Yuxarı

Baş redaktor: "Onlara lap vəzifə də tapşırmaq olardı, idarə rəisi, filial müdiri...”

Baş redaktor:

Baş redaktor:

"Bəzən elə məsələlər baş verir ki, adam heç bir əlaqə, rabitə, uzlaşma tapa bilmir. Elə bil qışda yox, yayda Bakıya qar yağacaq-yağmayacaq deyə özün-özünə sual verirsən. Son günlər həbs olunan sabiq icra başçılarının övladlarına prokurorluqda vəzifə verilməsi ilə bağlı xəbər yayıldı və təsdiqləndi. Niyə məhz prokurorluqda? Çox vacib idi rüşvət və korrupsiyaya görə həbs olunan icra başçılarının övladlarına prokurorluqda vəzifə verilsin, onlar müstəntiq təyin edilsin?”

Cebhe.info xəbər verir ki, bunu son günlərin ən çox müzakirə olunan məsələsi- həbsdə olan sabiq icra başçılarının övladlarına prokurorluq orqanlarında vəzifə verilməsinə münasibət bildirən Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktorun fikrincə, burada məntiq itir:

"Tutaq ki, rüşvətə, korrupsiyaya, lap elə oğurluğa, ya hər hansı hadisəyə görə kiməsə cinayət işi açılır. Həmin adamın da işini bu müstəntiqlərdən biri aparır. Nə deyəcək, nə sual verəcək? Vəzifəsinin icrası baxımından sual versə də, müttəhim o müstəntiqə sual dolu baxışlarla baxmayacaqmı ki, bəs atan? Yaxud soruşmazmı ki, sən hansı haqla məni ittiham edirsən?”

Təbii ki, kimsə iddia etmir o gənclər atalarına görə linç edilsin, işləməsin, yaxud atalarının yığdıqlarını yesinlər... Onlara başqa bir iş vermək, lap vəzifə tapşırmaq olardı. Məsələn, banklarda idarə rəisi, filial müdiri, hansısa şirkətdə başqa iş, lap sığorta şirkətlərində vəzifə... Amma prokurorluqda yox!”

R.Becanov bildirib ki, cəmiyyət belə məsələləri görəndə məntiqi kimi, inamını da itirir.

Cebhe.info





Həftənin ən çox oxunanları