Yuxarı

Çanaqqala əfsanələri

Çanaqqala  əfsanələri

 Norfolk alayı necə yoxa çıxdı?8 ay davam edən Geliboli savaşı 46 min can aldı1915-ci ilin 10 avqustu idi. Gelibolu savaşı başa çatmaq üzrəydi. Çanaqqalada isə vəziyyət gərgindi. Savaş poliqonu dəyişmişdi, Çanaqqala ingilislər tərəfindən mühasirəyə alınmışdı. Bürkülü hava, qaynar külək və bir o qədər də yandırıcı neştərləriylə ağcaqanadlar işğalçı ordunun əsgərlərinə çətin anlar yaşadırdı. Əsgərlər arasında yoluxucu xəstəlik də yayılmışdı. İngilislər öz tarixlərinin ən böyük məğlubiyyətlərinin bir addımlığında dayanmışdılar. Komandan Ser İon Hamilton məğlubiyyətə uğrayacaqlarını əvvəldən təxmin etmişdi. Təcili şəkildə Londona telerqam vurdu və əlavə hərbi qüvvə istədi. O, məğlub əsgər olmaq niyyətində deyildi. İngiltərədən komandirə verilən cavab müsbət idi, dəstəkçi qüvvə göndəriləcəkdi.Norfolk alayı1915-ci ilin iyulun 19-da Birləşmiş Krallıq hökuməti Norfolk alayını Çanaqqalaya göndərmək qərarını verdi. Qeyri-peşəkar hərbçilərdən yığılmış alay gəmilərlə Osmanlıya yola salındı. Alay əsgərlərinin heç birinin döyüş təcrübəsi yox idi. Norfolk dönəmin hərbi mütəxəssislərinin “bayram gecələri əsgərləri” adlandırdıqları müdafiə birliklərinə bağlıydı. Plana görə, alay savaşın arxa cəbhəsindən müdafiə xəttinə dəstək verməliydi. Lakin hər şey gözlənilən kimi olmayacaqdı, Norfolku avqustun 12-də qorxulu cəhənnəm gözləyirdi. Beləcə ingilislər başlarına gələcək faciədən xəbərsiz Çanaqqalaya yola düşmüşdülər.Norfolk alayı Çanaqqala sahillərinə yaxın duzlu gölün ətrafında düşərgə saldı. Bürkülü hava və yol yorğunluğu ingilisləri süst salmışdı. Yerlərindən tərpənməyə halları qalmamışdı. Kölgələnmək üçün yer də yox idi. Şimaldan Kirəçtəpə, iki tərəfində Kavaktəpə və Təkkətəpə, Cənubdan Sarıbayır arasında qalan Suvla düzənliyi böyük, quru və boz bir boşluq - yarımsəhra idi. İngilislər çöllüyün dözülməz istisi qarşısında tab gətirə bilmirdilər. Norfolk İngiltərənin Dereham qəsəbəsində bir araya gələndə başqa vəd verilmişdi. Lakin alayın 4 və 5-ci taborları cəhənnəmi xatırladan Sıvlanı görəndə çaşıb qalmışdılar. Geri qayıtmaq da mümkün deyildi. Zorakı razılıqla qalmağı seçdilər. Amma Norfolku müharibə xaricində böyük bir sürpriz gözləyirdi.Briqada hücuma keçirSer Hamilton Təkkə və Kavaktəpədəki türk birliklərinə qarşı gecə saatlarında gözlənilməz və ildırımsürətli hücum planlaşdırmışdı. Hücum əvvəlcə kəşfiyyat xarakterli olmalıydı və bunun üçün 54 hərbçinin olduğu Norfolk briqadası türk ordusuna yaxınlaşmağa başladı. Plana görə, təpəliklərə yaxınlaşıb səhərin alaqaranlığında - Günəş çıxmamış hücuma keçməli idilər. Lakin ingilislər gecə hücumun həyata keçiriləcəyi ərazidə - Küçük Anafarta ovalığı adlanan yerdə türk əsgərlərinin pusqu qurduqlarından şübhələnmişdilər. Pusqunu dəf etmək və yolu açmaq məqsədiylə Norfolk birliyi günortadan sonra hərəkətə keçdi. Lakin birliyin planları puç oldu. Gelibolu savaşında ingilislərin çaşqınlıq və bacarıqsızlığı top atəşlərinin döyüşlərdən 45 dəqiqə əvvəl başlamasına səbəb olmuşdu. Cəbbəxananı boş yerə istifadə edən ingilislər savaş poliqonunu nəzərdən keçirməmişdilər. Çünki bölgəni yaxşı tanımırdılar. Hədəfləri gözucu - təxmini ehtimallarla müəyyən etmişdilər. Hansı gücdə olduğunu bilmədikləri türklər cəbhənin qarşı tərəfində ingilisləri gözləyirdilər.4-cü Norfolk taboru 163 əsgəriylə “çılpaq” ovalığı gün işığında keçməyin yanlış olduğunu başa düşəndə ancaq 900 metr irəliləmişdi. Türklərin göstərdiyi dirəniş ingilislərin ehtimallarından daha böyük idi. İngilis birliyinin böyük hissəsi intensiv atəş altında qaldığı üçün yerindən bir addım kənara ata bilmirdi. Lakin sağ cinahda yer alan 5-ci Norfolk taboru daha az müqavimətlə rastlaşdığı üçün irəliləyə bilirdi.Qatı duman içindəSavaşın qızğın vaxtı 22 