Yuxarı

Ruhunu şeytana satmış məşhurlar

Ruhunu şeytana satmış məşhurlar

2000-ci ildə şöhrətinin ən yüksək pilləsində dayanan amerikalı repçi Eminem sonradan çıxardığı “Recovery” (“Yaxşılaşma”) adlı albomuyla bütün diqqətləri üzərinə cəlb edir. O, eyniadlı repində məktəb dostu, həyat yoldaşı Prufun ölüm səhnəsini təsvir edirdi. Klipdəki səhnə 2006-cı ildə reallığa çevrilir. Pruf gecə vaxtı bardan çıxarkən öldürüldü. Bu, San-Fransisko Şeytan kilsəsi tərəfindən məşhur reperə edilən xəbərdarlıq idi. Eminem “Recovery”i üçün bu sözləri seçmişdi:Ruhumu şeytana satdım,Əvvəlcə aldanmayacağımı düşündüm,İndisə tərk edib getmək istəyirəm.Repdə Şeytanın eşidilən səsi beləydi:Yaxın dostunu səndən oğurladım,Həyat yoldaşını səndən oğurladımŞöhrət çox gözəl idi,Bəs indi nə oldu?. Pruf satanist idi. Eminemin bundan xəbəri vardı və onu yolundan qaytarmaq cəhdləri boşa çıxmışdı. “Yaxınlaşma”da da bundan bəhs edir. Bundan qəzəblənən satanistlər Prufu öldürdülər və Eminemi təhdid etməyə başladılar. Sonda bu təhdidlərdən qorxuya düşən repçi ruhunu Şeytana satmağa məcbur oldu. Təkcə Eminemi yox, 1960-cı ildən etibarən ABŞ-da icrasına başladılan “MK Ultra” layihəsi çərçivəsində satanistlər bir çox məşhurları təsir altına almaq üçün bu cür üsullardan istifadə edirlər. Populyar rok qrupu “Muse”nin eyniadlı mahnısı (“MK Ultra”) var. ABŞ-ın hökumət dairələri tərəfindən uşaq vaxtı cinsi zorakılığa məruz qoyduğu məşhurlar da eyni aqibətlə üzləşmişdilər. Bu barədə ən geniş məlumatlar 1994-cü ildə nəşr edilən “Transforming America” adlı kitabda yer alıb.“Monarch” layihəsi“MK Ultra” layihəsi üçün hədəf seçilmiş məşhurların beyinləri elektroşok üsulu ilə bir neçə hissəyə bölürlər və həmin hissələrə müxtəlif şüuraltılar yerləşdirilərək asan idarəolunan varlığa çevirirlər. Bu metod üzərində hazırlanan “Monarch” layihəsi daha çox “Hollywood” və “MTV” ulduzlarına qarşı tətbiq olunur. Elektroşok vasitəsilə onların beyinlərinə satanist şüuraltı yerləşdirilir. Üsul nə qədər kiçik yaşda tətbiq olunsa, o qədər təsirli olur. Metodun tətbiq edildiyi insan küləkdə yellənən bir kəpənək kimi nə etdiyini bilməyən vəziyyətə düşür. Bir çox ulduzun istifadə etdiyi kəpənək naxışlı aksessuar və döymələr də buna işarədir. “Monarch” metoduna məruz qalanlar arasında Britni Spirs, Khristina Aqilera və Castn Timberleyk var. Vaxtilə Spirsin başını keçəl qırxdırması onun ruhi sarsıntılar keçirməsiylə izah olunurdu. Eminem, Slim Şadi və Marşall Maters kimi məşhurların səhnələrdə etdiyi qeyri-etik hərəkətlərinin də müxtəlif izahları var. Eminem tez-tez mahnılarında Satanizmin “3 am Rainman” kimi şüarlarından istifadə edir. Məhşuların şüurlatının ələ keçirilməsi “İllüminati” tərəfindən həyata keçirilir.Şakurun ölümü sirli qaldı1990-cı illərin ən sevilən repçilərindən biri repçi Tupak Şakur idi. Şakurun birdən-birə səhnədən getməsi hələ də sirr olaraq qalır. Əvvəlcə cinsi zorakılıqda ittiham edilən repçinin bu “cinayət”i üçün hansısa dəlil tapıla bilmədi. Daha sonra isə müəmmalı şəkildə öldürüldü.Maykl Ceksonu öldürən klipiMaykl Ceksonun ölümünün arxasında da oxşar işarələr vardı. Ceksonun 1990-cı ildə çəkdirdiyi “Black Or White” adlı klipinin əvvəlində dörd dəqiqəlik rəqs səhnəsi sırf tamaşaçıya qabiliyyətini göstərmək üçün edilməmişdi. “Music Industry Exposed” adlı sənədli filmdə klipin analizi edilərkən Ceksonun çox açıq şəkildə orada “Allahdan bağışlanma” dini ayinini icra etdiyi ortaya çıxdı. Cekson beynini ələ keçirmiş şeytanlardan xilas olmaq istəyirdi. Onu təsir altına alan təşkilatlara meydan oxuyurdu. Bundan sonra Maykl Ceksonun aşağı düşməyə başlayır. O, bir neçə uşağa cinsi zorakılıq ittihamı ilə günahkar bilinir. Lakin dəlil tapılmır. Bir müddətdən sonra isə Ceksonun dəri xəstəliyindən əziyyət çəkdiyi xəbərləri yayılır. 2009-cu ildə o, mediaya verdiyi müsahibəsində fanatlarına “dünyanı xilas etmək üçün dörd iliniz” qaldı deyə müraciət etdi. Cekson öldürüləcəyinə işarə vurdu, bununla eyni zamanda Məsihin yaxın zamanlarda yerə enəcəyini demişdi. 