərb dünyasının ciddi dəstəyinə ehtiyac var. Ancaq gəmilərlə neftin daşınması və Ceyhan limanına ötürülməsində heç bir problem olmayacaq”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları