Yuxarı

“Azəravtoyol” İkinci Şıxlı sakinini narazı salıb

“Azəravtoyol” İkinci Şıxlı  sakinini  narazı salıb

 “Simxan adlı şəxs böyük mənimsəmələr edir”İlham Musayev: “Yeyintiylə məşğul olur və düzgün, ədalətli qiymətləndirmə aparmırlar”“Azəravtoyol” ASC tərəfindən inşa olunacaq Qazax rayonu İkinci Şıxlı kəndi ərazisindən keçəcək yeni avtomagistral yolun tikintisi yerli sakinlərin narazılığına səbəb olub. Kənd sakini İlham Musayev şirkət tərəfindən aparılan qiymətləndirmədən narazıdır. Belə ki, yolun tikintisi ilə əlaqədar plana düşən evlərin söküntüsü üçün “Azəravtoyol” ASC tərəfindən aparılan qiymətləndirmə ev sahiblərini narazı salıb. “Cümhuriyət” qəzetinə şikayət məktubu ilə müraciət edən  İlham Musayev deyir ki, evlərin qiymətləndirilməsinə rəhbərlik edən Simxan adlı şəxs mənzillərə “tanışlığa” görə qiymət təyin edir:“Şirkət yetkililərindən aldığım məlumata görə, bu yol dövlət əhəmiyyətlidir və Dünya Bankının maliyyə dəstəyilə inşa edilir. Ancaq “Azəravtoyol”un nümayəndələri yeyinti ilə məşğul olur və düzgün, ədalətli qiymətləndirmə aparmırlar. Bizim ev 8 sot torpaq sahəsinin içində inşa olunub. Həyətimizdə isə 65 ədəd bar verən meyvə ağacı var. Şirkət bizim evi 77800 manat dəyərində qiymətləndirib. Ancaq bizimlə qonşuluqda Qurbanov Asifə məxsus olan adi tikilinin dəyərini 63 min manat dəyərində müəyyən ediblər. Burdan da göründüyü kimi evlərin qiymətləndirilməsində ciddi şəkildə ədalətsizlik hökm sürür”.“Simxan dedi ki, mən dediyim olacaq”Şikayətçi, qiymətləndirmədə yol verilən qanunsuzluqla bağlı Qazax rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyib: “Biz bununla bağlı rayon İcra Hakimiyyətinə müraciət etdik. Oradan bizə dedilər ki, bu məsələ araşdırılacaq və bununla bağlı lazımi tədbirlər görüləcək.  Sonra icradan bir nümayəndə gəldi və nəsə yazdı, getdi. Ancaq heç bir nəticə olmadı. “Azəravtoyol”un nümayəndəsi olan Simxan adlı şəxs bizə dedi ki, kimə istəyirsiz şikayət edin, onsuz da mən dediyim olacaq. Mən heç kimdən artıq pul istəmirəm. Sadəcə qiymətləndirmə düzgün aparılsın və bizim haqqımız düzgün verilsin”.Şikayətçi bildirib ki, qonşu evə qoyulan 63 min manat qiymət tanışlıq hesabına mümkün olub. Ordan həm o evin sahibi, həm də qiymətləndirməyə rəhbərlik edən Simxan adlı şirkət nümayəndəsi qazanır. Simxan adlı şəxs təkcə bu evdən deyil, bir çox plana düşən obyektlərdən bu üsulla böyük miqdarda mənimsəmələr edir. Hesab edirəm ki, “Azəravtoyol”un bundan xəbəri yoxdur” – İlham Musayev deyib. Qeyd edək ki, haqqında söhbət gedən ev şikayətçinin bacısı Elnarə Musayevaya məxsusdur. E.Musayevanın atası Səməndər Musayev isə verilən məbləğin həyətyani sahənin və həyətdəki ağacların dəyərini ödəmədiyini deyib.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Vilayət Muxtar





Həftənin ən çox oxunanları