nəfərlik Yeni Zelandiya birliyinin müşayiəti ilə Norfolk alayının 4-cü taborunun əsgərləri qarşıdakı təpəliklərə doğru hərəkət etməyə başladılar. Təpəliyin üzərinə qatı duman çökmüşdü. İngilis hərbçilər yavaş-yavaş təpəliyə yaxınlaşdılar və dumanın içində yox oldular. Son əsgər də dumanın içinə girdikdən sonra duman sürətlə çəkilməyə başladı və küləyin əksi istiqamətinə doğru hərəkət etdi. Ən ilginci də bu idi ki, həmin vaxt küləyin olmasına baxmayaraq dumanın düşdüyü təpənin üzərindəki 3-4 bulud topası da yerindən tərpənmirdi. Buludlar təpəliyə çökmüş dumana oxşayırdı.Londona teleqramKomandir Hamilton İngiltərənin müdafiə naziri Lord Kitçenerə göndərdiyi məktubunda yazırdı: “Savaş vaxtı 163 nəfərlik birliyimiz türklərə qarşı tutduğu mövqedə üstün idi, lakin həmin vaxt qəribə hadisə baş verdi. Türklərin zəifləməkdə olan qüvvələrinə qarşı polkovnik, Ser H.Bekamp cəsur və özündən əmin bir hərbçi kimi böyük bir əzmlə, sürətlə düşmənin mövqelərinə doğru irəlilədi və savaşın ən gözəl hissəsi də bundan sonra başladı. Döyüşlər daha da qızışmışdı. Əsgərlərin əksəriyyəti yaralı və susuzluqdan pis vəziyyətlə üzləşmişdilər. Hərbçilər düşərgəyə ancaq gecə saatlarında geri qayıda bildilər. Lakin polkovnik Bekamp 16 zabit və 250 əsgəriylə düşməni qabağına qatıb sürətlə irəliyə doğru hərəkət edirdi. Lakin onların heç birindən bir xəbər ala bilmədik. Meşəlik əraziyə hücum etdikdən sonra yoxa çıxdılar, səslərini belə eşitmədik. Birlikdən bir nəfər də geri qayıtmadı. 267 nəfər arxasında heç bir iz qoymadan yox olmuşdu”.Məğlubiyyət qaçılmazdırHəmin gün günortadan sonra Norfolk alayının uğursuz hücumu və birliyin 4-cü taborunun gözlənilməz sürprizlə yox olması Ser İon Hamiltonun və bütün ingilislərin ümidlərini alt-üst etmişdi. Artıq türklərə qarşı qələbə qazanılacağına heç kəs inanmırdı. Beləliklə 1915-ci ilin sonunda Müttəfiq Qüvvələr geri çəkilərək böyük məğlubiyyətə uğradılar. Gelibolu savaşı səkkiz ay yarım davam etdi və 46 min nəfər öldü. Həmin dövrün savaşları üçün bu, qorxulu statistika idi. Savaşdan sonra - 1916-cı ildə ingilis hökuməti məğlubiyyətin səbəblərinin araşdırılması üçün rəsmi qurumları və Müdafiə Nazirliyini hərəkətə keçirdi. “Gelibolu Komitəsi” adlanan araşdırmaçı qurum təsis olundu.Gizlədilən dosye“Gelibolu Komitəsinin son Hesabatı” adı altında ən yuxarı siyasi dairələrdən tutmuş aşağı səviyyəli qurumlaradək senzuradan keçirilmiş hesabat ilk dəfə 1917-ci ildə, ikinci dəfə də 1919-cu ildə yayımlandı. Hesabatın əsl nüsxəsi 1965-ci ilədək ortaya çıxarılmadı. 1918-ci ilin sonlarında Geliboluya hücum edən ingilislər başı aşağı Osmanlı ərazilərini tərk etdilər. İşğalçı qüvvələrin bir əsgəri savaş poliqonunda gəzərkən krallığın Norfolk alayına məxsus bir döş nişanı tapdı. Yaxınlıqda apardığı araşdırma nəticəsində bir türk fermerin bir ərazidə tapdığı çoxlu sayda əsgər cəsədini yaxınlıqdakı dərəyə atması məlumatını əldə etdi. Bu, hesabatda öz əksini tapırdı, amma Norfolk alayını yoxa çıxaran amillər açıqlanmırdı. Çünki bu, açıqlana bilməyəcək qədər paranormal hal idi və səbəbi də naməlumdu.8 aydan çox davam edən Çanaqqala savaşı həm türklər, həm də ingilislərə cəhənnəm əzabı yaşatdı. Savaşda ölən və yaralanan, mənəvi zədələrə məruz qalmış minlərlə insan vardı. Lakin savaşda unudulmayan bir hadisə vardı: Norfolk alayının əsgərlərinin naməlum şəkildə yoxa çıxması. Norfolk hadisəsinin sirri də İkinci Dünya Müharibəsində baş vermiş Filadelfiya əfsanəsi kimi açılmadı. Bir sıra tarix kitablarında bu hadisəyə böyük önəm verilir və Çanaqqala savaşıyla birlikdə xatırlanan sirli, paranormal haldır. Filadelfiya hadisəsinin də Norfolk limanıyla əlaqəli olmasını nəzərə alsaq, bu hadisənin də verdiyi bir subliminal mesaj olmalıdır.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları