Yuxarı

Tabutuyla birlikdə yox olan kral

Tabutuyla birlikdə  yox olan kral

 Kral Artur haqqında əfsanələrKral Artur haqqında ilk yazılı mənbələr Annales Kembrinin “Qal tarixi hadisələri” və məşhur “Britaniyalıların tarixi” kitablarıdır. Kembri bu kitabı Arturun ölümündən (537-ci il) 300 il sonra, VIII - IX əsrlərdə yazıb. Arturdan bəhs edən qal şeiri “Y Gododdin” də qədim ola bilər. Şeir 600-cü illərdə qallar arasında məşhurlaşmışdı. Lakin bu, yazılı şəkildə yalnız XIII əsrdə ortaya çıxdı. Artur haqqında onun yaşadığı dövlətlərə aid nə şifahi, nə də yazılı mənbələr yoxdur. VI əsrdə - kralın yaşadığı dönəm    də yaşamış tarixçi Britaniyalı Gildas da onun haqqında heç bir qeyd yazmayıb. 200 il sonra Gildas və digər mənbələrə istinad edərək tarixi əsərlər yazan Bede də Arturdan danışmayıb. Yaşadığı dönəmə aid mənbələr olmadığına görə britaniyalı tarixçilər Arturun reallıqda olub-olmamasını müdafiə etməyiblər.Qladston monastrının rahibləriRahiblər 1191-ci ildə Qlaston monastrının qəbiristanlığında ilginc məzar tapdılar. İçi oymalı ağac tabutda iri cüssəli bir kişi və sarışın saçları çürüməmiş qadının sümükləri vardı. Tabutun yanında qurğuşun xaç vardı və üzərinə latın dilində bu sözlər yazılmışdı: “Hic iacet sepultus incli-tus ıex Arturius in insula Avalonia”, yəni, “Burada Avalon adasının məşhur kralı Artur yatır”. Əgər həmin dönəmdə rahiblər bu tabutu aşkar etməsəydilər, Artur və Avalon mövzusu o qədər də geniş müzakirə edilməyəcəkdi. Lakin Qladstonberi rahibləri nə axtardıqlarını bilirdilər. Həmin vaxt əfsanəvi kralın məzarını bu köhnə monastrda tapmaq böyük bir qazanc olmalıydı. Rahiblərdən biri kral II Henriyə bildirdi ki, Arturun tabutunun tapılması monastrı yenidən inşa edəcək pulları təmin edəcəkdi. Belə də oldu, Arturun məzarının tapılmasından sonra başqa ölkələrdən monastra axın başladı. Əlbəttə, ziyarət pullu idi.Kral Arturu Avropada məşhur edən kitab Monmotlu Qoffreyin “Britaniyanın tarixi kralı” (“History of the Kings of Britain”) 1136-cı ildə yazıldı. Həmin vaxt məsələ tarixçilər tərəfindən geniş müzakirə olunurdu. Lakin müasir tarixçilər Qladston monastrından tapılan nümunələri rədd etdilər. Yeni dövrün Britaniya tarixçilərinə görə, kral Artur tabutuyla birlikdə yox olub və bu haqda tutarlı məlumat yoxdur. Monastrdan tapılmış xaçın üzərindəki sözlərin də kral Arturdan sonrakı dövrlərə aid olduğu və bunun keşişlərin uydurması olduğu iddia edildi. Amma saxtakar olub-olmamaları o qədər önəmli olmasa da Qladston rahibləri Arturun varlığını sübut etməyə çalışan ilk araşdırmaçılardır.Kamelot araşdırmalarıSonrakı dövrlərdə Kamelotda aparılan araşdırma orta əsrlər tarixçilərini hərəkətə keçirdi. Cənubi Kadberi kimi bölgələrdə də araşdırmalar aparıldı. Lakin XX əsrdə moderin arxeologiyanın inkişafıyla “Artur dövrü” (V-VII əsrlər) haqqında yeni və tarixçiləri razı salacaq faktlar ortaya çıxmağa başladı. İlk araşdırmalar Kornvall və Tintageldə - Qoffreyin “Tarix” kitabında Arturun doğum yeri kimi göstərilən bölgələrdə aparıldı.Arxeoloq Raleq Radford qazıntı işlərini Norman qəsrinin altından başlamışdı. O, buradan minlərlə qab-qacaq aşkar etdi.Tapıntılarda diqqəti çəkən elementlər olmasa da bunlar V əsrdən VII əsrədək Şərqi Aralıq dənizi və Şimali Afrikadan gətirilmiş zərif süfrə əşyaları idi. Radford Tintageli Britanyanın Roma İmperiyasının əsarətindən qurtardıqdan 1 əsr sonra keşişləri Aralıq dənizi ölkələriylə ticarət əlaqələri saxlayan “Kelt monastrı” adlandırdı. Lakin daha müasir tarixçilər Tintageli vergi alan və bu bölgənin yaxınlığında yaşayan insanlara yardımlar edən güclü bir başçının qərargahı olduğunu bildirdilər. Bu iddia həmin şəxsin kral Artur olması məsələsini gündəmə gətirdi.Beton lövhəTintageldə aparılan son araşdırmalarda yerin altında kiçik yaşayış yerləri və bir kanalizasiya kanalının üzərini örtən beton lövhə aşkar olundu. Lövhənin üzərində latın dilində “Artogonov” sözü yazılmışdı. Bunun qal dilində qarşılığı “Artnou” deməkdir. Tapıntı Arturun varlığını sübut etmək üçün işarə olmasa da bu, VI əsrdə Tingtageldə latın dilinin geniş yayılması və inkişaf etmiş mühəndislik institutunun olduğunu ortaya çıxardı.  