Yuxarı

Baş redaktordan Elman Rüstəmova etiraz: "450 milyona özünə bina tikməkdənsə, Qarabağda 100 bank binası tikmək olar”

Baş redaktordan Elman Rüstəmova etiraz:

Baş redaktordan Elman Rüstəmova etiraz:

"Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyir ki, 218 milyon avroya yeni inzibati binanı öz vəsaiti ilə tikəcək. Üstəlik, bizi borclu da çıxarmağı unutmayıb və bildirib ki, son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürüb. Bu il isə cəmi 250 milyon manat köçürməyi düşünür.

7.8 milyardı 3 ilə böləndə hər ilə təqribən 2.5 milyard manat düşür. Bununla demək istəyib ki, yəni sizin borcunuzdan çıxmışam, indi də imkan verin özümüz üçün yaxşı, daha dəbdəbəli bir göydələn tikək”.

Bunu Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov Mərkəzi Banka 218 milyon avroya yeni binanın tikintisi barədə məsələyə münasibətində deyib.

"Elman Rüstəmov elə danışır ki, sanki şəxsi vəsaitidir və özünə ev tikir, biz də ona mane olmağa çalışırıq. Adam dövlətin strateji qurumunun rəhbəri olduğunu deyəsən, unudub. Özünü özəl şirkətin rəhbəri kimi aparır.

Bu, dövlət vəsaitidir. İctimai etiraz, pandemiyanın vurduğu zərər, infilyasiya var”,- deyə o vurğulayıb.

R.Becanov bildirib ki, yeni bina tikməkdənsə, bu vəsaiti həmin sahələrə cəlb etmək lazımdır:

"Qarabağ boyda ərazidə bərpa işləri gedir. Bakıda o boyda bina varkən, yeni və dəyəri 450 milyon manat olan bina tikməkdənsə, Qarabağ bölgəsində 100 bank binası tikmək, hətta bir rayonun bütün infrastrukturunu bərpa etmək olar.

Nəyinə lazımdır o boyda bina? Yeni bina tikməklə nə olacaq? Sən Uluqbəysən ki, ulduzlara yaxın olmaq istəyirsən?”





Həftənin ən çox oxunanları