Yuxarı

“Demokratiyanın imitasiyasından da imtina olunub”

“Demokratiyanın imitasiyasından da imtina olunub”

[caption id="attachment_968" align="alignleft" width="268"]penah_huseyn_9_2 Pənah Hüseyn: “Proseslər yaxşı heç nə vəd etmir”[/caption] Seçki günü yaxınlaşdıqca partiyaların və namizədlərin nisbi fəallığı hiss olunur. Amma bu fəallıq daha çox mətbuat səhifələrində görünür. Bəzi partiyalar boykot taktikasını seçir və siyahının genişlənmə ehimalı da yox deyil. Amma eyni zamanda seçkiyə qatılan və proseslərdən kənarda qalmaq istəməyən namizədlər də az deyil. Namizədlər arasında tanınmış siyasi simalar da var və onların məsələyə yanaşması cəmiyyətə maraqlıdır. “Azadllq-2015”  blokunun namizədi, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “Cumhuriyət”ə müsahibəsində hazırki durumu dəyərləndirdi...   - “Azadllq-2015”  bloku 123-dən çox namizəd irəli sürüb, onların 71-i sənədlərini təqdim edib və imza vərəqələri alıb. Mütləq əksəriyyət də imza toplayırdı. Əsas mənzərə yaxın günlərdə aydın olmalıdır. Demək olar ki, əksər yerlərdə namizədlərimiz ciddi qanun pozuntuları ilə qarşılaşıb. Məsələn, şəxsən mənim dairəmdə mənə qarşı, cavabın ləngidilməsi, protokol cədvəlinin təqdim olunmamasını istisna etsək ciddi qanun pozuntusu olmamışdı. Amma mənim imza vərəqələrimin yoxlanılmasına yalnız axırıncı gün baxıldı. Mərkəzi Seçki Komissiyasına bununla bağlı şikayət etmişdik. Dünən (1 oktyabr) deputatlığa namizədliyim qeyd alındı. Hələ 4-5 nəfərin namizədliyi qeydə alınıb. Yaxın günlərdə hər şey bəlli olacaq.   - Ümumi situasiyanı necə dəyərləndirirsiniz?   - Ümumi situasiyaya gəldikdə çox ciddi və kütləvi qanun pozuntuları, təzyiqlər, Seçki Məcəllsəinin normalarının pozulması, irəli sürülmüş namizədlərin hüquqlarınını pozulması, müvafiq sənədlərin verilməməsi, əlavə sənədlərin tələb olunması və s. kimi pozuntular var. Mən 2005 və 2010-cu il seçkilərində də iştirak etmişdim. Açığı o zaman bu cür mənzərə ilə qarşılaşmamışdım. Namizədlərə xüsusən rayonlarda kütləvi şəkildə təzyiqlər edilir. Bakıda bu cür hallara demək olar ki, rast gəlinmir. Mən 5 dairədə həm də səlahiyyətli nümayəndəydim. Onun 3-də həm imza verənlərə, həm imza toplayanların qohumlarına, həm də özlərinə ciddi təzyiqlər var idi. Düzdür, hüquq mühafizə orqanları bunu etmirdilər. Amma yerli icra hakimiyyəti orqanları, xüsusən onların qohumlarına, həmçinin özlərinə də təzyiqlər edirdilər ki, namziədliklərini geri götürsünlər, imza toplamasınlar və s. Bu hallar bizim üçün çox gözlənilməz oldu. Çünki  görünür ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə hətta imitasion demokrtatiya modelindən də imtina olunub. Yekunları gözləyirik, imza vərəqələrinin verilməsi başa çatır. Məsələn, oktyabrın 1-də mən 64-cü dairədə oldum və 2 dəfə akt imzaladıq. Dairə seçki komissiyasının sədri ümumiyyətlə yoxdur, imza vərəqələrinin toplanması barədə protokolun surəti təqdim olunmurdu. İndi mənə zəng vururlar ki, 79-cu dairədə ciddi qanun pozuntuları baş verir, yəni tam bir dərəbəylikdir. Belə bir hal müşahidə olunur, yəni, biz, durumu dəyərləndirəcəyik.   - Rəqiblərinizlə bağlı nə düşünürsünüz, şanslarınızı necə dəyərləndirirsiniz?   - Rəqiblər və şanslar barədə bilirsiniz ki, seçki kampaniyası başlayandan sonra biz danışa bilərik. Çünki bu təbliğat hesab oluna bilər. Təbliğat və əks ya əks təbliğat seçki kampaniyasının müəyyənləşdirilmiş müddəti başlayana qədər qanunla yol verilmir.   - Seçki ərəfəsi olsa da siyasi fəallıq hiss olunmur. Demək olmaz ki, Azərbaycan seçkiyə hazırlaşır. Durğunluğun səbəbi nədir?   - Hələlik seçki aktivliyi hiss olunmur. Amma hələ kampaniya da başlamayıb. Mən hesab edirəm ki, hər halda kampaniya başlayanda müəyyən dəyişiklikər olacaq.   - Proqnozlar və ehtimallar var idi ki, parlamentdə ciddi dəyişikliklər olacaq...   - Xeyr, tamamilə əks bir halı müşahidə edirik. Hətta mənim müşahidələrimə görə, bu məsələdə 2010-cu ildən də geriyə getmişik.   - Geriyə getməyimizin səbəbləri nədir?   -Müxtəlif versiyalar irəli sürmək olar. Proses başa çatsın, ondan sonra ümumiləşdirilmiş siyasi dəyərləndirməmiz olacaq.   - Deyirsiniz ki, problemlər, qanun pozuntuları var və mənzərə ürəkaçan deyil. Bir sıra partiyalar da bunu əsas gətirərək seçkiyə qatılmaqdan imtina etdilər, bəzi partiyalar bunu boykot, bəziləri isə seçkidən imtina adlandırdılar. Bu taktikanı seçənlərin siyahısı genişlənə bilərmi? Sizin gündəminizdə baykot ehtimalı varmı?   - Boykot taktikası bunu seçən partiyaların öz hüququdur. Özləri bilərlər. Bizim “Azadlıq -2015”  də də belə müzakirələr gedib. Amma əksəriyyət seçkidə iştiraka davam mövqeyində durublar.   - Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə müxalifətin geniş formatda birliyi barədə danışılmadı. Birlik potensialı tükənibmi?   - Hər halda birlik alınmadı. Mənim fikrimcə, bütövlükdə demokratik düşərgə və onun əsas hissəsi olan siyasi müxalifət əlbəttə ki seçkiyə bir yerdə getməli idi və yaxud əməkdaşlıq olmalı idi. Hələ ki, bu mnüşahidə olunmadı və seçkidən iştirakdan imtina edənlər də az deyil. Hazırda qarşılıqlı ittihamlar da var. Bu vəziyyət də siyasi müxalifətə və bütövlükdə demokratik düşərgəyə zərər vuran bir haldır. Təəssüf ki, belə bir situasiyanı aradan qaldırmaq mümkün omadı. Bu barədə müxtıəlif mövqelədən danışmaq olar. Amma fakt bundan ibarətdir. Hər halda 7 siyasi partiyanı birkləşdirən bir siyasi blok var və bu “Azadlıq-2015”dir. Siyasi partiyaların yaranan ən böyük birliyi “Azadlıq-2015” oldu. Az çox bunu uğur saymaq olar. İni namizədlərin qeydiyyat prosesi başa çatandan sonra da dəyərləndirmələr olacaq və mən hesab edirəm ki, qeydə alınmış namizədlərin dairələrində və ya bütövlükdə bu seçki dairələrində ən azı müşahidə, nəzarət mexanizminin qurulması barəsində hələ müəyyən əməkdaşlıq imkanları qalır.   - Proseslər nəyi göstərir, seçkdən sonra hakimiyyətin islahatlara gedəcəyi ilə bağlı səsləndirilən versiyalar özünü doğruldacaqmı?   - Xeyr, hələ ki bu günə qdər olan proseslər deyilənlərin real dəyərləndirmə olmadığını göstərir. İslahatlar və bu seçkilərin də islahatların mühüm tərkib hisisəsi, bir şans kimi olması ilə bağlı dəyərləndirmələr özünü dorğrultmadı.   - Belə olan təqdirdə proseslər nə vəd edir?   - Şübhəsiz ki, proseslər müsbət nəsə vəd etmir.   - Dünyada və bölgədə baş verən proseslər, o cümlədən iqtisadi çətinliklərlə bağlı proqnozlarınız nədən ibarətdir?   - Ümumdünya və regional böhran var və Azərbaycanda da bu özünün sosial-iqtisadi təzahürünü tapır. Görünən odur ki, hadisələr yaxşıya doğru inkişaf etmir. Biz, çalışırıq və arzu edirik ki, millət və dövlət üçün hər şey yaxşı olsun...   Cavad    





Həftənin ən çox oxunanları