3 il sonra Cekson müəmmalı şəkildə öldü. Onun ölümü bu gün də ailə və insanlar üçün hələ də sirdir. Məsələn, Yaponiyada baş verən zəlzələlərin ABŞ tərəfindən törədildiyini deyən Uqo Çavez bu açıqlamasından qısa müddət sonra xərçəng diaqnozu ilə xəstəxanaya aparılmışdı. Məşhur musiqiçi Ami Vinhausun ölümü də insanlar üçün sirli qalır. Ölümünün səbəbi narkotik maddələr göstərilsə də aparılan araşdırmalardan sonra məlum olur ki, Vinhaus ömründə bir dəfə də narkotikdən istifadə etməyib.“İllimünati şahzadəsi” Rihanna“MTV”in ən məşhur siması Rihanna da tez-tez səhnə performanslarında insanlara satanizmə aid şüuraltı mesajlar ötürür. “S&M” adlı mahnısına çəkdirdiyi klipində Rihannanın oxuduğu səhnənin arxa fonunda açıq şəkildə “Princess Of Illimunati” (“İllimünati şahzadəsi”) yazısı görünür. “MTV”nin digər ulduzu Biyonsun Gürcüstana səfəri də qaranlıq məqamlarla yadda qaldı. Biyons Tbilisi küçələrində üzərinə inqilabi şüarlar yazılan avtomobili ilə gəzmişdi. O, Gürcüstanı tərk edib getdikdən sonra ölkədə siyasi çalxalanma baş verir və Amerikanın adamı hesab edilən Saakaşvili Şevardnadzeni devirərək hakimiyyətə gəlir. Hər halda həmin vaxt gürcülər onun gözlənilməz səfərində subliminal mesajların olduğuna inanırdılar.Şeytanla müqavilə imzalayanlar“MTV”nin simvolu hesab edilən içərisində tək göz işarəsi olan piramida “İllimünati”yə aiddir. 1980-ci illərdə Con Todd adlı sui-qəsd nəzəriyyəçisi “İllimünati” və digər mason təşkilatlarına aid üzə çıxardığı faktlara görə, cinsi zorakılıq ittihamı ilə 30 il həbs cəzasına məhkum edilmişdi. Maraqlıdır ki, təşkilatı hədəfə alanlar eyni ittihamlarla (cinsi zorakılıq) günahlandırılırlar. “İllimünati”nin digər məşhur təbliğatçıları isə aktyor Coni Dip, Ketti Perri və Keyn Uestdir. Məsələn, Ketti Perri müsahibələrindən birində belə deyirdi: “16 yaşımda musiqi dünyasına girəndə işlərim yolunda getmirdi və mən də ruhumu şeytana satdım”. Ledi Qaqa da təşkilata aid olduğunu ümumiyyətlə, gizlətmir. İstər mahnıları, istərsə də səhnə performansları və geyimləriylə Qaqa əsl satanistdir.Bob Dilan isə hətta Şeytanla müqavilə imzaladığını deyirdi. “Beatles”, “Metallica”, “Eagles”, “Rolling Stones” qrupları, Madonna, Led Zeppelin kimi müğənnilər də satanizmin təbliğatını aparmaqda ittiham olunurlar. Madonnanın əksər mahnılarında “O, hear our Savior satan” - “Xilaskarımız Şeytan, eşit bizi!” dediyinin şahidi oluruq.“Eagles” qrupunun ən məşhur, hamımızın sevə-sevə dinlədiyi “Hotel California” mahnısında da buna oxşar fikirlər var: “Yeah Satan, he organized hiss own religion” - “Yaşasın, Şeytan, o öz dinini qurdu”. Mahnıdakı “Kaliforniya” həqiqətdə isə otel yox, Los-Ancelosda böyük bir prospektin adıdır. Dünyada ilk rəsmi Şeytan kilsəsi də 1968-ci ildə Anton Szandor Lavey tərəfindən Kaliforniyada - bu prospektdə inşa edilib.Rokda satanizm dalğasıAmerikalı musiqi araşdırmaçısı Ceff Milner rokda Satanizm dalğasının 1960-cı illərin sonları 70-ci illərin əvvələrində yayıldığını bildirir. Milnerə görə, musiqilərdə satanist dünyagörünüşünün təbliğinin gizlədilməsi “back-masking” (“arxadan pərdələmə”) adlanır: “Ən sevdikləri metod nəqarəti tərsinə çevirməkdir. Məsələn, “natas” formasında.Düz çevirəndə, bu söz “satan” alınır, yəni, Şeytan”. Rok musiqisində bu cür gedişlərdən daha çox Led Zeppelin, Cimmi Peyç və Robert Plant istifadə edir. Mik, Yaqqer, Maykl Cekson və “Betles” qrupu da hərdən bu üsuldan istifadə edirdilər. Adı çəkilən sənətçilərin məşhur satanist lideri Alister Kroulinin yeni satanizm nəzəriyyəsinə qarşı maraqları vardı. Bir çox müsahibələrində də bunu dilə gətirmişdilər. ”Beatles” Kroulinin şəkillərindən albomlarının üz qabığında istifadə edirdi. 1875-1947-ci illərdə yaşamış Alister Krouli tərslik anlayışını, tərs danışmağı “Şeytanın dili” adlandırırdı. “Eagles”in “Hotel California”, “This Fara Down the Line”, Madonnanın “Like a Prayer”, Maykl Ceksonun “Beat it”, “Morphine” qrupunun “Man in the Mirror”, “AC/DC” qrupunun “Dirthy Deeds”, “Rolling Stones”in “Tops”, “Metallica”nın “Am I Evil?” albomlarında yer alan mahnılar “Şeytan dili” ilə yazılıb, yəni tərsdən.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları