Yuxarı

“Dünya əhalisini zəhərləyir, idarə olunan kütləyə çevirirlər”

“Dünya əhalisini zəhərləyir, idarə olunan kütləyə çevirirlər”

Bakıda “GMO-ya yox deyək” adlı tədbir keçirilib “Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Genetik Modifikasiya Olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini Nəsimi rayonundakı Müasir İnnovasiyalar Liseyində keçirib. “GMO-ya yox deyək” adlı tədbiri Müasir İnnovasiyalar Liseyinin direktoru Sevinc Vaqifqızı açıb, bu cür layihələrin məktəblilər üçün faydalı olduğunu bildirib.  “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü layihə haqqında, GMO-nun zərərləri barədə tədbir iştirkaçılarını məlumatlandırıb. O, yaxın günlərdə GMO-nun zərərlərindən bəhs edən kitab təqdim edəcəklərini vurğulayıb. AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Aqil Eyvazov GMO-nun zərərlərindən ətraflı bəhs edib. O, bu zərərli prosesin böyük dövlətlər və təşkilatlar tərəfindən yürüdüldüyünü diqqətə çatdırıb. A.Eyvazov GMO-nun iqtisadi zərərlərindən də danışıb. “Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli bu problemin mediada geniş işıqlandırılması zərurətindən bəhs edib. E.Cəfərli GMO-lu ərzaq məhsullarının transmilli şirkətlər tərəfindən yayıldığını və əsas məqsədin daha çox varlanmaq və idarə olunan kütlə yaratmaq olduğunu vurğulayıb: “GMO-lu bitkilərin əkilib becərilməsi, satışı ilə məşğul olan şirkətlər məlumdur. Geni dəyişdirilmiş məhsulların insan orqanizmində yaratdığı fəsadlar da bəllidir. Hamıya məlumdur ki, GMO-lu ərzaq məhsulları insanda yaddaş pozunluğu, infeksion xəstəliklər, piylənmə, ürək-damar xəstəlikləri, hətta xərçəng yaradır.  Bəs o zaman onlar niyə cəzalandırılmır? Çünki iri dövlətləri idarə edən elə həmin transmilli şirkətlərdi. Onlar əlbir olaraq əqrəb, siçovul geni vurulmuş ərzaq məhsulları ilə dünya əhalisini zəhərləyir, onları idarə olunan kütləyə çevirirlər. 25 il öncə dünya siyasi xəritəsində böyük dövlətlər vardı. İndi hanı onlar? İri supergüclər tərəfindən dağıdılıb. Transmilli şirkətlər üçün böyük bazar yaranıb”. Elman Cəfərli qeyd edib ki, bu cür tədbirlərə sahibkarlar dəvət olunmalı, onlara izah edilməlidir ki, GMO-lu bitkiləri ölkəmizə gətirməsinlər: “Dövlət qurumları, gömrük orqanları nəzarəti artırmalı, media, QHT-lər maarifləndirici tədbirləri gücləndirməlidir. Azərbaycan əhalisinin aclıq problemi yoxdur. Azərbaycan öz əhalisini sağlam qida, təbii məhsullarla təmin etmək gücündədir. Buna iqtisadi potensilamız, əmək resusrlarımız, əlverişli iqlim şəraitimiz var. Ölkəyə GMO-lu ərzaq məhsulları gətirib insanlarımızı zəhərləyən, bununla daha çox varlanmaq istəyən işbazlar anlamalıdırlar ki, ölkə bazarına gətiridikləri qeyri-təbii, GMO-lu  bitkilərdən onların yaxınları, övladları da  zəhərlənir”. Tədbirin sonunda məktəbliləri maraqlandıran suallara cavab verilib. Aydın





Həftənin ən çox oxunanları