Yuxarı

QHT ictimaiyyət və KİV-lə görüş keçirdi

QHT ictimaiyyət və KİV-lə görüş keçirdi

Mingəçevirdə 30 sentyabr 2023-cü il tarixdə "Ailə və Uşaqların Sosial
Problemlərin Həllinə Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata
keçirdiyi Sağlamlıq İmkanları Məhdud olan uşaqların sosial reabilitasiya
məsələləri və valideynlərin maarifləndirilməsi "adlı layihənin fəaliyyət
planına uyğun olaraq layihənin yekunu ilə əlaqədar ictimaiyyət
nümayəndələri ilə görüş keçirilib.


İB-dən verilən əlumata görə görüşdə pedaqoqlar, ictimaiyyət nümayəndləri və media təmsilçiləri iştirak edib.


Tədbiri layihə rəhbəri Eyyub Həsənov açaraq bildirib ki, bugünkü görüşün əsas
mövzusu layihənin yekunları barədə ictimaiyyəti məlumatlandırmaq və layihə
çərçivəsində icra olunan fəaliyyətləri müzakirə etməkdir.


O həmçinin vurğulayıb ki, inkluzv təhsilə ehtiyac olan uşaqların valideynlərinin
maarifləndilməsi və uşaqlarla düzgün psixoloji münasibətlərin qurulması məqsədi
ilə Dilşad İlyasova, Reyhan Allahverdiyevanın müəllifi olduğu "Dinləyin,anlayın
bizi” adlı məlumat kitabçası da nəşr olunub.


Tədbirdə iştirak edən pedoqoqlar-Dilşad İlyasova, Reyhan Allahverdiyeva
sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasının vacibliyindən
danışıblar.İctimaiyyət nümayəndləri-Çingiz Nəzərov, Qalib Ağa və digərləri
bildiriblər ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu qəbildən olan layihələri
davamlı olaraq maliyyələşdirsə, mövcud problemlərin həllində müsbət nəticələrə
nail olmaq olar.


Media təmsilçiləri-İnqilab Şirinli, İxtiyar Həsənli və Esmira Hidayətova layihənin
cəmiyyətimizin həsas qruplarından biri olan fiziki məhdudiyyətli uşaqlarala bağlı
olmasını müsbət qiymətləndiriblər. Eyni zamanda "Dinləyin, anlayın bizi”
məlumat kitabçanın valideynlərin maarifləndirilməsində rolunu qeyd ediblər.
Çay süfrəsi ətrafında davam edən müzakirələr zamanı bir sıra suallar
cavablandırılıb və layihdə icra olunan fəaliyyətlərin gələcəkdə də davam
etdirilməsi təklif olunub.


Tədbrin sonunda bütün iştirakçılara layihə çərçivəsində nəşr olunan "Dinləyin,
anlayın bizi” kitabçası paylanılıb.


Qeyd edək ki,layihənin məqsədi ölkəmizdə ailə, qadın, uşaq və inküliziv təhsil
məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin
təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin,
xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və
məlumatlandırılmasını təşkil etmək,habelə ailələrin dağılmasına və boşanmaların
artmasına səbəb olan problemlərin qarşısını almaq istiqamətdə profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir.





Həftənin ən çox oxunanları