Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində aprel döyüşləri zamanı yaralanmış və reabilitasiya xidmətləri ilə təmin edilmiş hərbiçilərimizlə görüş olub.\\Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində ötən ilin aprel ayında cəbhənin təmas xəttində Ermənistanın silahlı təxribatının qarşısının alınması zamanı yaralanmış və bu Mərkəzdə reabilitasiya xidmətləri ilə təmin olunan hərbiçilərimizlə görüşüb. Nazir S.Müslümov bildirib ki, prezidentin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş hərbçilərin ailələri və bu döyüşlərdə əlil olmuş hərbçilərimizlə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada sosial müdafiə tədbirlərini həyata keçirib.\\Onlara müvafiq sosial təminat növlərinin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, müavinət və ya əmək pensiyalarının, habelə uşaqları, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri üçün müavinətlər təyin edilib. Nazir həmin insanlar üçün əmək pensiyası, əmək münasibətləri, məşğulluq və s. sahələrdə bir sıra güzəşt və imtiyazların da müəyyən olunduğunu bildirib.\\Bununla yanaşı, aprel döyüşlərində yaralanmış hərbiçilərimizdən protez-ortopedik xidmətlərə ehtiyacı olan 15 nəfərə dayaq-hərəkət funksiyalarının bərpası üçün nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində müvafiq xidmətlər göstərilib. Onlar ehtiyaclarına uyğun olaraq 2 ədəd əlil arabası, 10 ədəd aşağı ətraf protezi və daha 130 reabilitasiya vasitəsi (tutor, aşağı ətraf aparatları, bandaj, korset, ortopedik ayaqqabılar, dirsəkaltı və qoltuqaltı ağaclar, dördayaqlı dayaq vasitələri və s.) ilə təmin olunublar. Hazırda qeyd olunan hərbiçilərin bir qismi ilə işlər davam etdirilir.\\Belə ki, onlardan bir nəfərin qabaqcıl Almaniya təcrübəsi əsasında hazırlanmış MYO protezlə (əzələdən ötürülən impulsla hərəkət etdirilə bilən protez vasitə) təmin edilməsi nəzərdə tutulur, digər bir hərbiçi isə protezləşməyə hazırlıq mərhələsindədir”. Mərkəzdə əlilliyi olan şəxslərin protez-ortopedik bərpa xidmətlərinin göstərilməsi şəraiti də nəzərdən keçirilib, burada ilk dəfə olaraq hazırlanmış MYO protez nümunəsi nümayiş etdirilib.\\Xatırladaq ki, Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən son bir ildə 15 296 nəfər əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 1 723 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara ümumilikdə 32 764 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.\\Nigar Məhərrəm
- Ana səhifə
- Cəmiyyət
- Nazir aprel döyüşçüləri ilə görüşüb
Nazir aprel döyüşçüləri ilə görüşüb
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi