Yuxarı

Moskva "küləyi” Bakıda ev bazarını vurur?

Moskva

Moskvada evlərin qiymətində ucuzlaşma olub. Rusiya paytaxtında  evlərin real satış qiyməti ilin əvvəlindən rubl ifadəsində 8% geriləyərək 2011-ci ilin səviyyəsinə düşüb.

Belə ki, təklif olunan evlərin qiyməti son 4 ilin minimal həddinə geriləyərək orta hesabla hər 1 kv. metr üçün 178 200 rubl və ya 3 020 dollar təşkil edib. Ekspertlərin fikrincə, 2017-ci ili daşınmaz əmlakın satışı baxımından qənaətbəxş hesab etmək olar. Yəni 2017-ci il daşınmaz əmlak bazarı üçün qeyri-dinamik il kimi xarakterizə oluna bilər. Ötən il qeydə alınmış göstəricilərlə müqayisədə bu il ərzində qiymətlərin 11,5 faiz azalması müşahidə olunub. Şəhərin mərkəzi hissələrində qiymətlər daha çox azalıb və bu çox köhnə tikililərdə qeydə alınıb. Bölgə üzrə isə qiymətlər 20 faizə qədər ucuzlaşıb. Ötən ilin sonunda bazara təklif olunan 100 minlik mənzil hazırda 80-85 min manat arasında satılır.

Maraqlıdır, Azərbaycanın mənzil bazarında qiymətlər yaxın vaxtlar üçün necə dəyişəcək?

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hazırda evlərin qiyməti 2012-ci ildəki kimidir, yəni elə Moskvadakı evlərin qiymətləri ilə paraleldir: 

"Yeni ilin ikinci rübündə ola bilsin ki, ucuzlaşma davam etsin, sonradan isə qiymətlər stabilləşməyə doğru gedəcək. Evlərin qiymətindəki ucuzlaşma tək Azərbaycanla deyil, digər ölkələrlə də bağlıdır. Azərbaycanın biznes əlaqələri hansı ölkələrlədirsə, orada baş verənlər bizə də təsir edir. 

Həm əhalinin alıcılıq qabiliyyəti aşağı düşür, həm bu gün əhali kredit təşkilatları ilə çox az işləyir, həm də maliyyə institutları bu bazara az pul buraxır”. 

Alçina Amilqızı






Həftənin ən çox oxunanları