Yuxarı

Tarixin ən qəddar diktatorları

Tarixin ən qəddar diktatorları

Hər biri tarixin axarını dəyişən liderdir.Ölümlərindən illər keçməsinə baxmayaraq hələ də onlardan bəhs olunur.Lakin onlar həqiqətən qətliam və soyqırım məsələlərində peşəkarlaşmış cəlladlar idilər. Öldürmək, dağıtmaq, yox etmək onların görə bildiyi ən yaxşı iş idi. "Cümhuriyət” qəzeti tarixin ən qəddar şəxsiyyətlərini təqdim edir.

Adolf Hitler: 1934-cü idən ölümünədək nasist Almaniyasının başçısı (fürer) olub. İkinci Dünya Müharibəsində 60 milyondan çox insanın ölümündə məsuliyyət daşıyır.  Min il davam edəcək imperiya qurmaq istəyən Hitlerin bu qorxulu xülyası dünyanı ölü cəhənnəminə çevirmişdi. Alman millətçiliyini müdafiə edən Hitler bütün millətlərə qarşı savaş elan etmişdi.Buna görə də 6 milyondan çox yəhudi fürerin qanlı ambisiyasının qurbanına çevrildi.Hətta əqli cəhətdən xəstə insanları da imperiyası üçün qüsurlu olduğunu əsas gətirərək, zəhələyərək öldürmək əmrini vermişdi.Lakin müharibədə məğlub olan Adlof Hitler 1945-ci ildə aprel ayının 30-da intihar edərək özünü öldürdü.Təlimatı ilə cəsədi yandırıldı.

Stalin: 1922-1953-cü illərdə keçmiş SSRİ-nin lideri olub. O, "Böyük təmizlik” adlandırdığı hərəkatla özünə qarşı müxalif olanları, partiya üzvləri də daxil olmaqla 500 mindən çox insanın ölümündə məsuliyyət daşıyırdı. Stalin əsl paranoyak və psixopat idi.Hakimiyyəti dönəmində Ukrayna və Rusiyanın bir sıra bölgələrində yaratdığı süni qıtlığa görə 10 milyona yaxın insanın ölümünə səbəb olmuşdu.

Henrix Himmler: Hitlerin 1923-cü ildəki dövlət çevrilişi planında yer alan və onun tərəfindən SS birliklərinin başçısı təyin edilən və Hitlerə olan sədaqətinə görə Gestapo da daxil olmaqla, bir sıra düşərgələrdə Hitlerdən sonra ikinci şəxs Himmler idi. Əsirlərə qarşı ən amansız işgəncə və edam cəzalarının tətbiqi onun adı ilə bağlıdır. Əsirlərin qaz otaqlarında zəhərlənməsi ideyasının müəllifidir. O, kütləvi şəkildə öldürülən insanların dəfn edilməsinin yerinə sobalarda yandırılması tapşırğını vermişdi. Müttəfiq ordusunun hərbçiləri tərəfindən ələ keçirilərkən özünü zəhərləyərək öldürdü.

Pol Pot: 1976-1979-cu illərdə Kambocanın baş naziri və "Qızıl Kmerlər” adlı təşkilatın lideri olub. 1963-cü ildə hakimiyyətə qarşı mübarizəyə başlayan Pol Pit 1975-ci ildə hakimiyyəti devirərək iqtidara gəldi.Bundan sonra "burjuaziya” adlandırdığı bütün insanları ya öldürdürür, ya da ağır əmək düşərgələrində işlədirdi.Hesabata görə öz xalqından 2 milyondan çox insanın ölümündən məsuliyyət daşıyırdı.Eyni zamanda, ölkədəki xəstəxanalar, ibadətgahlar və məktəbləri də yandırıb.1979-cu ildə devrilir, lakin meşəyə çəkilərək mübarizəni davam etdirdi.1998-ci ildə ürək infarktından vəfat edib.

Xianq Qinq: Əvvəllər kiçik filmlərdə rol alan aktrisa Qinq Çin Kommunist Partiyasının lideri Maod Zedonqla evləndikdən sonra fəaliyyət istiqaməti tamamilə dəyişdi. Ağıllı gedişləri ilə ölkədə söz sahibi olmağı bacaran Qinq təkcə 1966-cı  ildə yüz minlərlə insanın ölümündə məsuliyyət daşıyırdı. İnsanlara qarşı bu qanlı hücumlarını "Mədəni İnqilab” adlandırırdı. Maonun ölümünədək (10 il) yüz minlərlə insanı bu proses çərçivəsində ağır əmək düşərgələrinə göndərildi. 36 milyon insana isə işgəncə verib.

Oliver Kromvell: 1641-ci ildə irlandiyalı katoliklər etiraza qalxaraq protestantları öldürmək üçün hakimiyyəti ələ keçirdilər. Kromvell isə İrlaniya və Şotlandiya ilə müharibə aparırdı.Bu müharibədə irlandiyalı katoliklərlə də döyüşdü.Təxminən ölkə əhalisinin üçdə bir hissəsi bu müharibənin qurbanına çevrildi.Droqeda və Veksford şəhərlərini müdafiə edən bütün hərbçiləri öldürtdü.Müharibədə 250 min insan Kromvellin qurbanı oldu.

IV İvan ("Qorxulu İvan”): Əsl adı İvan Vasiliyeviç olan Rus çarı insanlar arasında "Qorxulu İvan” (İvan Qroznı) kimi tanınırdı. Rusiyanın ilk çarı olan İvan bu ləqəbi özünə qarşı olan üsyançıları və düşmən ölkələrin hərbçilərini ən dəhşətli işgəncələrlə öldürməsi ilə qazanmışdı. O, hətta şübhələndiyi oğlunu da öldürən vəhşi idi. 

Şiro İşi: O, İkinci Dünya Müharibəsində 200 mindən çox insanın ölümündə məsuliyyət daşıyan 731-ci Birqadanın başçısı olub. Yaponiya ordusunun generalı olan İşi eyni zamanda, həkim idi.Yapon ordusu Çinin Mancuriya şəhərini işğal edib insanları əsir alanda 731-ci Birqada bu insanlar üzərində ən vəhşi tibbi təcrübələri həyata keçird.Şəhər ətrafında yerləşən kəndlərdə yaşayan insanlar da İşinin briqadası tərəfindən öldürüldülər.

İlşe Koç: İkinci Dünya Müharibəsində Hitlerin əmri ilə qurulmuş və dünyanın ən böyük əsir düşərgəsi olan Buşenvalddakı sadist davranışlarına görə məşhur idi. O, döydüyü insanların bədənlərini kəsirdi. Dərilərindən çanta, aksessuar və digər geyimlər hazırlatdırırdı. O, tarixin bu günədək gördüyü ən vəhşi qadındır. Həyat yoldaşı Kar Otto Koç Buşenvald düşərgəsinin komandanı idi.

Mao Zedonq: Çində kommunist inqilabla hakimiyyəti ələ keçirən Mao iqtidarının ilk 5 ilində 5 milyondan çox insanın ölümündə məsuliyyət daşıyır. Hakimiyyətinin növbəti illərində 20 milyon insan aclıqdan həlak oldu."Sosialist təhsil” proqramı isə 7 milyon insanı həyatından məhrum etdi."100 Çiçək Hərəkatı” proqramı isə 30 milyon insanın həyatına son qoydu. Maonun hakimiyyətdə olduğu 10 il ərzində 50 milyon insan öldürüldü.

II Leopald: 1865-1909-cu illərdə Belçikaya hömkranlıq etmiş kraldır. Konqoda törətdiyi soyqırımlarla adını tarixə yazdırıb.Hakimiyyəti illərində Konqonun 30 milyon nəfərlik əhalisinin sayı 9 milyonadək azaldı. O, 21 milyon insanın öldürülməsində məsuliyyət daşıyırdı.
Hideko Tojo: Yaponiya imperiyasının hava Qüvvələrinin generalı və bu ölkənin 40-cı baş naziri idi.İkinci Dünya Müharibəsi illərində Çin və Cənubi-şərqi Asiya ölkələrində 5 milyondan çox insanın öldürülməsinə səbəb olub.

II Nikolay: Rusiyada 3 milyondan çox insanın ölümündə məsuliyyət daşıyırdı. Törətdiyi qətliamlara görə "Qanlı Nikolay” ləqəbini qazanıb.

Səddam Hüseyn: İraqlı diktator hakimiyyəti illərində çoxlu sayda münaqişələrin yaranmasında məsuliyyət daşıyır. Hakimiyyəti illərində 2 milyondan çox insan gəlak olub.

Yakubu Qovon: Nigeriyada vətəndaş müharibəsinə səbəb olub. Bu müharibədə 1 milyon mülki insan, 100 min hərbçi həlak olub.

Mənsur





Həftənin ən çox oxunanları