Yuxarı

Gələcəkdən gələn adamdan dünyanın ən iyrənc yeməklərinə...

Gələcəkdən gələn adamdan dünyanın ən iyrənc yeməklərinə...

"Göydə təyyarəni, yerdə tankı” yemək olmaz. Çinlilərin atalar sözü olan bu deyim bir çox millətlər üçün də keçərli imiş. O millətlər ki, mətbəxləri ürək bulandırır.

"Cümhuriyət” qəzeti dünyanın bir sıra xalqlarının mətbəxlərinə aid ən iyrənc yeməkləri təqdim edir:

Əqrəb şorbası: Çinin Cənub bölgəsinə aid olan şorba əqrəbdən hazırlanır. Əqrəbin zəhəri bişirilərkən yox edilir. Əqrəb qızartması da Çinin ən məşhur yeməklərindən biridir.

Balut: İçərisində döl olan ördək yumurtasından hazırlanır. Yəni ki, içərisində canlı ördək balasının olduğu yumurtalar qaynadılaraq bişrilir və yemək üçün insanlara təqdim edilir. Filippinə məxsusdur.

Kasu Marzuk: Canlı ağcaqanad sürfələrilə dolu qıcqırdılmış qoyun pendiri olan Kasu Marzuk olduqca sərt və ətirli dada sahibdir. İtaliyanın ən bahalı restoranlarında təklif edilir.

Duriyan: Cənub-Şərqi Asiyada yetişən meyvə dəniz ilbizinə oxşayır. Sarı rəngi ləzzət hissi oyandırmağına baxmayaraq, qoxusu olduqca üfunətlidir. Hətta onun aeroport və ictimai nəqliyyatda daşınması qadağan edilib. Qoxusu çürümüş ət və çirkli corab iyinə oxşayır. Çin mətbəxinin ən iyrənc yeməklərindən yalnız biridir.

Tarantula: İri, tüklü ayaqları ilə zəhərli hörümçək olan tarantula Kamboca mətbəxində hazırlanır. Dadının ləzzətli olduğunu deyənlər var. Sarımsaq və duzlu sous içərisində qızardılır.

Əsrlik yumurta: Ördək, yaxud toyuq yumurtaları kül, gil və duzdan hazırlanmış xüsusi maddə içərisində aylarla saxlanılır. Qenerasiya prosesindən sonra yumurtanın ağı qəhvəyi, sarısı isə yaşıl rəngə çevrilir. Çinlilərin ən sevdiyi yeməkdir.

Sannakji: Cənubi Koreya mətbəxinə aiddir. Sannakji həşəratın adıdır. O bişrilmədən müxtəlif souslara batırılaraq yeyilir.

Soyutma uşaq: Yaponiyada abort olunmuş uşaqlardan hazırlanan yeməkdir. Abort olunmuş uşaqlar qazanlara atılaraq qaynadılır. Müxtəlif ədviyyatlar qarışdırılaraq yemək üçün insanlara təqdim edilir. Döldən müxtəlif suplar da hazırlanır. Yapon mətbəxinin ən bahalı yeməklərindən biridir.

Gələcəkdən gələn adam

Andrey Karlsin adlı şəxs 800 dollarla 2 həftə ərzində 350 milyon dollar qazanan yeganə insan olub. Bu uğurları qısa zamanda onu məşhurlaşdırıb. Lakin Andrey həbs edildi. Çünki 2 həftədə 350 milyon dollar qazanması inandırıcı görünmürdü.

Polis 44 yaşlı Andreyi sorğuya çəkdi. O, bildirdi ki, 2256-cı ildən, yəni gələcəkdən gəlib. Hətta, bəzi xəstəliklərin çarəsini bildiyini də deyib. Amma heç kəs ona inanmadı. Polis fırıldağın üstü açılana qədər onu həbsdə saxladı. Məlum oldu ki, Andrey 126 çox riskli iş görüb və hamısından çoxlu gəlir əldə edib. Polis dediklərini isə sadəcə gülünc adlandırıb və belə bir şeyin mümkün olmadığı deyilib. Lakin polisin əlində olan məlumatlara görə 2009-ci ildən əvvəl Andrey Karlsin adlı bir insan yaşamayıb.

