Yuxarı

Baş redaktordan Qərargaha müzakirə təklifi: "Virusdan qorunsaq da, psixoloji problemli cəmiyyətlə rastlaşacağıq”

Baş redaktordan Qərargaha müzakirə təklifi:

Baş redaktordan Qərargaha müzakirə təklifi:

"Sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda ölkə üzrə karantin rejimi qaydalarını pozan 5083 nəfər barəsində inzibati tənbeh, 4 nəfər barəsində isə inzibati həbs tədbiri tətbiq olunub. Rəqəm çox böyükdür. Pandemiyanın sərt üzü ilə qarşılaşan, əvvəlki gəlirlərdən məhrum olan adamları bu şəkildə cərimələməklə problemi həll etmək mümkün deyil”.

Bunu Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktorun fikrincə, karantin qaydalarının pozulması səbəblərini araşdırmaq lazımdır:

"Bilmək lazımdır ki, karantin rejimini pozanlar kefdənmi, bekarçılıqdanmı bunu edir, yoxsa pandemiyanın ağır sosial-psixoloji təzyiqinə tab gətirmədiklərinə görə? Ölkənin ən məşhur psixoloqları bununla bağlı ictimai rəy hazırlasalar, yaxşı olar. Yoxsa 34 günlük sərt karantin insanlarda əsəb qoymayacaq. Uşaqların istirahət hüququ yoxa çıxıb, gənclərin sosial həyatı məhv olub. Operativ Qərargah bağlı qapı arxasında qərar verməkdənsə, bu kimi problemləri ictimai müzakirəyə çıxarmalıdır. Təhsilin sıfırın altına düşdüyü bir dönəmdə, səhiyyənin bərbad durumunda insanları parklara, küçələrə limitsiz şəkildə, SMS-siz buraxmaq gərəkdir”.

R.Becanov bildirib ki, sadəcə, ictimai nəqliyyatdakı basabası aradan qaldırmaqla insanların rahat və sərbəst hərəkətini bərpa etmək, onların boş vaxtlarını heç olmasa təbiətlə təmasda keçirməsinə şərait yaradılmalıdır:

"Yoxsa adamları virusdan qoruduğumuz halda bir azdan psixoloji problemli cəmiyyətlə rastlaşacağıq”.





Həftənin ən çox oxunanları