Yuxarı

Buzlaqlar altında donmayan göl

Buzlaqlar altında donmayan göl

Antarktidadan gələn məlumatlar elm dünyasını çaşdırır. Səbəb, donmuş qitədə baş verən paranormal hallardır. Hadisələrin gün işığına çıxması 1957-ci ildə rus elm adamlarının "Vostok” adlı araşdırmalarından başlayır. 1970-ci illərdə radarlar vasitəsilə araşdırmalar vaxtı qərargahlarını buz altındakı nəhəng gölün üzərində qurduqları üzə çıxdı. Gölə Vostok adını verdilər. Su hövzəsi buzlaqların 2 mil altında yerləşirdi.Ən dərin yeri isə Kanadadakı Ontario gölünün dərinliyinə bərabərdir, 915 metrdir. Lakin Vostokun həcmi bu göldən 4 dəfə böyükdür.

Ən maraqlısı bu idi ki, göl donmamış vəziyyətdədir, 13 min, yaxud 14 milyon ildir ki, üzəri buzlaqlarla örtülü olduğu halda donmayıb. Yəni, qitənin buzla örtüldüyü vaxtdan bu yana bu vəziyyətdədir. Gölün suyunun temperaturu 50-60 dərəcə istilikdədir.Hövzənin istilik mənbəyinə sahib olduğu dəqiqdir.Həmçinin su-buxar qarışıq 1000 metrdən yüksək buz gümbəzi ilə əhatələnmiş vəziyyətdədir. Bir neçə il əvvəl aparılan araşdırmalar nəticəsində məlum oldu ki, gölə yaxın yerləşən buzlaqlarda mikroblar, müxtəlif qazlar (metan) var və bunlar donublar. Tapıntılar gümbəzin üzərində yerləşir.Əldə edilən nümunələr tipik biloji həyatın yaranma prosesini ehtiva edir. Vostok gölü özündə ilginc həyatı gizlədir: xarici dünyadan tamamilə təcrid olunmuş ekoloji sistem, qum, su, istilik, qazlar və bioloji aktivlik... 

Karseyin robotu

1998-ci ildə NASA-nın apardığı araşdırma elm dünyasında şok effekti yaratdı.Yupiterin təbii peyki Europadakı buzlağın altında yerləşdiyi ehtimal olunan okeanda araşdırma aparmaq üçün inkişaf etdirilmiş steril texnologiyası Vostokun sirlərini üzə çıxarmaq üçün təklif olundu.Lakin Beynəlxalq Elm Təşkilatı (Scientific American) gözlənilmədən planı dəyişdi və bir robotu suya salmağı planlaşdırdı.1999-cu ildə irəli sürülmüş proyektin reallaşdırılması 2004-cü ilə təxirə salındı.Elm adamı Frank D.Karsey bildirib ki, robot gölə istiliklə əridilmiş 3.5 metrlik dəlikdən salınacaq.Robot gölə salındıqdan sonra açılmış dəliyin buzla örtülməsi gözləniləcək və silindir formasında özünü sterilizə edəcək.Daha sonra robot istilik istehsal edərək buzlağı əridib gölün dərinliyinə doğru yoluna davam edəcək.Robot ona bərkidilmiş kabellə hərəkət edəcək. Karsey qeyd edir ki, gələcək çalışmalar üçün bir hədəfə ehtiyac var. Təxminən 20 milyon dollarlıq proyekt üçün NSF və NASA lazım olan maddi vəsaitin toplanması üçün müraciət hazırladı. Karseyin NASA-dan aldığı pullar robotun hazırlanması üçün xərclənəcəkdi.Lakin o, bu təcrübə ilə sirrin işıq üzünə çıxacağına o qədər ümidli olmadığını da deyib.

Kolumbiya Universitetinin mütəxəssisləri NSF-in dəstəyi ilə apardıqları araşdırmalarla maqnetik və terminal fəallaşmanın xəritəsini çəkdilər və əhəmiyyətli nöqtəyə çatdılar.Gölün Cənub-şərq sahilində böyük maqnetik anormallıqlar təsbit etdilər.Bu qeyri-adi anormallıq 1.000 nanotesladan daha çox uyğunsuzluq idi və təbii yaranma prosesindən qaynaqlanırdı.

Vostok anormallığı

Elm adamı Maykl Studingerin nəzəriyyəsinə görə, yer qabığı gölün dabanında daha incə qalınlıqdadır və gölün yaranma prosesində dartılmışdı.Bu, özünəməxsus anormallıq idi. Lakin geofizik Ron Niks bu nəzəriyyənin inandırıcı olmadığını dedi. Niks buz qayalarını isidib və yer qabığının maqnetik funksiyasını zəiflədəcəkdi.Digər nəzəriyyələrə görə, bu, qədim zamanlardan qalmış naməlum şəhərin qalıqlarıdır.Son zamanlarda geniş yayılmış və qəbul edilməyə başlanılan katastropizm (fəlakət və dağılma) nəzəriyyələrinə standart alternativlər də təqdim olunur.Həmin nəzəriyyələrə görə, göl gözlənilməz və sürətli iqlim dəyişikliyi sayəsində meydana gəlib.Qiyamət nəzəriyyələrinə görə, gözlənilməz və sürətli qütb yerdəyişməsi buna səbəb olub. Araşdırmalar bu sürüşmənin 13 min il əvvəl baş verdiyini iddia edir. Qütb sürüşməsi nəzəriyyəsinə görə, Antarktida vaxtilə isti iqlimə sahib idi və qitə meşəliklərlə örtülüydü.Dünyada baş verən anormal vəziyyət sürətlə qitəni buzlağa həbs etdi, vaxtilə Marsda olduğu kimi.

Kolumbiya Universitetinin "Vostokda maqnetik anormallıqlar” kəşfindən sonra NASA geri çəkildiyini açıqladı.Səbəb kimi ekoloji problemlər göstərildi.Lakin sonradan yayılan iddialar öz təsdiqini tapmadı və agentlik layihəni aldığını bildirdi.Bu, elm dünyasında çaşqınlıq yaratdı.Bir çox mənbələr də digər həqiqətə oxşar iddialara diqqət çəkdilər.Bu, 3000 millik sahəyə yayılmnış Vostok gölünün və maqnetik anormallığın fransız romanı "Subterranean”da bəhs olunan buzlaqların altında qeyb olmuş varlıqların hekayəsinə uyğun gəlirdi.Romanda yer altındakı həyatdan danışılır.

2000-ci il hesabatı 

Antarktikadakı MakMurdo stansiyasında çalışan bir kişi gölün yaxınlığına bir UNO-nun düşdüyünü dedi. Hətta stansiyanın üzərində tez-tez görüldüyü iddia olunan naməlum obyektin dərc olunduğu afişalar əldən-ələ gəzirdi.İddiaya görə, bu hadisədən sonra bir sıra hal şahidləri və elm adamı təyyarə ilə qitədən çıxarıldı.Ən maraqlısı bu idi ki, 3 elm adamı araşdırmalar vaxtı ölmüşdü.Hesabatlarda bu fakt yer almadı.JPL gölün Cənub hissəsində (Amundson-Skott stansiyası) anormal halların hələ də baş verdiyini bildirir.Hadisə bir həkimin hesabatında yer alır.İddiaya görə, bölgədə infeksiya işıq sürətilə yayılır və bunun səbəbi hələ də elm adamlarına və tibbə naməlumdur.Baş verən anormal ölüm hadisələri də bununla əlaqələndirilir.İddiaya görə, elm adamları Yeni Zelandiyadan buraya gəlmiş işçidən yayılmış infeksiyaya görə ölmüşdülər.Amma bu inandırıcı görünmür.Çünki Antarktidaya gedənlər bütün yoxlanışlardan keçmədən gediş icazəsi ala bilmirlər.Bir neçə gün karantində olurlar.Digər yandan normadan artıq soyuq olan Antarktida mikrobların və infeksiyanın yayılması üçün əlverişli deyil.Soyuq bütün kiçik mikrobları dərhal öldürür.Hətta qitədə heç kəs qripə belə yoluxmur.

Qeyri-adi ölümlər

Baş verən ölüm halları bir sıra nəzəriyyələrlə əlaqələndirirlər.Birincisi, xüsusi layihə ilə mövcud ekoloji vəziyyətə uyğun olmayaraq, gölün üzərini örtən buzlağı deşdilər və Vostokdakı ekoloji sistemə çatıldı. Nəticədə 13 min il buzlaq altında qalan mikroorqanizmlərlə üz-üzə qaldılar. Beləliklə, virus mərkəzdə işləyən insanlar arasında sürətlə, nəzarət edə bilməyəcək formada yayıla bilər.Digər hesabata görə isə işləyənlər üçün duz ehtiyatı azalmışdı və bitmişdi.

Duz Antarktidada həyatda qalmaq üçün əhəmiyyətli vasitələrdən biridir.Havanın çox quru olmasına görə, insan mineral və su çatışmazlığına görə ölür.Amma baza yetkililəri qitəyə yardımın gələcəyi vaxta qədər nə qədər duz ehtiyacının olduğunu bilməmiş deyillər.Bəs, necə olur ki, gözlənilmədən duzsuz qaldılar?Lakin baza yetkililəri ("Raytheon”) məsələni Yeni Zelandiyadan gələn təyyarəni bölgəyə yaydığı "virus”a bağladılar.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları