Yuxarı

Kriminal təfəkkür formalaşdıran verilişlər

Kriminal təfəkkür formalaşdıran verilişlər

kriminal avtode Cinayət verilişləri bağlanmalıdırmı? Az qala bütün cəmiyyətin Azərbaycan televiziyalarından şikayətləndiyi bir vaxtda TV-lərin əksəriyyətində hamının baxdığı verilişlər də var ki, bəlkə də tamaşaçıların çoxu həmin proqramın yolunu həftə boyu gözləyir-bunlar həftənin son iki -şənbə və ya bazar günlərində yayımlanan cinayət verilişləridir.  Təxminən 30-45 dəqiqə efirdə olan və ümumilikdə kriminal hadisələrə həsr edilən bu telelayihələri cəmiyyətin hər təbəqəsindən və ya hər yaş qrupundan tamaşaçısı var. Necə deyərlər, 7-dən 70-dək hamı maraqla bu verilişləri izləyir.   Baxılsınmı, baxılmasınmı? Əgər siz son bir həftə ərzində ölkədə kim kimi qanına qəltan edib, kim kimin başını vəhşicəsinə kəsib, kim kimin evini yarıb oğurlu edib, kim kimin arvadına sataşıb, kim kimin namusuna göz dikib kimi suallaşrınıza cavab axtarırsınızsa, bu verilişlər sizin üçün maraqlı olacaq. Yox əgər siz öz psixologiyanızı qorumaq, ailənizə, evinizə mənfi enerji yükləmək istəmirsinizsə, onda bu verilişə baxmayacaqsınız. Amma etiraf edək ki, nlar baxmayanlardan daha çoxdur. Ümumiyyətlə, ekspertlər deyir ki, bu tip verilişlərdə hər şeyi-cinayətin səbəbini, nəticəsini, məkanı, qurbanı, əməli törədəni, cinayətdə istifadə edilən alətləri efirdən göstərməklə, hələ üstəlik kadrları şərh etməklə  cəmiyyəti cinayətə alışdırmaq çox asandır. İndi azyaşlıdan tutmuş, yeniyetmələr, gənclər, orta yaş nəslinin adamları öz valideynləri və ya övladları ilə birgə belə verilişlərə həvəslə baxır. Boston universitetinin alimlərinin son araşdırması da göstərir ki, bu kimi proqramları izləyən insanlarda depressiya, ürək-qan-damar xəstəlikləri, əsəb problemləri izləməyənlərə nisbətdə 38 faiz çox rast gəlinir.   Ümumiyyətlə, alimlər deyir ki, pessimizm, mənfi əhval yaradan cinayət verilişləri eyni zamanda ümidləri öldürür, cəmiyyətə qarşı aqressiv düşüncə formalaşdırır və fərdin öz ətrafına qarşı laqeyd davranışına səbəb olur. Araşdırmada bildirilir ki, cinayətin baş vermə regionu, şəhəri qeyd etməklə həmin regionda yaşayan insanlara daha çox həyəcan və narahatçılıq yaratmaq mümkündür.   Uşaqlara qətiyyən icazə verməyin! Uşaq psixoloqu Ülkər Sadıqova deyir ki, cinayət verilişlərinə uşaqların marağı daha təhlükəli bir problemdir. Onun sözlərinə görə, televiziyada kriminal proqrama baxan valideyn bilərək, ya da bilməyərək övladını zərbə altında qoyur: “O proqramlar şüur altına elə təsir edir ki, insan əvvəlcə heç nəyin fərqində olmur. Zaman keçdikcə zərərləri, fəsadları üzə çıxır. Uşaq xırda bir problemini evdəki bıçaqla həll etməyi düşünür. Bu problem daha çox ailəsinin qayğısını hiss etməyən uşaqlarda olur”. Psixoloq Elnur Bayramov isə nisbətən fərqli düşünür. O bildirir ki, kriminal verilişləri tamamilə cinayətin təbliği kimi qiymətləndirmək də doğru yol deyil, çünki onun tərbiyəvi əhəmiyyəti də ola bilər: “Cinayətkarın aldığı cəza, yaxınlarının ondan üz döndərməsi tamaşaçıya tərbiyəvi xüsusiyyətlər aşılaya bilər. Amma təbii ki, cinayət əməli törədən şəxslərlə bağlı süjet bütün xırdalıqları ilə, hər detalına qədər ayrı-ayrı izah olunaraq tamaşaçıya təqdim olunursa, cinayətkarın hadisəni necə törətməsindən, hüquq-mühavizə orqanlarının onun tutulmaması üçün hansı vasitələrə əl atması uzun-uzadı izah olunursa, bu doğru deyil. Çünki bu vasitələrlə cinayətə meyilli tamaşaçının şüur altına cinayət əməllərinin törədilməsi zamanı necə davranılması barədə informasiyalar ötürülür”   Verilişlər bağlansın? Psixoloqlar bildirir ki, cinayətlər barədə olan verilişlər, necə törədildiyini əks etrdirən sujetlər insanlarda, xüsusilə usaqlarda qorxu hissi yaradır. İş o həddə çatır ki, hətta bəzi uşaqlar adi mübahisə etdiyi yaşıdına belə pislik etmək fikrinə düşür. Bunun sonu isə cinayət törətmək və cinayətin qurbanı olmaq deməkdir. Eyni zamanda veriliş yuxu saatına yaxın vaxtda yayımlanır deyə insanların yuxusuna təsir edir, psixoloji vəziyyəti pisləşir. Həmçinin cinayət verilişləri cinayət törətməyə meylli olan insanın işini daha yüngülləşdirir, yəni o verilişlərdəki cinayətkarlardan yeni üsullar öyrənir. Ekspertlər düşünür ki, bu qəbildən olan verilişlərin yayımı dayandırılsa və sadəcə xəbər proqramlarının içində kicik informasiya kimi verilsə daha yaxşı olar.   Altay Bayramlı





Həftənin ən çox oxunanları