Yuxarı

Cinayət və cəza

Cinayət və cəza

Son illər Bakıda ağlasığmaz olaylar yaşanır.Bu dəfəki olay dəhşətli və olduqca tükürpədicidir.Polisə şikayət edən qız atasının onu zorladığını iddia edib. Belə ki, oktyabrın 23-də Bakının Şağan qəsəbəsi "Yeni massiv” sahəsində yaşayan, 1998 -ci il təvəllüdlü Əliyeva Aynur Əsəd qızı ərizə ilə müraciət edərək, oktyabrın 21-də atası, 1970-ci il təvəlllüdlü Əliyev Əsəd tərəfindən zorlandığını bildirib. Fakt ictimaiyyətdə və sosial şəbəkələrdə ciddi müzakirələr yaradıb.Tələb olunub ki, belə olay "qəhrəmanlarına” qanunvericilikdə nəzərdə tutulandan da ağır cəzalar tətbiq edilsin.

Məsələ burasındadır ki, əsasən yetkinlik yaşına çatmayan, təcavüzə məruz qalan qızların 60%-i anasının,cəmiyyətin reaksiyasından, "özün günahkarsan" qınağından qorxduğu üçün bunu ömürləri boyu gizlədirlər. Bundan əlavə həmin qızlar təcavüzə məruz qaldıqları şəxslər tərəfindən də təhdid edilir və müxtəlif təzyiqlərə məruz qalırlar.İş-işdən keçəndən sonra isə gec olur və olay böyüyür.

Qeyd edilən olayın hansı hallarda və hansı şəraitdə yaşanması haqda ətraflı bilgilər açıqlanmır.Amma istənilən halda olay dəhşətlidir və olayda adı keçən atanın ən ağır cəzaya məhkum edilməsi lazımdır.Ona ömürlük cəza verilməsi, yaxud mümkün olsaydı.ölümə məhkum olması daha məqbuldur. Təəssüflər olsun ki, Azərbaycanda bu cür ağır cinayət əməlləri törətmiş şəxslər üçün ölüm hökmü deyilən bir cəza mövcud deyil.Çünki bu cür əməli törətmiş şəxs barədə yalnız və yalnız bu variant mümkündür.Onun cəzalandırılması üçün alternativ cəza yolu görünmür.

Vəkil Əsabəli Mustafayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ataya ən ağır cəzanın tətbiq edilməsi əməli hansı hallarda etməsindən asılıdır:

"Olayda ağırlaşdırıcı hallar ola bilər. Köməksiz vəziyyətdə olmasından istifadə etməklə, zor tətbiq etməklə və digər məsələlərlə bağlı ola bilər. Hər halda bunları bilməmiş hər hansı bir söz demək çətindir.Bu hüquqi məsələdir.Ataya ən ağır cəzanın verilməsi faktiki hallardan asılıdır.İşgəncə verərək, xəsarət yetirərək zorlamanı həyata keçirib, ölümlə qorxudaraq zorlayıb.Bu hallarda ən azı iki maddə ilə cəzalana bilər”.

Vəkilin sözlərinə görə, qızını zorlayan şəxs ömürlük həbs cəzasına da düşmür.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova qeyd edib ki, bu çox biabırçı bir olaydır:

"Çox adam buna görə ölüm hökmünü təklif edir. Mən ölüm hökmünün yenidən qayıtmasının əleyhinə olan adamlardanam.Azyaşlıları zorlayan belə adamlara ağır cəza və ya ömürlük həbs verilməsi daha məqbuldur.Amma eyni zamanda qız uşaqları arasında qabaqlayıcı tədbirlər də görmək lazımdır. Bəzən belə hadisələr zamanı onlar  qorxub heç kimə məlumat vermirlər. İstənilən zorlanmada azyaşlılar hədələnir.Amma yaxın qohum olanda daha çox susqunluq müşahidə olunur.Qız ata, yaxud qardaşı barədə məlumatı vermək istəmir.Bununla bağlı qız uşaqlarının cinsi tərbiyəsi ilə bağlı xüsusi kursların keçirilməsi, təcavüzün yol verilməməsi, bunun zorakılıq hesab edilməsi kimi məsələlər tədris proqramına salınmalıdır.Düzdür, bunu etməyə imkan verməyəcəklər.İlk növbədə valideynlər buna etiraz edəcək.Problem ondadır ki, baş verən hadisələrə baxmayaraq valideynlər öz qız uşaqlarının çox məhdud çərçivədə inkişafına dəstək vermirlər.Onlara müəyyən məlumatların və bilgilərin verilməsinin əleyhinə olurlar.Bu da gətirib belə hallara çıxarır”.

QHT sədri qeyd edib ki, ilk növbədə bu məsələnin araşdırılması vacibdir:

"İstənilən halda zorlanma varsa, bu cinayətdir. Bəzən qızlarda ataya qarşı qərəzli münasibətlər də olur. Ola bilsin ki, zorlanma faktı əvvəldən baş versin. Bu ədalətli və düzgün deyil.

Çünki bu adam əgər zorakılığa etiraz edirsə, hadisədən travma alıbsa, dərhal müraciət etməlidir. Ekspertiza müəyyən etməlidir ki, hadisə nə vaxt olub.Bəzən qızlar sərbəst gəzmələri üçün ataları haqda belə ittihamlar irəli sürürlər.Biz istənilən halda ədalətli olmalıyıq. Çünki hadisənin hansı halda,  şəraitdə baş verməsini bilmirik. Bilmirəm, bu olayda adı keçən ata içki aludəçisidi, yoxsa narkotikdən asılılığı var. Bu halda davranışlarına, hərəkətlərinə nəzarət edə bilməsin.Amma istənilən halda başqa qaydalar var. O zaman bütün narkotik qəbul edənlər, içki düşkünü olanlar gedib bu cinayəti törətsin? ”

Alçina Amilqızı







Həftənin ən çox oxunanları