Yuxarı

Bayram günləri yol qəzalarında 15 nəfər ölüb, 80 nəfər yaralanıb

Bayram günləri yol  qəzalarında 15 nəfər  ölüb, 80 nəfər yaralanıb

Bayram günləri Azərbaycan ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, martın 19-dan 25-dək ölkənin avtomobil yollarında 51 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 80 nəfər xəsarət alıb.

Qeydə alınmış yol qəzalarından 11-i piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Bayram günlərində 62 min sürücünün yol hərəkəti qaydalarını pozması müəyyən edilib. Həmin qayda pozuntuilarından 40 minə yaxını sürət həddinin aşması ilə bağlıdır. K. Əliyev rayonlara gedən və rayonlardan qayıdan sürücüləri diqqətli olmağa, sürət həddini aşmamağa çağırıb.





Həftənin ən çox oxunanları