Yuxarı

“Məscidlərin sökülməsi İslamofobiyadır”

“Məscidlərin sökülməsi İslamofobiyadır”

mescidlerin sokulmesi“Dinindən,irqindən asılı olmayaraq bütün dövlətlərdə baş verən terror aktlarını arzulunmaz, millətin zehninə qan yaddaşı kimi həkk olması qəbul edilməzdir. Özündə bəşəri dəyərləri ehtiva edən, humanizm deyilən bir anlayış var, bu baxımdan bəzi məsəllərə həssas yanaşmaq lazımdır”.

Bunu cebhe.info-ya açıqlamasında Fransada baş verən terror hadisəsinə münasibət bildirən AXCP-nin siyasi məsələlər üzrə sədr müavini, politoloq Səbuhi Əliyev deyib. Onun sözlərinə görə, terrorçuluqla birgə mübarizə aparmaq lazımdır: “Terrorçuluğun heç bir dinlə  baglılıgı yoxdur.

Əgər Fransa bundan istifadə edərək Suriyaya müharibə elan etməkdən, məscidləri baglamaqdan danışırsa, bunun adı İslamafobiyadır! Özləri yaratdıqların problemləri həll etmək əvəzinə bu cür davranış forması seçmək hec bir demokratik dövlətə yaraşmır. Əgər problemi belə həll etmək istəyirlərsə, bu, belə düşünməyə əsas verirki, son terror aktı özləri tərəfindən hazırlanıb”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları