Yuxarı

Paytaxtı vahiməyə salan sirli uğultu

Paytaxtı vahiməyə salan sirli uğultu

Hum - sirli və mənbəyi naməlum olan, zaman-zaman dünyanın müxtəlif bölgələrində eşidilən uğultu deməkdir. Kənardan eşidilən səs elmi araşdırmalara görə, mənbədəki səsin yalnız 2%-dir. Elm adamları uğultunun mərkəzində səsin daha güclü olduğunu ehtimal edirlər. Hum dünyanın bir sıra yerlərində vızıltı şəklində həmişə eşidilir. Sirli səs ingilis dilində “hum”, Azərbaycan dilində isə “uğultu” (gurultu, vızıltı və s.) kimi qəbul edilib. Humların baş verməsinin əsl səbəbi naməlumdur. Dünyanın müxtəlif ölkələrində eşidilən hum milyonlarla insan üzərində mənfi təsirlər yaratmaq gücündədir, bundan təsirlənərək intihar edənlər də var.Lənət oyanırHum vızıltı şəklində ilk dəfə 1950-ci illərdə İngiltərədə eşidilib. Hadisə şahidi olan 2000 nəfər insan bununla bağlı aidiyyatı qurumlara bildirmişdilər.Silsilə olaylar 1995-ci ildə dövlət səviyyəsində hazırlanmış hesabatda öz əksini tapdı.1980-ci illərdə Şotlandiyanın Larqs qəsəbəsinin dənizə yaxın yerlərində insanların təlaşına səbəb olan uğultu eşidildi. 1992-ci ildə ABŞ-ın Nyu-Mexiko ştatında baş verən hum fenomeni piano səsinə oxşar uğultuya başladı və səs tezliyinin 66 hertz olduğu təsbit edildi. Uğultu ştata xəstəlik gətirdi. Nyu-Mexikonun Taos şəhərinin Qərbində baş verən və “Taos Hum” adının verildiyi bu fenomendən xəstələnən insanların müalicəsini Nyu-Mexiko Universiteti öz üzərinə götürdü.Səs 1999-cu ildə Amerikanın İndiana ştatının Kokomo qəsəbəsində eşidildi.Hadisədən sonra 1000 nəfər fiziki problemlərlə bağlı (mədə ağrısı, ürəkbulanma, ishal, halsızlıq və s.) xəstəxanalara müraciət etdi.Vəziyyətin təhlükəli hal aldığını görən şəhər rəhbərliyi 2003-cü ildə qəsəbəni boşaltdı.Uğultunun ştatda ən çox zərər verdiyi qəsəbə məhz Kokomo idi.Qəsəbə bələdiyyəsi araşdırmalara başladı.Lakin konkret cavab tapılmadı.Yerin alt qatında baş verən kimyəvi dəyişiklik və geomaqnit hadisələrlə əlaqələndirilsə də Kokomoya geri qayıdan sakinlər hələ də uğultu eşitdiklərini dedilər.2008-ci ildə Kanadanın Alberta ştatının Kalqari şəhərində 40 hertz gücündə səs eşidildi, bu, şəhər əhalisinin 20%-nə təsir etmişdi.2012-ci ildə İrlandiyanın Kerri, Vaşinqton Sitl, Yeni Zelandiyanın Vellinqton şəhərlərində analoji hal təkrarlandı.Sinir sistemləri sıradan çıxırBir qayda olaraq insanların yaşamadığı, yaxud məhdud yaşayışın olduğu massivlərdə başlayan və qarşısının alınması mümkünsüz olan uğultu dünyanın bir çox ölkələrində minlərlə insanların sinir sistemlərini sıradan çıxarıb.Elm adamlarının uzun illərdir apardıqları araşdırmalara baxmayaraq, sirli səsin nəyə görə bəlli bölgələrdə populiyasiyanın bəlli bir qisminə təsir etdiyinin sirri hələ də açılmır.İlk dəfə 1950-ci illərdə eşidilməyə başlayan hum sonrakı illərdə daha çox bölgədə müxtəlif səviyyələrdə və müxtəlif tezliklərdə eşidilməyə başladı.Hadisələrin sayı getdikcə artdı.Ən ilginci budur ki, uğultuya adətən qapalı yerlərdə və gecə saatlarında daha çox rast gəlinirdi.Ən çox da şəhər kənarlarında və su hövzələri yaxınlığında baş verir.İngiltərənin Surrey şəhərində yaşayan akustika mühəndisi Qoff Leventalın 2003-cü ildə apardığı araşdırmaya görə, humun baş verdiyi ərazidə yaşayan insanların yalnız 2%-i bu səsi eşidir.Gurultu əsasən 55-70 yaşları arasında olan insanlara mənfi təsir edir.Bakı olayı2016-cı ilin martın 27-də Azərbaycanın paytaxtı Bakı şəhərinin Səbail və Yasamal rayonları ərazisində müəmmalı gurultu səsi eşidildi.Səsin gücü yaşayış binalarını silkələdi. Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs insanları qorxutdu. Respublika Seysmoloji Xidmət Mərkəzi bunun zəlzələ ilə bağlı olmadını bildirdi.Fövqəladə Hallar Nazirliyindən də partlayış, yaxud hansısa bənzər hadisə barədə “qaynar xətt”ə heç bir çağırışın daxil olmadığı bildirildi.Beləliklə, səsin əsl mənbəyi naməlum qaldı.“Mənəvi işgəncə”Humu eşidən insanlar bunu  dizel yanacağıyla işləyən mühərrikin səsinə oxşadırlar. İngiltərənin Lids şəhərində bu uğultunu eşidən Keyt Jakers adlı qadın bunu “mənəvi işgəncə” adlandırıb: “Bu, mənəvi işgəncədir. Bəzən qışqırmaq istəyirsən, amma bacarmırsan.Gecələr səs daha da qorxulu olur.Yatmaq olmur, çünki səs sizə yatmağa imkan vermir, dayanmadan artmaqda davam edir.Beyniniz səsə ilişib qalır”.Humu eşitməyənlər də bunun mənfi təsirlərinə məruz qalırlar.Həmin insanlara bu, əsəb verir.Başağrısı ürək bulantısı, halsızlıq, burun qanaması və yuxu pozğunluğu kimi hallarla rastlaşırlar. Araşdırmalara görə, 1950-ci illərdən bu günədək İngiltərədə ən az 1 nəfər huma görə intihar edib.Halusinasiya, tinnitusSirli uğultuya tez-tez rast gəlinən yerlərdən biri İngiltərənin Bristol şəhəridir.Dəniz sahilində yerləşən şəhərdə 1970-ci illərdən baş verən huma səbəb kimi yollardakı avtomobil tıxacı və 24 saat işləyən fabriklər göstərilirdi.Lakin araşdırmalar səsin naməlum mənbədən gəldiyini ortaya çıxardı.ABŞ-da isə anoloji halın tez-tez təkrarlandığı məkan Taos qəsəbəsidir.1991-ci ildən başlayaraq qəsəbə sakinləri onları narahat edən naməlum səsdən şikayət etməyə başladılar.Qəsəbə bələdiyyəsi və elm adamları şikayətlərin üzərindən araşdırmalara başladılar.Lakin Nyu-Mexikodakı Los-Almos laboratoriyasında həyata keçirilən təcrübələrdə heç bir nəticə əldə edilmədi.Hökumət yetkililərinin də işə qarışması nəticəsiz qaldı.Halusinasiya, yaxud tinnitus kimi hallara bağlanıldı, amma bu da səbəb deyildi.Səs bəlli sahədə eşidilməyə başlayan kimi hamı eşidirdi və eyni vaxtda yoxa çıxırdı. Bu, göy gurultusu deyildi, çünki qulaqlara tıxanılan pambıq, yaxud digər səskəsici vasitələr də eşitməyə əngəl ola bilmirdi. Qulaqları dərin səs tonlarına malik olanlar bundan daha çox əziyyət çəkirlər.Ştutqart şəhərində bir fermer bu barədə mediaya məlumat verməyən günədək Almaniyada da hamı üçün bu, inanılmaz bir uydurma idi.Səs Almaniyada eşidilməyə başlamışdı.Lakin Ştutqart hadisəsindən sonra Almaniyada hər kəs, KİV-lər humdan danışırdı.Məhdud yaşayışın olduğu bölgədə bu səsi yalnız fermer ər-arvad eşitməmişdi, digər hal şahidləri də vardı.Elektromaqnit dalğalar, radiasiya, hərbi rabitə vasitələriHadisə bütün Almaniyaya yayıldıqdan sonra elm adamları və araşdırmaçılar hərəkətə keçdilər.Amma bir nəticə hasil olmadı.Bir sıra araşdırmaçılara görə olayın səbəbi elektromaqnit dalğaların zəif dalğalarla ətrafa yayılması idi.Hadisə yenə təkrarlandı.İki saat davam edən humda ətrafa 1-20 hertz arasında titrəyən siqnal səsləri yayıldı.Ən ilginci bu idi ki, həmin vaxt televiziya, radio və digər vasitələrin yayımı dayanmışdı. Araşdırmaçıların uğultunun mənbəyini təsbit etməyə çalışdıqları yerlər arasında Kanadanın Ontario ştatının Vindsor və Avstraliyanın Sidney şəhəri yaxınlığında yerləşən Bondi bölgələri var. Bölgədə yaşayan avstraliyalılar uğultunun qarşısını almaq üçün yüksək musiqi səslərindən istifadə etdiklərini, başqa çarələrinin olmadığını deyirlər. Saskatçevan Univeristetinin professoru Jan Pyer Maris bunun radiasiya təbəqələrindən gələn elektromaqnit səslər olduğunu iddia etdi.Oklahama Universitetinin elm adamı David Deminq də hadisələrə münasibətini açıqladı.Deminqin qeyd etdi ki, humun mənbəyi inkişaf etmiş telefon şəbəkəsi və ABŞ Hərbi Dəniz Donanması tərəfindən dəniz və okeanların alt qatlarında əlaqə saxlamaq üçün qurduğu rabitə vasitəsidir.Yerin səsiABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) diqqəti başqa istiqamətə yönəltdi. NASA bunu dünyanın “təbii radio dalğaları”yla əlaqələndirdi: “Əgər insanların qulaqlarının yerinə radio antennaları olsaydı, planetimizdən gələn digər qəribə səsləri eşidə bilərdi. Elm adamları planetdən çıxan bu səsləri “fit çalan”, “spherics” (ildırım çaxması kimi təbii hadisələrə səbəb olan elektromaqnit siqnallar) və “tweeks” (atmosferdə çaxan ildırımaların ionosferə çırpılaraq geri qayıtmasıyla yaranan səs) adlandırırlar. Səslər montaja oxşasa da bu film deyil, həqiqətdir. Biz hiss etməsək də ətrafımızda fırlanan dünyanın “təbii radio dalğaları” var”. ABŞ-ın Southern Methodist Universitetinin elm adamı Brayn Stampın sözlərinə görə, Yerin səthində baş verən zəlzələlər də müxtəlif səslər yarada bilirlər.Təbii fəlakətlər, iqlim dəyişikliyiBir sıra fiziklərə görə, eşidilən səslər əsl səsin yalnız kiçik hissəsidir.Bu, 20-100Hz arasındakı ultra-az tezliyindəki akustik emissiyaları və 0.1-15Hz arasında ultra-az infrasonik olan dalğalardır.Geofizikada bunlara “akustik cazibə dalğaları” deyilir.Atmosferin yuxarı qatlarında, xüsusilə ionosferdə olur. Bu dalğaların yaranmasının bir sıra səbəbləri var: zəlzələ, vulkan püskürmələri, qasırğa, sunami və s. Lakin təbii fəlakətlərin yaratdığı səslər eşidilən naməlum gurultudan daha zəifdir. Belə bir səs üçün yüksək enerji tələb olunur. Bu həmçinin dünyaya çırpılan, ionosfer, atmosferin daha yuxarı təbəqələrini və mezosferi qeyri-sabit vəziyyətə gətirən Günəş partlayışı, yaxud enerji axınları da ola bilər.Digər elm adamları arasında bu fenomeni 2011-ci ildən Yer kürəsinin daxili və xarici quruluşunda başlayan dəyişikliklərə bağlayanlar da var. 1998-2003-cü illər aralığında Şimal qütbündə sürüşmə sürətlənib.Dünyanın geomaqnit sahəsininin daxili və xarici səthində enerji prosesləri də sürətini artırıb.Bildirilir ki, baş verənlər 2011-ci ildən Yer kürəsində ani hərəkətlənmələrin sayını da çoxaldıb.Nəticədə Yer kürəsinin nüvəsində yüksək enerji partlayışları baş verə bilir.Gələcəkdə açılacaq sirrHaqqında bir çox nəzəriyyə irəli sürülən və bir sıra elm adamları tərəfindən “psixoloji silah” adlandırılan hum inanılmaz nəzəriyyələrin ortaya çıxmasına da yol açıb. Lakin araşdırmaçılar sirli olayın həqiqət olduğuna və bunun yadplanetlilər tərəfindən Yer kürəsinə göndərilən siqnal olmadığına əmindirlər.Kokomo hadisəsindən sonra araşdırmaçıların gəldiyi qənaət budur ki, hum əsasən inkişaf etmiş sənaye bölgələrində eşidilir.Bunun da səbəbi istilik sistemləri, rabitə vasitələri və yüksək təzyiqli qaz xətləridir.Əksər nəzəriyyə isə daha çox bunun bəzi insanlar tərəfindən eşidilən zəif tezlikli elektromaqnit radiasiyası olması üzərində dayanır.Digər nəzəriyyələr okean dalğaları və tektonik cəhətdən aktiv olan bölgələrdəki intensiv seysmik titrəmələrdən ballistik raket və nüvə silahlarının sınaqlarınadək uzanır.Lakin bunların heç biri qəti cavab deyil. İngilis araşdırmaçı Levental problemin yaxın gələcəkdə həll olunacağına şübhəylə baxır: “Bu, 50 ildən çoxdur davam edən bir sirdir. Daha uzun illər belə qalacağını düşünürəm”.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları