Yuxarı

Cənnətə cəhənnəmdən keçid: Dağılan yollar

Cənnətə cəhənnəmdən keçid: Dağılan yollar

yollar Barəsində həmişə söz düşəndə "cənnət kimi yerlərdir" deyilən Qusarın elə kəndləri var ki, bu yaşayış məntəqələrinin özünü sözün əsil mənasında cənnət adlandıra bilsək də, oralara cəhənnəmdən də betər olan yollardan keçib getməli oluruq. Məsəlçün, rayonun Urva kəndi... Şahdağın ətəklərinə doğru gedən yolun üstündə yerləşən Çiləgirdən dönüb üzü Urvaya gedən yollardan sağ-salamat dönüb qayıtmaq bir az şübhə məsələsidir... Urva kəndinin girişində Cağar derivasiya tipli kanal üzərində inşa olunan su elektrik stansiyası yerləşdiyindən bir vaxtlar ora asfalt döşənmişdi. Hətta bu strateji obyektin açılışında Prezident İlham Əliyev şəxsən iştirark edib. Elə bu səbəbdən də, illər oncə stansiyanın yolları "yolsalan  qardaslarmiz “ tərəfindən acaq kəndin girəcəyinə qədər, necə deyərlər, "maskirovka" edilmişdi. Yəni, o vaxt yol ancaq "Qusar-1" kiçik su elektrik stansiyasına  qədər  asvaltlanmışdı... Ciləgiri  kecib Urva  kəndinə  yönəldik. Aradan o qədər də çox vaxt keçməsə də, haqqında danışılan yollar artıq dağılıbdır. Asfalt döşəmədən əsər qalmayıb. Kəndə doğru getdiyimizi əminliklə bilsək də, yolların bərbadlığı çaşdırdı bizi.. Bu  yollardan sanki kimsə istifadə eləmir, kimsə gedib-gəlmir... Normalda 15 dəqiqəyə qət ediləcək yolu bir saata kedib-getmək mümkün deyil.  Kəndin mərkəzinə catmaq üçün xeyli zəhmət sərf eləməli olduq. Bir müddət öncə kəndə güclü leysan yagdığı məlumdur. O zaman bütün el-obaya da, yollara da ciddi zərər dəydiyi məlumdur. Leysan bir çox yerdə yolları tamam yuyub aparmışdı. Qarşımıza məktəbə gedən sagirdlər çıxır. Məktəblilərədn birinin əlində çantayla bərabər sellofan torpanın olması istər-istəməz diqqət çəkir. Uşaqlardan birinə yaxınlaşıb torbanın içindəkilərlə maraqlanırıq. Sən demə, sellofanda məktəbli öz ayaqqabılarını daşıyırlar. Bu cavabdan sonra bu palçıqlı yollarda onların ayaqlarındakı tezin çəkmələri diqqətimiz şəkir. Qusarda Hil kənd orta məktəbindən sonra böyüklüyünə və hər cür müasir şəraitlə təmin olunduğuna görə ikinci yer tuta Urva kənd məktəbi Azərbaycanın birinci xanimi Mehriban Əliyevanın təşəbbüsü və qayğısı ilə inşa olunub. Buradakı uşaqların əksəriyyəti təhsil almaq üçün təxminən üç kilometrlik məsafəni bu palçıqlı yollarla dərsə gəlib-qayıtmalı olurlar. Təsəvvür edəndə ki, şagirdlər dərsə vaxtında və səliqəli formada çatmaq üçün çantasıyla yanaşı sellofan torba daşımalı olur, bu ağır yük onların balaca vücudlarına hansı zərərləri vurur, fikirləri necə dağınıq olur, onda adamın ürəyi ağrıyır... Axı nəyə görə, hansısa məmurun vaxtında öz işini səriştəsiz və ya tamahkarcasına görməsi bu millətin gələcəyinin məhvinə səbəb olmalıdır? Bir yandan da düşünsək ki, bu yollarda hələ maşınla 15 dəqiqəlik yolu 1 saata gəlmək olur, bəs onda balacalara piyada gəlmək üçün nə qədər vaxt itirməlidirlər? Olmazmı ki, onların məktəbə vaxtında və rahat gəlib qayıtması üçün avtobus ayrılsın?! P.S. Təbiətin özünün yaratdığı gözəlliklərin bağrına öz əməlləriylə "gözəllik" dağı çəkən əlaqədar qurumlar işlərini layiqincə görsəydilər kaş ki... Anfisa Zinyeddin





Həftənin ən çox oxunanları