Yuxarı

Baş redaktor: "Azərbaycan iqtisadi, hərbi, siyasi baxımdan regionun güc mərkəzidir”

Baş redaktor:

Baş redaktor:

"44 günlük müharibəki zəfər regionda geosiyasi durumu dəyişdi. Bizə məğlub dövlət və xalq kimi baxanları məyus etdik. Azərbaycan xalqı tarixində ikinci dəfə "İlin xalqı" oldu. 1989-cu ildə ilin ən mübariz xalqı seçilən azərbaycanlılar ruhuyla, canıyla, zəfərləri və torpaqlarını azad etməklə, 2020-ci ilin də ən mübariz xalqıdır. Dünya hərb tarixinə adımız yazıldı. İndi dünyanın bir sıra ölkələri Azərbaycan ordusunun müharibə, döyüş taktikasını öyrənir”.

Bunu Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzetinin Baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktor bildirib ki, bu əzmkarlığın nəticəsi olaraq nəinki işğal altında olan 7 rayonumuzu geri alıb torpaqlarımızı işğaldan azad etdik, həm də Dağlıq Qarabağ regionundakı münaqişəyə son verdik:

"Danışıqlar predmeti olmayan ərazilər azad edildi və Azərbaycanın yuridiksiyasına keçdi. Azərbaycan dövlət olaraq bütünləşdi. Bu, böyük tarixi missiya idi. Azərbaycan ordusu, sərkərdələrimiz bunu bacardı. İndi siyasi-diplomatik mərhələdir. Siyasi-diplomatik mərhələni də Ağdam, Kəlbəcər və Laçın rayonlarının müharibəsiz qaytarılması ilə uğurla başa vurduq. Digər mərhələlərin də uğurla yekunlaşacağı yəqindir”.

R.Becanovun sözlərinə görə, müharibədən əvvəl Azərbaycana məğlub kimi baxan dünya gücləri də, beynəlxalq qurumlar da yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edirdi:

"Lakin səbr, qətiyyət və hesablanmış siyasi-hərbi addımlar hesabına bu olmadı və Azərbaycan dövlət olaraq, 30 illik işğala birdəfəlik son qoyaraq, torpaqları azad etdi. İndi Azərbaycan iqtisadi, hərbi, siyasi baxımdan regionun güc mərkəzidir. Vətən müharibəsi modeli bizdə bu stimulu yaratdı. Bölgədə yeni hərbi-siyasi reallıqla yanaşı, Azərbaycanın aparıcı mövqeyi də özünə qayıtdı. İndi ordusu məhv edilmiş, hərbi-siyasi məğlubiyyətə uğramış Ermənistanın regionun söz sahiblərindən biri olan Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu yoxdur”.





Həftənin ən çox oxunanları