Yuxarı

Rövşən Lənkəranskinin qətlinin izi Kremlə çıxır

Rövşən Lənkəranskinin qətlinin izi Kremlə çıxır

Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində sifarişçi kimi adı hallanan, hazırda həbsdə olan  “Kürd Şakro” ləqəbli Zaxari Kalaşovun Kremldəki bəzi məmurlarla işbirliyinə dair məlumatlar yayılıb. “Qanuni oğru”nun ona qarşı irəli sürülən ittihamları yüngülləşdirmək üçün istintaqdakı bəzi şəxslərə 500 min avro rüşvət verməsi təsdiqləndikdən sonra Kremllə əlaqələr məsələsi gündəmə gəlib. Onun Prezident Adminstrasiyasında əlaqələrinin olması barədə sensassiyalı məlumatlar yayılıb. Xəbərlərə Kremlin mətbuat katibi Dmitri Peskovdan cavab gəlib. Cebhe.info xəbər verir ki, D.Peskov bu barədə iddialara cavab verərək Kremldə müvafiq araşdırma aparılması barədə sualı “Mənim bildiyimə görə, heç bir yoxlama aparılmayıb” deyə cavablandırıb. “Çətin ki, Şakro Molodoyun işi Prezident Adminstrasiyasının nəzarətində olsun” deyən mətbuat katibi hazırda istintaqın davam etdiyini xatırladıb. Peskov həmçinin Kremldə Zaxari Kalaşovun əlaqədə olduğu şəxslə bağlı da təxminin olmadığını deyib: “Mənə bu barədə heç nə məlum deyil”. Xatırladaq ki, “qanuni oğru”nun Kremldə əlaqələrinin olmasına dair məlumat ilk olaraq “Novaya qazeta”da yayılıb. Məlumata görə, “Qanuni oğru”nun Kreml və DİN-də birbaşa əlaqələri olub. Lakin sonra qəzetin saytından məlumat götürülüb.  





Həftənin ən çox oxunanları