Diqqətçəkən digər qazıntı 1960-cı illərin sonlarında arxeoloq Lesli Alkok tərəfindən Cənubi Kadberi bölgəsində aparıldı. Əsrlərdir, “Kamelot” kimi tanınan yerdə Alkok dəmir dövründən qalmış bir qalanın ərazisində apardığı qazıntı işlərində buranın neolit dönəmindən sakson dönəminədək məskunlaşma yeri olduğunu iddia etdi. O, qeyd etdi ki, Artur dönəmində - V, yaxud VI əsrlərdə qala yenidən inşa olunmuş və həmin yerdə böyük bir ziyafət salonu, ətrafında isə yaşayış binaları tikdirib. Tingtageldə aşkar olunan qab-qacaq kompleksləri Cənubi Kadberidə də V-VI əsrlərdə ticarətin inkişaf etdiyini göstərirdi. Digər yandan ətrafda istehkam və qala izlərinin olması da dövrün insanlarının özlərini düşmən hücumlarından qoruduqlarına və buranın bir başçısının olmasına işarə idi.“Qladstonun ilk xristianları”“Merlin”, “Tristan və İzolda” əfsanələri kimi “Müqəddəs qədəh” hekayəsi də “Artur” əfsanəsinə sonradan əlavə oluna bilər. “Kasa”, yaxud “Percevalde” - 1190-cı illərdə Kretien de Troyes tərəfindən yazılan fransız şeiridir. Şeirdə haqqında bəhs olunan kasa ilk dəfə şikəst balıqçı kralın qəsrində ortaya çıxmışdı.Qədim fransız dilində buna “grail” deyilirdi. Şeir yarımçıq yazıldığı üçün burada təsvir olunan kasa haqqında müxtəlif şayiələr, hekayələr yarandı. Bunlardan bəziləri xristianlıqdan əvvəllərə aiddir. Keltlərin tilsimli nağıllarında daha geniş yer verilib. Həmin əfsanələrin ən məşhuru rəssam Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərindəki “müqəddəs qədəh”lə bağlıdır. Əsərdə üstüörtülü verilən “qədəh” mesajı “müqəddəs kasa”, yaxud “san graal” adlanırdı.Orta əsrlərə aid bir sıra mənbələrə görə bu müqəddəs əmanət Arimetalı Yusifin (Jozef) əlinə keçmişdi. Yusifin ailəsi Qladstonberidə xristianlığın yayılmağa başlamasıyla Britaniyaya köçmüşdü. Şübhəsiz ki, Qladston keşişləri bu əfsanənin yayılmasında geniş rol oynamışdılar. Keşişlərin iddialarına görə, Britaniyada ilk dəfə xristianlıq məhz buradan yayılıb.Arxeoloqlar buna baxmayaraq, “Qladstonun ilk xristianları” məsələsini araşdırdılar. Raleq Radford 1950-ci illərdə monastrda qazıntı işləri apardı. Saksonlara aid binanın altından qədim tikililərə aid nümunələr tapdı. Radford bunları Qladstonberidə tikilmiş ilk kilsəyə məxsus olduğu qənaətinə gəldi. Həmçinin Qladston rahiblərinin qazıntı işləri apardıqları yeri araşdırdı. Sübut etdi ki, həqiqətən də burada araşdırma işləri həyata keçirilib və məzar izlərinə də rast gəldi. 10 il sonra arxeoloq Filip Ratz Qladstonberi Torda apardığı araşdırmarda qədim tikililərə aid nümunələr və kral Artur dönəminədək geri qaytaran qab-qacaqlar tapdı.Gələcəyin kralıBütün arxeoloji qazıntılara baxmayaraq kral Arturun varlığını sübut edəcək dəlillər aşkar olunmadı. Lakin bu gün də İngiltərə və ABŞ-da ən çox alınan kitablardan biri də Arturla bağlı olanlardır. Daha çox detektiv hekayələrinə oxşayan bu əsərlərdə bir çox Artur obrazı var:II əsrdə yaşamış Roma generalı Luçius Arturius Kastus, Braton savaşı qəhrəmanı Ritamus, Künidd adında çox da tanınmayan Qalliya kralı və Şotlandiya kralı İden MakQabrayonin oğlu Artur. Mənbələr də Arturun qal, şotland, yoxsa kornvallı olması haqda yekdil fikrə sahib deyillər. Mənbələrə görə, həm ingilis, həm də qallı şahzadələr öz siyasi məqsədlərini həyata keçirmək üçün Merlinin Artur haqqındakı hekayələrindən istifadə ediblər. Spenser və Alfred Tennison kimi orta əsrlər şairləri kalların zəfərlərini böyütmək üçün Artur haqqında şeirlər yazmışdılar.Orta əsrlər əfsanələrinin əksəriyyətində Arturun həyatının sonu sirr pərdəsiylə örtüldüyü üçün haqqında yazılan bütün hekayələrdə yenidən “dirildilirdi” və o, ingilislərə görə, “gələcəyin kralı”dır.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları