Yuxarı

Azərbaycan üçün milyon dollarlıq mallar: SİYAHIDA NƏLƏR VAR?

Azərbaycan üçün milyon dollarlıq mallar: SİYAHIDA NƏLƏR VAR?

Azərbaycan üçün milyon dollarlıq mallar: SİYAHIDA NƏLƏR VAR?

2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana alma satışı hesabına 35 milyon 68 min dollar valyuta daxil olub. 

11 aylıq dövr ərzində 85 min 74 ton alma ixrac edilib.

Dövlət Statistika Komitəsi də alma ixracı ilə bağlı statistikanı açıqlayıb. Bu statistikaya görə, ötən il Azərbaycanda təxminən 277 min ton alma istehsal edilib.

Maraqlıdır, Azərbaycana qeyri-neft sektorundan ən cox valyutanı nə gətirir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, qeyri-neft sektorundan Azərbaycana daxil olan valyuta olduqca azdır:

"Bu valyutanın gəlməsində başlıca rol oynayan məhsul isə pomidordur. Qeyri-neft sektorundan Azərbaycana daxil olan valyuta o qədər kiçik məbləğdir ki, onları bir-biri ilə müqayisə etmək də əhəmiyyətli xarakter daşımır. Azərbaycana xarakterik olan məhsulların bu istiqamətdə statistikasını izləməliyik və o istiqamətlərin inkişafına nail olmaq üçün addımlar atmalıyıq”.

Ekspert qeyd edib ki, 2020-ci ildə bizə daha çox valyuta gətirən qeyri-neft sektoruna aid məhsul böyük ehtimal  gübrələr olacaq:

"Bu, məhsula ciddi ehtiyac var. Sumqayıtda Karbamid zavodu istifadəyə verilib. Azərbaycanda qeyri-neft sektorunun ixracda payı 10 faizdən aşağıdır. Ona görə də Azərbaycan hökuməti olaraq bu faiz dərəcəsinin artmasına nail olmaq üçün müəyyən tədbirlər görməlidir. Bunun isə əsas fəaliyyət istiqamətini sahibkarlıq mühitinin yaxşılaşdırılması, sahibkarların qarşısındakı əngəllərin aradan qaldırılması olmalıdır ki, istehsal inkişaf eləsin, dünya bazarına çıxarılmalı olan məhsul istehsalına sahib ola bilsin. 

Əsas amillərdən biri də rəqabətdir. Rəqabət zəif olsa da, Karbamid zavodu uğur qazanıb. Lakin Karbamid zavodu hökumət strukturudur, özəl sektora aid deyil. Bu, hökumətin monopoliyasıdır. Hesab edirəm ki, sahibkarlıqdakı problemləri həll etməliyik”.

Səyad Həsənli





Həftənin ən çox oxunanları