Yuxarı

Əli Kərimlinin “arayış biznesi”

Əli Kərimlinin “arayış biznesi”

“Yurd” sədri mühacirlərdən milyonlar qazanır

“Yurd” sədri Əli Kərimlinin Avropada mühacir alveri ilə məşğul olması barədə faktları sizə təqdim etmişdik. Bildirmişdik ki, Azərbaycandan Avropaya sığınacaq istəyən bir çox insana “arayış”ların Əli Kərimli tərəfindən verilir. Onu da diqqətə çatdırmışdıq ki, “Yurd” sədrinin mühacir biznesinin qurucularından biri “Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahiddir.

Avropada yaşayan soydaşımız Fuad Ağayev Əli Kərimlinin başqa bir adamı, Türkel adlı şəxsin səs yazısını redaksiyamıza təqdim edib və bildirib ki, o, Əli Kərimlinin Avropada saxta işlərini həyata keçirməsilə tanınır: “Türkel Əli Kərimlinin pul “sayğacı”larından biridir. Bu insan Avropaya qanunsuz adam daşımaqla məşğuldur. Hazırda Almaniyada yaşayır. Əli Kərimlinin “Yurd” birliyinin üzvüdür”.

Biznesin səbəbləri

“Cümhuriyət”in əldə etdiyi bu faktlara qədər Əli Kərimlinin Azərbaycandan Avropa ölkələrindən siyasi, həmçinin “qaçqın” statusuyla sığınacaq istəyənlərə “yardım” etdiyi barədə iddialar vardı. Dəfələrlə də araşdırmalar nəticəsində sübut olunmuşdu ki, “Yurd” sədri mühacir biznesindən külli miqdarda maddi vəsait əldə edib. Şübhəsiz ki, Əli Kərimlinin ölkədən Avropaya qaçmaq istəmlərinə açdığı yol təsadüf deyil. Səbəbləri var.

Birinci səbəb

Birinci, mühacir biznesi Əli Kərimliyə çoxlu pullar qazandırır. Bu gəlirlər hesabına pasportsuz “Yurd” sədri Azərbaycanda qurduğu biznes şəbəkəsini inkişaf etdirməyə sərf edir.

Bakıda fəaliyyət göstərən ən məşhur avtomobil salonlarının bir neçəsi ona məxsudur. O, salonlara lazım olan avtomobilləri Gürcüstandan gətirdir. Digər tərəfdən Əli Kərimlinin paytaxtda kirayə ev biznesi var. Şəhərin mərkəzi yerlərində kifayət qədər çox məznilə sahib olan Əli Kərimli bu müəssisələri də kirayəyə verərək, büdcəsini şişirdir.

İkinci səbəb

İkinci, mühacir biznesi Əli Kərimlinin hakimiyyətlər əlaqələrinin növbəti ifşa faktıdır. Məsələn, 7000 dollarlıq mühacir arayışı verdiyi şəxslər heç bir əngəl olmadan Avropaya gedə bilirlər. Görünən odur ki, hakimiyyət qurumlarındakı adamları “Yurd” sədrinin biznesinə hansısa münasibətlərə görə, mane olmaq istəmirlər. Həmin “siyasi mühacir”lər heç bir əngəl olmadan və sorğusuz-sualsız Azərbaycan sərhədlərini keçə bilirlər. Şübhəsiz ki, Avropa ölkələrindəki hakimiyyətlə əlaqələri olan diasporun da burada payı var. Görünür ki, Əli Kərimlinin mühacir biznesindən həm özü, həm də hakimiyyətdəki adamları qazanır.

Üçüncü səbəb

Üçüncü səbəb o ola bilər ki, mühacir biznesinə hakimiyyət tərəfindən “yaşıl işıq”ın yandırılması Əli Kərimlinin müxalifət daxilində oynadığı dağıdıcı oyuna görədir. Yəni, müxalifətin seçkilərdə real güc kimi birləşməsinin qarşısını almaq, o cümlədən özünün də meydan çəkilməsi qarşılığında “Yurd” sədrinə yüksək həyat standartları tanınıb. Yəni, Əli Kərimli müxalifətin və cəmiyyətin maraqlarını pula satıb. Əli Kərimlinin AXCP-nin hüquqi təmsilçiliyinə təkid etməsinin əsas səbəbi də bu bizneslə bağlıdır.

Əlbəttə, Əli Kərimli Avropaya qaçqın, yaxud siyasi məhbus adıyla getmək istəyənlərə AXCP-nin adına arayış verir. İndiki halda da partiyanın hüquqi təmsilçilik məsələsi məhkəmə predmeti olduğu üçün gəlirlərinin azalacağından və sahib olduğu “cənnət”dən məhrum olacağı qorxusuna düşüb. Buna görə də, sözünün keçdiyi bütün kanallarla əlaqələrini genişləndirərək, möhürü əlində saxlamağa çalışır.

Mənsur





Həftənin ən çox oxunanları