Ramil Osmanlı: "Bu istiqamətdə müvafiq qərarların qəbulu bir çox müəssisələr üçün məcburidir”
Tikinti sahəsində qeyri-rəsmi əmək
münasibətlərinin qarşının alınması nəzərdə
tutulub. Bu barədə ölkə başçısı fərman imzalayıb. Belə ki, tikinti sahəsində
qeyri-rəsmi əmək münasibətlərinin aradan qaldırılmasına dair nəzarət tədbirləri
gücləndirilib. Sərtləşdirilmiş qaydada həyata keçiriləcək prosesə birbaşa
aidiyyatı qurumlar nəzarət edəcək. Fərmanda Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması,
sosial təminatlardan
yararlanmasının
təmin
edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və
monitorinqin müasir innovasiyalardan istifadə etməklə təşkili məqsədi ilə qərarlar
yer alıb.
Fərmanda ilkin mərhələdə pilot layihə
olaraq Bakı
şəhərində
tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi
nəzərdə tutulub. Belə ki, tikilməkdə olan çoxmənzilli yaşayış binalarının
(bundan sonra - tikinti obyektləri) və həmin tikinti obyektlərinin inşası ilə məşğul
olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə
bağlı
məlumatların əldə edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi Fərmanın yer almış
müvafiq maddəyə
uyğun
reyestrlə
inteqrasiya ediləcək. Həmçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə
tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti
obyektlərində
real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq. Prezidentin
tapşırığı ilə
qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinq həyata
keçiriləcək ki, bu da nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədi
daşıyacaq. Bununla bağlı isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq. Bu qurum elektron reyestrin aparılması,
tikinti obyektlərində
quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılması, eləcə də işçilərin eyniləşdirilməsini
həyata keçirən analitik tanıma sisteminin yaradılması və idarə edilməsi işlərini
həyata keçirəcək. Fərmanda bildirilir ki, müşahidə kameraları, analitik
tanıma sistemi və
elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyətı orqanların
hesabatlarının təhlili
nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların
yerində
araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qrupları göndəriləcək.
Aşkar edilmiş faktların sənədləşdirilməsi,
inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin
cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlər aidiyyəti
dövlət orqanına
göndəriləcək.
Maraqlıdır,
prezidentin tikinti sahəsində
qeyri-rəsmi əmək münasibətlərinin qarşısının
alınması mümkün olacaqmı?
Bu məsələdə şəffaflığın təmin olunması məqsədilə tədbirlər
görüləcəkmi?
Əmlak
məsələləri
üzrə ekspert Ramil Osmanlı
"Cümhuriyət”
qəzeti ilə məsələyə aydınlıq
gətirib.
O, deyib ki, məsələ ilə bağlı konkret söz demək çətindir. Çünki bu birbaşa olaraq
aidiyyatı qurumların nəzarətinin aktivliyindən asılı olacaq: "Yəni məsələnin həlli
onların
bu prosesin içinə
hansı
formada qoşulacağından, töhfə verəcəyindən birbaşa asılıdır. Burada bir çox məqsədlər
nəzərə alınmalıdır.
Tikinti şirkətlərinə
cəlb olunmuş işçilərin əməkhaqlarından tutmuş aparılan bütün əməliyyatların nağdsız yolla
həyata
keçirilməsi prosesi işə düşəcək. Onsuz da dövlət vəsaitlərinin nağdlaşdırılması ilə bağlı nəzarət gücləndirilib.
Hesab edirəm ki, bu istiqamətdə müvafiq qərarların qəbulu bir çox müəssisələr üçün məcburidir.
Hansı
ki, həmin
müəssisələr əmək münasibətlərində kifayət qədər rəsmiləşdirməklə fəaliyyət göstərsinlər.
Burada artıq
xərc
maddələrinin ortaya qoyulması, əsaslandırılması zəruridir. Bu həm də onların xərclərinin
optimallaşdırılması baxımından vacibdir. Deyək ki, müəyyən ay ərzində 30 mindən
çox nağdlaşdırma
həyata
keçirən və həmin nağdlaşdırmanın
əmək
münasibətlərində gizlətdiyi müəyyən hissə əmək haqları öhdəliklərinə sərf edilərsə,
bu təbii ki, əlavə problemlər yaradacaq. Ümumiyyətlə, bu daha çox prosesə nəzarət
edən qurumların
aktivliyindən
asılı
olacaq”.
Alçina Amilqızı