Dünyanın ilk kitabı

Dünyanın ilk kitabı ilk dəfə e.ə 868-ci ildə Şimal-qərbi Çində yazılıb. Adı "Diamond sutra”dır. "Diamond”, ingilis dilində "almaz”, "sutra” isə "dini elm” deməkdir. "Diamond sutra” Budda təlimlərindən bəhs edir. Budda kitabda təlimlərini ən yaxın müridi Subutiyə nəsihət edərkən təsvir olunub. Cəmi 7 səhifədən ibarət olan kitabın 6 səhifəsi mətndən, 1 səhifəsi Budda və müridləri haqqındadır. Kitabda kişi və qadın müridlərlə yanaşı 2 pişik şəkli təsvir edilib. Kitabın ölçüsü 30.75 sm-dir. O ağacdan hazırlanmış texnika ilə çap olunub. Kitab 1900-cü ildə taoist rahib tərəfindən Türküstanın Tunhuanq bölgəsindəki Min Budda mağaralarından birindən tapılıb. Kitabla bərabər, bunun 1300 ədəd əlyazma forması da aşkar edilib. Əlyazmalardan məlum olur ki, kitab 868-ci ilin mayın 11-də valideynlər üçün hazırlanıb. Pulsuz paylanılıb. Vanq Çey tərəfindən çap edilib. "Diamond sutra” orta əsrlərdə insanlar arasında daha çox yayılıb.

Məlum olduğu kimi ilk kitablar papirus və rulolar üzərində yazılırdı. Qədim romalılar bu yazı vasitələrini mənası "dəri” olan "volumen” adlandırıblar. XV əsrin ortalarında isə papirusun yerini perqament və buzov dərisindən hazırlanmış vellum aldı. Vellum qalın olduğu üçün hər iki üzündə yazmaq mümkün idi. Orta əsrlərdə nəşr edilmiş kitablarda "İncil”dən seçmələr və digər dini məlumatlar daha çox yer alırdı. Daha sonralar isə tibbi və hüquqi kitablar ortaya çıxdı. Kitabların əksəriyyəti latın dilində yazılırdı. İlk mükəmməl kitab isə 1445-ci ildə Almaniyada İohan Quttenberq tərəfindən nəşr olunub.

Rəssamların qeyri-adi həyatları

Karavacciyo: İtalyan rəssam Karavacciyo işçilərinə məzardan çıxardığı cəsədə poza verməyə məcbur edirdi. Üfunətli qoxuya dözə bilməyən fəhlələr cəsədi buraxdıqları vaxt Karavacciyo xəncərini çəkib onları qorxudurdu. Əlacsız qalan fəhlələr iylənmiş cəsədi rəssamın dediyi kimi saxlayırdılar.

Vinsent van Qoq: Hollandiyalı rəssam van Qoq malbertdən boya yeyirdi. O, yaşadığı dövr ərzində yalnız bir dəfə rəsmlərindən birini sata bilib. Sonra isə intihar edib. Həddindən artıq kasıb olan Qoq ən pis vaxtlarında boya yeyirdi.

Salvador Dali: İspan rəssam Londonda keçirilən konfransa dalğıc geyimində getmişdi. Başına üzərində "Mersedes” avtomobilinin radiator başlığı olan skafandr taxmışdı. Tribundan danışmaq istədiyi vaxt skafandra oksigen gəlmədiyi üçün boğulduğunu hiss elədi. Konfrans iştirakçıları bunu Dalinin zarafatı hesab etdilər. Lakin vəziyyətin ciddi olduğunu görən səhnə işçiləri onu ölümdən xilas edə bildilər.

Leonardo da Vinçi: "Mona Liza” kimi məşhur əsərin müəllifi olan da Vinçi ağlı başında idi, lakin diqqətli deyildi. Gördüyü işi həmişə yarımçıq saxlardı. Çəkdiyi rəsmlərə maraq göstərməzdi. Rəssamın diqqətsizliyi həmişə ətrafındakı insanları əsəbiləşdirirdi.

Anri Matisse: Fransız rəssam Anri Matisse olduqca dəcəl olub. Həmişə darıxırdı. Sakit durmaqla arası yox idi. Pəncərənin qabağında durub küçədən keçənlərin başına noxud və əzilmiş kağızlar atardı.

Mikelancelo Bonarroti: İtalyan rəssamın assistentlərinin hamısı onunla işləməkdən imtina ediblər. O, çox nadir hallarda duş qəbul edərdi. Mikelancelo vanna qəbul etməyin sağlamlığa zərərli olduğunu deyirdi. Ondan çox pis qoxu gəlirdi.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları