Yuxarı

Azərbaycanda bağlanan və bağlanacaq banklar: Siyahı var

Azərbaycanda bağlanan və bağlanacaq banklar: Siyahı var

Bir neçə gündür ki, ölkədə fəaliyyət göstərən daha bir bank fəaliyyətini dayandırıb. "DəmirBank”ın fəaliyyətini dayandırması yeni ildə daha hansı bankların bağlanacağını bir daha gündəmə gətirib. 

Sualımızı iqtisadçı-ekspert Akif Nəsirli cavablandırıb. 

Cebhe.info-ya açıqlama verən iqtisadçı yeni il üçün olan proqnozlardan danışıb:

"2015-ci ildən ölkənin maliyyə bazarında başlayan böhran hələ də davam edir. 2015-ci ildən etibarən bankların ardıcıl olaraq, bağlanmasını müşahidə etdik, bu proses hələ də davam etməkdədir. Dekabrın 23-də "Dəmirbank” bağlandı”. 

İqtisadçı bildirib ki, 2015-ci ildə bir neçə bank bağlanıb, bu proses növbəti il və cari ildə də davam edib: "Öncə "Azərbaycan Kredit Bankı” ASC fəaliyyətini dayandırdı. "Bank of Azerbaijan", "Qafqaz İnkişaf Bankı”, "Atrabank”, "Texnika bank”, "Bank Standart”, "Deka Bank”, "Kredo Bank”, "Parabank”, "Zamin Bank” və bu il "Dəmirbank” ASC fəaliyyətini dayandırdı”. 

Maraqlıdır, növbəti ildə hansı banklar fəaliyyətini dayandıra bilər? 

İqtisadçı hesab edir ki, "Dəmirbank”ın bağlanması ilə bu proses başa çatmayacaq. 

"Bir neçə bankın aktivləri ilə passivləri arasında kəskin fərqlər var. Bankların gəlirlərindən çox borcları var ki, bu siyahıya da "Muğan Bank”, "Nikoil Bank”, "Unibank”, "AF Bank”ı daxil etmək olar. Bir az da araşdırsaq bir neçə bankı da bura əlavə edə bilərik. Hansı ki, bu bankların gəlirləri borcları ödəməyə imkan vermir. Yəqin ki, 2018-ci ildə bu banklardan da bir neçəsi sıradan çıxacaq”.

Vəziyyətdən çıxış yolu üçün müəyyən tədbirlərin görülməsi labüddür: 

"Hesab edirəm ki, maliyyə sferasında sağlamlaşma aparılmalıdır. Lakin bu o demək deyil ki, proses çərçivəsində bütün problemli banklar bağlanmalıdır.  Aazərbaycanda bankların təmərküzləşmə prosesi getməlidir, banklar iddialarındna əl çəkərək maliyyələrini birləşdirməli, bununla da maliyyə koorporasiyası, bir bank yaratmaq mümkündür. Bunun üçün də banklarla bağklı qanunvericilik dəyişməli, yenilənməlidir. Azərbaycan dünya maliyyə sferası ilə ayaqlaşmaq istəyirsə, bunun üçün qanunvericlikdə dəyişiklik labüddür. Qanunlar bir qədər açıq və yumşaq olmalı, daxil bazarın qorunması başqa vasitələrlə həyata keçirilməlidir.”

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları