Yuxarı

Virus turizmi və xırda biznesi pulsuz qoyacaq: Çıxış yolu nədir?

Virus turizmi və xırda biznesi pulsuz qoyacaq: Çıxış yolu nədir?

Virus turizmi və xırda biznesi pulsuz qoyacaq: Çıxış yolu nədir?

Məlum olduğu kimi, Nazirlər Kabinetinin iyunun 4-də "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" verdiyi qərara əsasən, adıçəkilən ərazilərlə bağlı yeni qaydalar tətbiq edildi.

Qaydalara əsasən, 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi.

Qərarın bu həftə sonuna şamil edilib-edilməyəcəyi məlum olmasa da, bu cür karantin rejiminin davam etdirilməsinin tərəfdarları var. Hətta bu həftənin günlərindən birinin qeyri-iş günü olması əsas gətirilərək, həftəsonu karantinin 2 deyil, 3 gün olması kimi təkliflər də var.

Amma həftəsonu məhdudlaşdırması on minlərlə ailənin maddi durumuna, gəlirlərinə təsirsiz ötüşmür. Dövlət müəssisələrində, bir sıra istehsalat sahələrində çalışanlar üçün iki günlük karantinin tətbiqinin hansısa maddi təsirləri olmasa da, əsasən özəl sektorda çalışanlar üçün bu kifayyət qədər itkilərlə nəticələnir. Məhdudlaşdırma tədbirlərinin xüsusilə ölkədaxili turizmə zərbə olması danılmazdır. Zərbənin təsiri isə ilk növbədə bu sahədə, eləcə də ticarət sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlara, eləcə də leqal və qeyri-leqal işçilərə dəyir. Yəni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu ərazilərdə bir ədəd belə olsun, ərzaq və qeyri-ərzaq məhsulları satılmır, bir nəfər belə ictimai iaşə müəssisələrinin xidmətlərindən, ictimai nəqliyyatdan istifadə etmir.

Bu cür məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütövlükdə yay aylarını əhatə edərsə, onun turizm, eləcə də orta və kiçik sahibkarların durumuna nə kimi təsirləri gözlənilir?

İqtisadçı Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, beş günlük iş rejimində çalışmaq digər sahələrdən fərqli olaraq turizmə ciddi ziyan vura bilər:

"Amma bu ölkənin əsas turizm obyektlərini əhatə etmir. Gücləndirilmiş karantin əsasən böyük şəhərlərdəki turizm obyektlərinə təsir edir. Karantin rejiminin bu qaydada tətbiqi edildiyi ərazilərdə turizm sektorunun ciddi itkiləri olacaq”.

İqtisadçı hesab edir ki, həftəsonu karantinin tətbiqinin ticarət dövriyyəsinə də təsir edəcək:

"Adətən işləyən əhali şənbə və bazar günləri qeyri-ərzaq məhsullarının - geyim, ev əşylarının alınmasına vaxt sərf edir. Ona görə də tədbirlər bu sahəyə də təsir edir. Artıq iki gün arxada qaldı və ortada təcrübə var, ona görə demək olar ki, bu sistemin tətbiqi nə iqtisadi, nə sosial, nə də pandemiyanın qarşısının alınması baxımından effektli oldu. İki gün ərzində bütün ticarət şəbəkələri, iaşə müəssisələri donduruldu, bununla yanaşı bir gün üçün 314 yoluxma halı müşahidə edildi. Bu onu deməyə əsas verir ki, bu cür tədbirdən istifadə etmək səmərəli deyil, onun zərəri daha çoxdur - iki gün ərzində həm də minlərlə vətəndaşımız cərimələndi ki, bu da iqtisadi zərbədir. Əgər həmin günlər üçün yoluxma halı 60-70 nəfərə ensə idi, belə bir karantinin təsirinin olduğunu düşünmək olardı. Amma 314 nəfərlik bir statistika onun səmərəsizliyini göstərdi. Hökumət bu üsula getməməlidir. Hesab edirəm ki, məntiqlə bu həftə ötən həftə tətbiq olunan karantin tətbiq olunmayacaq”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları