Yuxarı

Molla rejimindən əcaib tələb

Molla rejimindən əcaib tələb

Mübariz Göyüşlü: “İdmanı siyasətə alət etmək düzgün deyil” İran hakimiyyəti daha bir əcaib qərar çıxarıb. Belə ki, molla rejimi futbol azarkeşlərindən oyunlar zamanı stadionda mərsiyə deməyi tələb ediblər. Belə ki, Tehranda futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində İranla Cənubi Koreya arasında keçiriləcək qarşılaşma belə bir günə təsadüf etdiyindən azarkeşlərdən dini şüarlar səsləndirmək tələb olunub. Məlumata görə, bunun üçün “Azadi” stadionunda qara bayraqlar qaldırılması və mərsiyə deyənlərə yer ayrılması tələb olunub. Futbol qarşılaşması şiə təqvimində qeyd olunan iki yas günündən birinə təsadüf edir. Bildirilir ki, Cənubi koreyalı azarkeşlər isə hörmət əlaməti olaraq qollarına qara lent bağlayacaqlar. Bəzi din xadimləri oyunu təxirə salmağı təklif etsələr də, daha sonra qərara alınıb ki, 100 min yerlik stadionda yas mərasimi həyata keçirilsin. Məsələyə münasibət bildirən “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü bu hadisədən təəssüf hissi keçirdiyini dilə gətirib. O qeyd edib ki, idman siyasətin bir hissəsidir: “Nəzərə alanda ki, İran dövlətində şiə-cəfərilik ideologiyası hakimdir, belə bir tələb qoymaları o dövlətin siyasiləri tərəfindən normal qəbul edilir. Hər məqamda öz ideologiyasını təbliğ etmək və futbolu da buna alət etmək düzgün qarşılanmır. Bu hərəkətə ancaq təəssüf düşür. Daha yaxşı olardı ki, komanda bugünkü günə olan hörmətini öz oyunu ilə nümayiş etdirərdi. Aşura faciəsi tək İranla bağlı olan məsələ deyil, bu, ciddi bir qəhrəmanlıq salnaməsidir. Aşura daha çox İran və İraqda şiələr arasında təbliğ olunur. Mən Kərbəla hadisəsinə hörmətlə yanaşılmasının tərəfdarıyam. Buna görə də, Cənubi Koreyadan azarkeşlərin qollarına qara lent bağlamalarını da normal qəbul edirəm. Bu, dini ayinə hörmət əlamətidir. Amma İran tərəfinin bunu xüsusi şəkildə qabartmasına ehtiyac yoxdur”. Yeganə Oqtayqızı Cebhe.info





Həftənin ən çox oxunanları