Yuxarı

Günəşdən gələn qiyamət mesajı

Günəşdən gələn qiyamət mesajı

Rusiyanın tanınmış ekstrasensi: "Bunlar dünyada həyatı məhv edəcək prosesin son mərhələlərindən biridir”

Günəşdə sentyabrın 6-dan başlayan alışmalar hələ də davam edir. Son 12 ilin ən güclü alışması Yer kürəsində hiss edilir. Bu, dünyada güclü maqnit qasırğasının yayılmasına səbəb olub. Sentyabrın 7-də də Günəşdə növbəti alışma qeydə alınıb. Partlayışın gücü yüksək, yəni X2,2 kimi qiymətləndirilib. Sentyabrın 6-da qeydə alınan alışmanın gücünü isə mütəxəssislər X9,2 kimi qiymətləndirib.

Sentyabrın 6-da Günəşdə baş vermiş və son 12 il ərzində ən güclü hesab edilən partlayışın güclü maqnit qasırğasına səbəb olduğu bildirilib. Qeyd olunur ki, bu maqnit qasırğası isə xroniki xəstəliklərdən əziyyət çəkən insanların səhhətinin pisləşməsinə gətirib çıxara bilər. Bu, eyni zamanda Avropa və Amerika ərazisində rabitənin pisləşməsinə səbəb olub. Mütəxəssislərin fikrincə, bu hadisə kosmik texnika və peyklərin də işinə zərər vura bilər.

"Yaşıl adamlar”dan Yerə "sarı hücum”

Günəşdə baş verən qorxulu və nəhəng partlayışların Yer kürəsi üçün ciddi təhlükələr yaratdığı bu günlərdə ufoloqlar bədbin iddialarla çıxış ediblər. Mütəxəssislər Yer planetinə yaxınlaşan yüzlərlə uçan naməlum obyektdən (UNO) xəbər verirlər və dünyanın yaxın gələcəkdə yadplanetlilərin hücumuna məruz qalacağını bildirirlər. İddia edilir ki, kosmik fotolarda yüzlərlə UNO-nu ayırd etmək olar. Ufoloqların sözlərinə görə, Amerika Milli Kosmik Agentliyi (NASA) gələcək müdaxilə haqqında məlumatlıdır, ancaq NASA-nın mütəxəssisləri susurlar və bu informasiyanı qəsdən gizlədirlər.

Kosmosda baş verən və Yer kürəsi üçün qorxulu olan proseslər, həmçinin yadplanetlilər haqqında ekstrasenslərin iddiaları isə daha ürküdücüdür. Dünyada yaşayan insanlara müharibə elan etmiş "yaşıl adamlar”ın Yeri bir dəqiqədə yox edəcək gücə malik olduğunu deyirlər. Yadplanetlilərin Günəşdən yayılan zəhərli şüalar və partlayış nəticəsində iri meteoritlərə çevrilən lavaların Yerə axınını aça bilən ozon təbəqəsini darmadağın edəcəklərini iddia edənlər də var ki, bu iddia bir sıra ufoloji nəzəriyyələrdə öz təsdiqini tapıb. Eksrasenslər də "yaşıl adamlar”ın vaxtilə Günəş istisindən özünə həyat tapan Yeri bu yanan kürənin içinə atacaqalarını deyirlər. Buna görə də son zamanlarda Günəşdə yaranmış partlayış silsiləsinin təsadüfi olmadığı və bunun Qiyamət əlaməti olduğu iddiaları gündəmə daşınır.

Ekstrasensdən bədbin proqnoz

Rusiyanın tanınmış ekstrasensi Mariya İvanovna Cebhe.info-ya açıqlamasında Günəşdə artan partlayışların planetimizin üçün heç də ürəkaçan olmadığını bildirib. Ekstrasensə görə, bunlar dünyada həyatı məhv edəcək prosesin son mərhələlərindən biridir: "Səmadan Yerə hücum edən "yaşıl adamlar” bu "böyük topu” Günəşə doğru vurmağa çalışacaqlar. Çox qəzəblidirlər və bu qəzəb hər kəsi öldürə bilər. Günəş də bizə qəzəblənib, səmada insanlara qarşı nifrət və kin var. "Yanan kürə”dən uzanan "yandırıcı dil” Yeri "yalamağa” çalışır, bu, bir anda bizi kül edə bilər. Amma onunla dil tapmaq mümkündür”.

Mariya İvanovna Yerdə həyatın nə vaxt başa çatacağının tarixini bilmədiyini deyib: "Sonumuzun nə vaxt çatacağı haqda bilmirəm, amma bilirəm ki, səmanın bizə baxan qəzəbli gözləri bu tarixin o qədər də uzaq olmadığını göstərir. Yerdə baş verən haqsızlıqlar, insanların öz cinslərindən olanlara düşmən kəsilməsi, hökm sürən ədalətsizlik sonu sürətləndirə bilər. Amma səmadakılar bizi əvvəlcə aclıq, yolxucu xəstəliklər, epidemiyalar, xalqlar arasında törətdikləri fitnələr və müharibələr, susuzluq və təbii fəlakətlərlə sınağa çəkəcəklər. Əgər bunlardan dərs almasaq, "yanan kürə”nin ilan dilinə oxşar "haçalı və yanar dilləri” Yeri "yalayacaq””.

O, son illərdə dünyada artan təbii fəlakətlər – zəlzələlər, qasırğalar, vulkan püskürmələri və s. bununla əlaqələndirib.

Mənsur





Həftənin ən çox oxunanları