Yuxarı

Bölgədən şikayət: "Bizə əl uzadın..."

Bölgədən şikayət:

sikayet

Aztəminatlı ailələrin dövlət tərəfindən verilən ünvanlı sosial yardımı almaq üçün aidiyyəti qurumlar tərəfindən süründürməçiliklərə məruz qalması haqda hətta rəsmi dairələr tərəfindən də dəfələrlə fikirlər səslənib. Lap yaxın keçmişdə vətəndaşları qəbul edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bir neçə məsul şəxsi ya iclasdan qovub, ya da vəzifəsindən uzaqlaşdırıb. Bununla belə, hələ də yerlərdən bu sahədə şikayətlər gəlməkdədir. Ərazisinin yarıdan çoxu ermənilər tərəfindən işğal edilən Ağdam rayonundan bir qrup sakin "Cümhuriyət" qəzetinə şikayət məktubu göndərib.

Redaksiya olaraq, ünvanımız göndərilən şikayət məktubunu olduğu kimi tam mətndə dərc edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Baş Nazir cənab Artur Rəsizadəyə

Surəti: Milli Məclisin sədri cənab Oqtay Əsədova

Surəti: Baş prokuror cənab Zakir Qaralova

Surəti: Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsi Kamran Əliyev

Surəti: Kütləvi İnformasiya Vasitələrinə

Ağdam rayonunun Ortaqışlaq, Ballar, Usublu kənd sakinləri tərəfindən

                                               Müraciət

Cənab Prezident!

Hörmətli Cənablar!

Biz cəbhə bölgəsində yaşayan vətəndaşlarıq. Çörəyimizi çətinliklə qazanırıq. Bir çox aidiyyəti nazirliklər yaradılaraq xalqın xidmətində olduğu bir vaxtda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam ƏƏSMN-nin direktoru Əvəz İdris oğlu Sadıqov elə vəziyyət yaratmışdır ki, əhali sözügedən nazirliyi özünün müdafiəsini təşkil edən nazirlik əvəzinə, həmin nazirliyin rayona təyin etdiyi məmurun süründüməçiliyindən bezərək dövlətindən, hökumətindən bezir.

Ə. Sadıqov qapalı bir idarə yaratmağa nail olub. O, ünvanlı sosial yardım alası ailələrdən lazımsız, lüzumsuz sənədlər tələb edərək bezdirir. Halbuki, təkzibedilməz fakdır ki, rayon üzrə 500-dən çox qanunsuz ünvanlı yardım alan ailələr Ə. Sadıqovun maraqlarına xidmət edir. O, bundan əvvəl DSMF-nun Ağdam şöbəsinin rəhbəri olub. S. Müslümov cənabları ilə dərindən dostluq əlaqəsi  olduğundan dəm vuran Ə. Sadıqov ona güvənərək, cəbhə bölgəsində min əzabla yaşayan bizlərə divan tutur.

Drektorluq etdiyi mərkəzdə dövlətin aztəminatlı ailələrə ayırdığı vəsaiti müxtəlif yollarla mənimsəmək faktı təkzibsizdir. O, ondan şikayət edən rayon sakinlərini rayon məhkəməsinə verərək hədə-qorxu gəlməsi, vətəndaşların qaldırdığı məsələlərə məhkəmədən hüquqi qiymət verilmədən ənənəvi qətnamələr çıxarmasına nail ola bilməsi əsas verir ki, o hansısa qorxunc bir təşkilat tərəfindən himayə edilir ki, məhkəmə ona güzəştə getməyə məcbur olur. Onun millətə bu qədər ögey münasibəti sual doğurur. Rayon rəhbərliyinə və yuxarı orqanlara onun cinayət tərkibli əməlləri barədə dəfələrlə şikayət etməyimizə baxmayaraq, onu himayə edən dostu və naziri S. Müslümov yoxlamaya nail olmağa imkan verməyibdir.

Odur ki, Azərbaycan prezidenti möhtərəm İ. Əliyev cənablarına teleqramla ilə müraciət edib Prezident Aparatının nəzarəti altında yoxlama komissiyası yaradlımasını tələb etmişik. Azərbaycan Respublikası baş prokuroru Zakir Qaralovdan, Korrupsiya İdarəsinin rəisi K. Əliyev cənablarından xahiş edirik Ə. Sadıqovun hər iki iş yerini nəzərə almaqla iş fəaliyyətini 5 (beş) illiyi yoxlanılsın.

Qeyd: "Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan qanunun 7-ci maddəsinə əsasən vətəndaşların şikayəti şikayət etdiyi ünvana göndərilə bilməz. Odur ki, Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin obyektivliyinə inanmırıq. Odur ki, Sizlərdən xahiş edirik "Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci, 6-cı, 7-ci, 10 və 10.1 maddələrinin tələbləri əsasında Ağdam ƏƏSMN-i bizlərin iştirakı təmin edilməklə, Prezident Administrasiyasının nəzarəti altında nüfuzlu komissiya yaradılaraq yoxlama aparılmasını göstəriş verəsiniz.

Qeyd: “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Qanununun 7-ci maddəsində göstərilir ki, vətəndaşın şikayəti baxılması üçün qanuna zidd hərəkətlərində və yaxud hərəkətsizliyindən şikayət edilən dövlət orqanlarına və vəzifəli şəxslərə göndərilməsi qadağandır.

  1. Həsənov Yaşar Fərman oğlu
  2. Əliyev Telman Əli oğlu
  3. Həsənov Bəxtiyar Sitalim oğlu
  4. Həsənov Təvəkkül Bəşir oğlu
  5. Quliyev İsa Qəmbər oğlu

REDAKSİYADAN: Məsələylə bağlı aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazır olmaqla yanaşı, ümid edirik ki, aztəminatlı ailələrə dövlət tərəfindən verilən az miqdarda yardıma göz dikən məmurlar haqda şikayətlər də azalacaq...





Həftənin ən çox oxunanları