Yuxarı

Bank faizləri nə zaman aşağı düşəcək? - "Nə qədər ki, Elman Rüstəmov ordadır...”

Bank faizləri nə zaman aşağı düşəcək? -

Bank faizləri nə zaman aşağı düşəcək? -


Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Bildirək ki, Tədbirlər Planında Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Maraqlıdır, banklarda biznes kreditlərini neçə faizlə verirlər? Ən optimal faiz neçə olmalıdır? 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, biznes kreditləri üzrə hazırda ən aşağı faiz 14-dür:

"Amma 14-dən yuxarı, yəni 16, 17, 20 faiz də var. Təbii ki, biznesin inkişafı üçün bu faizlər 10 faizdən az, o da olmayanda heç olmasa 10 faiz olmalıdır. Nəzərə alsaq ki, Mərkəzi Bankın uçot dərəcəsi, yəni Mərkəzi Bankın banklara verdiyi kreditin faizi 7.5 faizdir. Birinci yəqin ki, Mərkəzi Bank da uçot dərəcəsini endirməlidir, məsələn, 7,5 yox, biraz daha az-5 faiz olmalıdır. Nəinki endirməlidir, bununla yanaşı bütün banklara kredit verməlidir. Bu günədək olan təcrübə ondan ibarətdir ki, Mərkəzi Bank istədiyi banka kredit verir, istəmədiyinə isə vermir. Belə şəraitdə isə qeyri-bərabərlik, qeyri-şəffaflıq olur. Bu isə öz nəticəsini vermir”. 

Ekspert qeyd edib ki, bütün banklara bərabərhüquqlu şəkildə kredit verilsə, kredit dərəcələrinin düşməsi ehtimalı artır: 

"Artıq 28 ildir ki, Mərkəzi Bank bütün banklara krediti eyni verməlidir, amma Elman Rüstəmov bunu etmir, niyə etmədiyini də özü deyə bilər. Bizdə bir neçə il belə hallar olub ki, Mərkəzi Bank uçot dərəcəsini endirib, banklarda isə əksinə faizlər qalxıb. Yaxud da Mərkəzi Bank uçot dərəcəsini qaldırıb banklarda faiz dərəcəsi düşməyə başlayıb. Bu, onu göstərir ki, bunların arasında heç bir əlaqə yoxdur. Çünki reallıqda Mərkəzi Bankın banklara hansı faizlə kredit verdiyini bir özləri, bir də Allah bilir. Reallıqda hamı başa düşür ki, Mərkəzi bank faiz dərəcəsini endirirsə, təbii ki, faizlər də enməlidir, yaxud əksinə olmalıdır. Mərkəzi Bankın indiki rəhbərliyi nə qədər ki, oradadır, bu proses elə əvvəlki kimi də davam edəcək”. 

Səyad Həsənli 





Həftənin ən çox oxunanları