Yuxarı

Uşaqların iplə bağlandığı körpələr evinə CƏZA: Bellərinə uzun corab bağlayıb... - RƏSMİ

Uşaqların iplə bağlandığı körpələr evinə CƏZA: Bellərinə uzun corab bağlayıb... - RƏSMİ

Uşaqların iplə bağlandığı körpələr evinə CƏZA: Bellərinə uzun corab bağlayıb... - RƏSMİ

Bir neçə gün əvvəl Gəncədə 2 saylı Körpələr evi ilə bağlı bir sıra xoşagəlməz məlumatlar yayılıb. 

Məlumatlarda iddia edilir ki, sözügedən uşaq evində körpələri bir-birinə iplə bağlayırlar. Səbəb isə uşaq bezləri dolanda balacaların onları çıxarmağa cəhd etməsi və ətrafı bulaşdırmasıdır. Bundan başqa xeyirxah insanlar tərəfindən uşaq evinə verilən oyuncaqların, geyimlərin də uşaqlara verilmədiyi iddialar arasındadır.

Bu barədə sosial şəbəkələrdə uşaq evinə ziyarətə getdiyini deyən şəbəkə istifadəçisi video paylaşıb. Onun sözlərinə görə, bir neçə gün öncə körpələrə yardım üçün geyim əşyaları, oyuncaqlar aparıb və iki gün sonra getdikdə həmin geyimlərin, oyuncaqların heç birini görməyib.

Cebhe.info xəbər verir ki, Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyi məsələyə aydınlıq gətirib:

"Son günlər sosial şəbəkədə yenidən yayımlanan video və şəkillərin 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yarıdılıb. Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb. 

Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirərək qeyd edək ki, uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir-bərpa işləri aparılıb, Körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir. Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları