Rəşad Həsənov: ”Biznes subyektləri, fiziki və hüquqi şəxslər illeqal yollarla istifadəyə cəhd göstərəcəklər” Ötən gün ən çox müzakirəyə səbəb olan məsələlərdən biri Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qərarı oldu. Belə ki, Nəzarət Palatası “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4 və 3.5- ci maddələrinin implementasiyasına dair 04/15-174 nömrəli tərəfindən verilən daxili qərarla qanunun tələblərini ciddi şəkildə pozub. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına məktubla müraciət edib. Müraciətə əsasən Bank dairələrindən əldə olunan məlumata əsasən, müraciətdə “Nağdsız hesablaşmalar haqqında” qanunun müvafiq müddəaları əsas gətirilərək bankların nəzərinə çatdırılıb ki, sahibkarlara biznes kreditləri onun sahibkarlıq fəaliyyəti ilə bağlı açdığı hesaba köçürmə yolu ilə verilməli, bu halda şəxsi hesaba köçürməyə yol verilməməlidir. Bundan başqa, müraciətdə qeyd olunub ki, qanunla dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) yalnız nağdsız qaydada həyata keçirilməlidir. Belə ki, dövlət müəssisəsindən sifariş qəbul edən sahibkarın (podratçı və yaxud subpodratçı) dövlət müəssisəsi tərəfindən köçürülmüş vəsaiti hesabından məxaric etməyə hüququ yoxdur. Dövlət müəssisəsi 5 min manata qədər sifarişi dövlət satınalması keçirmədən birbaşa verə bilər, bundan artıq məbləğ isə dövlət satınalma müqaviləsi əsasında köçürmə hesab edilir və nağd çıxarıla bilməz. “Bu məqsədlə bank sahibkarın hesabı üzrə mədaxil əməliyyatlarını monitorinq etməli, hesab üzrə mədaxil əməliyyatları (nağd və yaxud köçürmə) dövlət müəssisəsi tərəfindən aparıldıqda belə vəsaitin hesabdan çıxarılmasına heç bir halda yol verilməməlidir. Bu halda nağd çıxarılmaya imkan verən “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulmuş 30 min manat və yaxud 15 min manat məbləğində limit tətbiq edilmir” - deyə məktubda qeyd olunub. Qanunun tələbi 15000 manat olduğu təqdirdə banklara göndərilən daxili qərarla bu vəsaiti 5000 manata endirilməsi, ölkədə fəaliyyət göstərən bütün QHT sektorunun, eləcə də orta və kiçik sahibkarların haqlı narazılığına səbəb oldu. Onlar hesab edir ki, qrant müqaviləsini dövlət satınalma müqaviləsi ilə, ictimai birlikləri isə sahibkarlıq obyektləri ilə səhv salan banklar qeyri-hökumət təşkilatına, o cümlədən gənclər təşkilatlarına sadələşmiş vergi ödəyicisi kimi ayda 15.000 manata qədər qrant vəsaitini nağdlaşdırmağa qanunla qadağa qoymaq hüququna malik deyil. Qanunun tələbi 15.000 manat olduğu təqdirdə banklara göndərilən daxili qərarla bu vəsaitin 5.000 manata endirilməsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa qarşı çıxmaq deməkdir. Maraqlıdır, Palatanın bu qərarından sonra fiziki və hüquqi şəxslər illeqal proseslərə maraq göstərə bilərmi? İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, hüquqi və fiziki şəxslər vəsaitlərinin nağdılaşdırılması ilə bağlı yeni qaydaların tətbiq edilməsi qərarından narazılıqda haqlıdır: “MBNP-sı qaydalara yeni dəyişikliklər etməmişdən əvvəl ay ərzində 15 min manat fiziki şəxslərə, 30 min manat hüquqi şəxslərə vəsaitin nağdılaşdırılmasına imkanı yaradılırdı. Azərbaycanda xüsusilə iqtisadi mühit buna hazır deyil və iqtisadi fəaliyyətlərin böyük bir qismi nağd formada həyata keçirilir, institutlar hələlik bu istiqamətdə formalaşmayıb. İqtisadiyyatın böyük bir qismi illeqal fəaliyyətin nəticəsində formalaşır. Belə bir şəraitdə kəskin formada nağdı vəsaitlərin çıxarılmasına məhdudiyyətlərin tətbiq edilməsi, son nəticədə iqtisadi fəaliyyətlərin zəifləməsinə gətirib çıxardır. Hətta dövlət büdcəsində maliyyələşən layihələrin icrası üçün problemlər yaranıb. Podratçı təşkilatlar lazım olan avadanlıqların, məhsulların alışı ilə bağlı problemlərlə üzləşirlər. Faktiki olaraq ölkə iqtisadiyyatı və bazar mövcud tələblərə uyğun fəaliyyət göstərə bilməz”. Ekspert digər nöqsanlı bir məsələnin xüsusilə hüquqi şəxslərlə bağlı olduğunu da qeyd edib: “Bu ondan ibarətdir ki, hüquqi şəxslərlə bağlı 30 min manatlıq məhdudiyyət kifayət qədər ciddidir. Çünki söhbət böyük dövriyyəsi olan müəssisələrdən gedirsə, bu müəssisələrin idarəçilərinin gəlirləri, hətta bəzi hallarda milyonlarla olur. Belə bir şəraitdə 30 min manat nağdılaşdırma tələbinin ortaya qoyulması, bu gəlirlərin çıxarılması üçün müəyyən problemlər yarada bilər. Nəticədə biznes subyektləri, fiziki və hüquqi şəxslər illeqal yollarla istifadəyə cəhd göstərəcəklər. Palatanın qəbul etdiyi qərarlardan çıxan nəticələri nəzərə alaraq hökumət bu istiqamətdə müəyyən qədər yumşalma həyata keçirməyi təmin etməlidir. Hüquqi və fiziki şəxsin göstərdiyi fəaliyyət sferası və yaxud da onların dövriyyəsinin nağdılaşdırmanın kateqoriyalara bölünməyə ehtiyac var. Əgər bu, dövriyyənin müəyyən bir qisminə tətbiq edilən formada olarsa, daha ədalətli olar. Məsələn, əgər dövriyyəyə 20 faiz, fiziki şəxslərə isə 30 faiz nağdılaşdırma imkanı tətbiq edilsə, bu halda ədaləti təmin etmək olar. Amma standart formada fiks məhdudiyyətin tətbiq edilməsi, son nəticədə illeqal davranışların həcminin artmasına və çirkli dövriyyənin genişlənməsinə təsir göstərə bilər. Hazırda hökumət humanitar siyasətini daha çox inflyasiya və məzənnə siyasətinə hədəflənmiş formada təmin etdirir. Həmçinin nağdı vəsait dövriyyəsinin və gizli valyuta tələbini məhdudlaşdırmağa cəhd göstərir. Amma buna baxmayaraq qərarlar qəbul edilərkən tarazlığın müəyyən edilməsi daha doğru olar. Əks halda nəticəlilik olmayacaq”. Yeganə Oqtayqızı
- Ana səhifə
- Cəmiyyət
- Sahibkarlar qanunsuz yollara vadar edilir
Sahibkarlar qanunsuz yollara vadar edilir
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi