Yuxarı

Universitetdə ölən professoru belə xatırlayırlar

Universitetdə ölən professoru belə xatırlayırlar

Mebelləri sökdük və 40 tabut düzəltdirdik Xəbər verildiyi kimi, Bakı Biznes Universitetində dərs deyən tanınmış alim, professor, 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri Qüdrət Əbdülsəlimzadə dərs zamanı auditoriyada dünyasını dəyişib. 20 Yanvar şəhidlərinin  dəfn komissiyasının sədr müavini olmuş Şakir Ağayev Cebhe.info-ya Qüdrət Əbdülsəlimzadə ilə bağlı xatirələriin bölüşüb. O deyib ki, Qüdrət Əbdülsəlimzadə xalqı, milləti üçün çox fədakar və mübariz şəxs olub: “Bir az olar onun ölüm xəbərini eşitdim. Çox üzüldüm. Allah ona rəhmət eləsinQ O vaxt Qüdrət Əbdülsəlimzadə, Xaləddin Xəlilov və mən əsasən bir yerdə olmuşuq. Qüdrət müəllim də bizim rəhbərimiz olub. 40 gün şəhidlərinin dəfn işlərini biz aparmışıq. O zamanlar taxta da yox idi. Çünki Xaləddinlə mən Allahşükür Paşazadənin qəbulunda olanda o dedi ki, tabutsuz bu dəfn mərasimi mümkün deyil. Dedim mən düzəldəcəyəm. Gecə ilə gəldik müəyyən mebelləri sökdük və 40 tabut düzəltdirdik. Səhər çatdırdıq və o tabutların hesabına bizim şəhidlərimizin dəfn mərasiminə şərait yaratdıq. Qüdrət Əbdülsəlimzadə çox dəyərli, millətini, xalqını sevən bir şəxs olub”.  Şakir Ağayev o dövrdəki fəaliyyətləri zamanı üzləşdikləri çətinliklərdən də söz açıb: “Rus imperiyasının qoşunları oranı mühasirəyə almışdı. Qüdrət müəllim öz çıxışı ilə onları darmadağın etdi. Hətta bir nəfər Prezident Aparatından Qüdrət müəllimə yaxınlaşıb dedi ki, siz burada qəzaya düşən insanları dəfn edirsiz. Dedi ki,  məni Ayaz Mütəllibov göndərib və ağır söyüşlərlə bizi təhqir etdi. Sonradan bəyan oldu ki, mən Xırdalanda şəhidlərə tabut düzəltmişəm. Elə həmin gecə rus imperiyasının qoşunları mənim “Laçın ” kiçik müəssisəmə od vurub yandırdı. Hər gün milyonlarla insan şəhidləri ziyarətə gəlirdi. Təxribatların qarşısını almışıq. Qüdrət müəllimin ağıllı çıxışları ilə biz baş verə biləcək təxribatları dəf edə bilmişik”.  Alçina Amilqızı





Həftənin ən çox oxunanları