Son günlərdə haradansa peyda olan yüzlərlə dilənçi paytaxtı başına götürüb. Yollarda svetoforda dayanan maşınlara yaxınlaşır, parkda gəzənlərin yaxasından yapışır, mağaza və kafedən çıxanların başının üstünü kəsdirirlər. Belə hallar bəzən dava dalaşla yekunlaşır. Metronun “Neftçilər” stansiyasının çıxışında çox zaman çirkli paltarda, pirtlaşıq saçlı, xəstə görkəmli 2-3 yaşlı bir qız uşağını oturdurdular, qabağına da bir karton qutu qoyurdular. Gün ərzində oradan tərpənməyə qoymurdular. Bir dəfə hətta onun qucağına gözü hələ açılmamış 4-5 günlük bir çağa da verib diləndirildiyini gördüm, qan beynimə vurdu və nəticədə dəhşətli bir əhlavat baş verdi. Əvvəlcə dayanıb kənardan o qızı müşahidə etdim. Hərdən bir qadın uşağa yaxınlaşıb onu kobud şəkildə çimdikləyir, incidir və uşaq da ağlamağa başlayırdı. Yəqin, bu qadın düşünürdü ki, ağlayan uşağa sədəqə verən çox olacaq. Stansiyaya düşüb polislərə xəbər verdim, tələb etdim ki, müvafiq tədbir görsünlər. Lakin müxtəlif bəhanələrlə bundan imtina etdilər. Onlarla uzun sürən davam heç bir nəticə vermədi, konkret olaraq dedilər ki, polisin dilənçilərə gücü çatmır. Hətta, biri dedi ki, hünərin var yaxınlaş, gör səni necə doğrayırlar "lezva"yla. Dedim ki, mən polis deyiləm, mənə bəlkə bunu edə bilərlər, amma sizə dövlət niyə maaş verir, silah verir, məgər bir qadınla bacara bilməyəcəkdinizsə qanunu, asayişi qorumağı sizə niyə tapşırıblar? Qayıdıb gəldim uşağın yanına. Yaxınlıqdakı mağazadan 2 qutab alıb uşağa verdim, acgözlüklə yedi. Səyyar satıcıların dediyinə görə, gün ərzində 50 manatdan çox pul “qazanan” uşağa heç düz-əməlli yemək də vermirlərmiş… Çağanı qucağıma alıb, körpənin də qolundan tutub metrodakı polis məntəqəsinə aparmaq istəyirdim ki, polislərə təhvil verim, anasına tapşırsınlar ki, uşağı diləndirməsin bir də. Elə bu anda sanki qeybdən peyda olan bir qadın qırğı kimi sıçradı üstümə və… süpürləşmə başladı. Etiraf edim ki, bərk qorxdum, çünki adətən onların əlində "lezva" və ya bu tip kəsici əşyalar olur ki, adamın üzündə şırım açırlar. Lakin xoşbəxtlikdən bu qadının əlində heç bir soyuq silah yox idi. Mən qadını qorxutmaq üçün özümü dövlət işçisi kimi göstərib dedim ki, qanunla körpə uşaqları istismar etmək, işlətmək, o cümlədən diləndirmək olmaz. Qadın üstümə qışqırdı ki, bəs neyləyim, acından ölüm? Dedim canın çıxsın özün otur dilən, bu 5 günlük körpəni niyə ayaq altında qoymuşan burda? Elə eləmə uşağını zorla alıb aparsınlar uşaq evinə. Elə bu anda qadın qəfil hücum edərək mənə sarsıdıcı zərbələr yağdırmağa başladı. İncəvara, sanballı zərbələr endirirdi. Bu zərbələrdən birindən başım gicəlləndi, gözümə qaranlıq çökdü, beynim nətəhər qızdısa, affekt vəziyyətində bu hayasıza sanballı bir təpik zərbəsi endirdim. Mən pilləkənin yuxarı hissəsində, qadın aşağı hissəsində dayandığından zərbə mükəmməl alındı. Qadın kəllə-mayallaq yuvarlanıb getdi aşağıya. Bu ilmi ölübsən, bildirmi?! Bu zərbəni bayaqdan ətrafda bizim müharibəmizi məmnunluqla seyr edən tamaşaçılar gurultulu alqışlarla qeyd etdilər. Onlardan biri mənə yaxınlaşıb dedi ki, tez aradan çıx, bunlar mafiyadır, bu dəqiqə tökülüşüb gələcəklər, səni burada öldürəcəklər, heç polis yaxın da gəlməyəcək. Tərslikdən də mən tək idim. Bu təhlükəni vaxtında dərk edib aradan çıxdım. Öz-özümə düşündüm ki, mənim bu hərəkətim qadın hüquqlarına ziddir. Feministlər bilsə, qanım getdi... Amma sonra özümə təsəlli verdim ki, əvvəla şahidlər mənim tərəfimdədir. İkincisi, bu qadın ana deyil, psixi xəstədir, ictimai yerdə cinayət işlədərək 5 günlük çağanı diləndirir. Bunu hüquqda bilərəkdən azyaşlının ölümünə səbəb olma kimi qiymətləndirirlər. Üçüncüsü də, bu zərbə zəruri özünümüdafiə tədbiri kimi nəzərdə tutulmuşdu. Yəni, hər kəsin özünü xəsarət almaqdan qoruma hüququna qanun etiraz etmir bildiyim qədərilə. Dördüncüsü, dövlət adına polisin vəzifəsini mən yerinə yetirmişəm, buna görə mənə təşəkkür düşür. Qoy görsünlər ki, bizdə qanunu vətəndaş da qoruyur. Sonda deyim ki, azyaşlı körpələrin dilənçi kimi istifadəsinə şərait yaratmaqda əsas rolu biz oynayırıq. Əgər biz prinsipial olaraq uşaqlara pul verməsək, onlardan bu məqsədlə istifadə edə bilməzlər. Diləndirilən uşaqlara pul verməyin! Elçin
- Ana səhifə
- Cəmiyyət
- Qadını hansı hallarda vurmaq olar?
Qadını hansı hallarda vurmaq olar?
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi