Yuxarı

Siyasi gərginliyə həssas bazar: Lirə üçün yeni proqnoz

Siyasi gərginliyə həssas bazar: Lirə üçün yeni proqnoz

Siyasi gərginliyə həssas bazar: Lirə üçün yeni proqnoz

Türk lirəsi dollar qarşısında dəyərdən düşməkdə davam edir. 

Belə ki, ötən həftə 0.6 faiz artan dollar/TL məzənnəsi yeni həftəyə də yüksəlişlə başlayıb. Bu gün səhər saatlarında ən aşağı 5.79-u görən məzənnə daha sonra 5.8496-ya çatıb. Bildirək ki, hazırda lirə dollar qaşısında 0,75% dəyərdən düşüb. 

Lirənin dəyərdən düşməsi Türkiyə iqtisadiyyatına hansı problemləri gətirə bilər? 

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, məzənnə dəyişikliklərinin Türkiyə iqtisadiyyatında bir az fərqli təsirləri olub. Bu, ixracatla məşğul olan, yəni öz məhsulunu valyutaya satan şirkətlərə və turizm şirkətlərinə hətta pozitiv təsir göstərir:

"Çünki onların dövriyyəsi və qazancları türk lirəsinə çeviriləndə qazandıqları valyuta daha da artır. Amma Türkiyənin idxaldan da çox ciddi asılılığı var və əsasən də enerji daşıyıcılarında bu özünü göstərir. Türkiyədə maşınqayırma sənayesi çox inkişaf edib, amma hissələrin böyük bir qismi,təxminən 70 faizə yaxını valyuta ilə alınır. Hansı sahədə xaricdən alınan komponentlər üstünlük təşkil edirsə, hansı sahədə ölkəyə daxil olan məhsulların valyuta ilə alışı həyata keçirilirsə, təbii ki, o sahələrdə inflyasiyanın, qiymət artımının sürətlənməsi də lirənin dəyərdən düşməsi ilə bərabər gəlir. Türkiyə bazarı siyasi gərginliyə çox həssasdır. Çünki xarici kapitalın da kifayət qədər rolu var. Valyutanın dəyərdən düşməsi inflyasiya prosesini sürətləndirir. Mənə elə gəlir ki, bu ilin sonunadək 1 dollar 6 lirəyə bərabər olacaq”. 

Səyad Həsənli 





Həftənin ən çox oxunanları