Yuxarı

Baş redaktor: ""5-ci kolon” narazı təbəqə yaratmaq üçün gecə-gündüz dəridən-qabıqdan çıxır"

Baş redaktor:

Baş redaktor:

""5-ci kolon"un gücü hələ tükənməyib.

Onlar peşəkar bir qrupdur, idarəetmədə hələ də üst və orta qatda oturub, xalqı incitməklə ölkədə ictimai-siyasi proseslərə təsir etmək, qarşıdurma yaratmaq, zəfər çalınan müharibəni urvatdan salmaqla bulanıq suda balıq tutmaq istəyirlər. Əlləri o qədər uzundur ki, hərbidən sosial müdafiəyə, sudan qaza, övladı olmayanın ana fəryadıyla cəmiyyəti silkələməyə qədər hər şeyə, hər yerə çatır. Regionlarda "torpaq fondumuz yoxdur” deyib, yüz bəhanəylə kəndlini torpağa həsrət qoyurlar. Səsini çıxaranı da qorxudurlar. Gör necə güclüdürlər!”

Bunu "Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, "5-ci kolon” bu qədər güclü olmasaydı, suyun qiymətinin 100% bahalaşması üçün onlarla bəhanə gətirib dövləti də, cəmiyyəti də inandırmağa cəhd, qaz sayğaclarını dəyişək adıyla maxinasiyalar etməyə casarət etməzdilər:

"70 nəfər hərbi həkim olmağa namizədləri iyun-avqust aylarında koronavirusla mübarizəyə səfərbər edib, sonra onlara ayrılan pulları ödəyərdilər, yaxud elə həmin həkimlərin döyüşlər zamanı xidmətlərinə görə ezamiyyə pulları verilərdi. Amma güclüdürlər və narazı təbəqə formalaşdırmaq üçün gecə-gündüz dəridən-qabıqdan çıxırlar.

O qədər güclü və qarışıqlığa susayıblar ki, övladı olmayan adamdan ana obrazı düzəldib, onun "fəryadını” yayırlar və bütün gücləriylə müharibəyə də, zəfərə də kölgə salmağa çalışırlar”.

R.Becanovun sözlərinə görə, bu qrupa ayrı-ayrı adamların – icra başçılarının, sabiq nazirin, KİVDF-nin icraçı direktorunun, ASC sədrinin, baş həkimlərin, ərazi icra nümayəndəsinin, bələdiyyə sədrinin həbsi də dərs olmur:

"Bu ünsürlərin siyahısını hazırlamaq və illərlə ölkəni talayan bu adamları toplum olaraq cəzalandırmaq lazımdır, bəlkə ağılları balarına gələ...”





Həftənin ən çox oxunanları