Yuxarı

14 uşaq naməlum xəstəlikdən öldü

14 uşaq naməlum xəstəlikdən öldü

moskva-7

Rusiya Federasiyası Yakutiya Respublikasında naməlum genetik xəstəliyə tutulan 16 uşaqdan 14-ü həyatını itirib. Cebhe.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Yakutiyada 14 uşağın genlərində mutasiyaya gətirib çıxaran naməlum genetik xəstəlik müşahidə olunub. Xəstəliyi təsbit edən elm insanlarının bildirdiyinə görə, bu genetik xəstəliyə tutulan uşaqlar 3 yaşına çatmamış ölürlər.

Genetika problemlərdən qaynaqlanan xəstəliyin müalicəsi üçün hər hansı bir irəliləmə təmin olunmayıb. Belə ki, bu xəstəlik daşıyıcılarından olan 16 uşaqdan 2-si həyatda qalıb. Ölümcül xəstəliyi olan Şimali-Şərq Federal Universiteti Genetik Tibb Laboratoriyasının rəhbəri Nadejda Maksimova 16 uşağa həmin xəstəlik diaqnozunun qoyulduğunu və bunlardan yalnız ikisinin həyatda qala bildiyini təsdiqləyib. Mütəxəssislər nadir reallaşan mutasiyanın ətraflı bir şəkildə analiz edilə bilməsi üçün fərqli irqlərdən təxminən, 1000 adam üzərində araşdırma etmək məcburiyyətində qaldıqlarını bildiriblər. Laboratoriya analizləri üçün Moskvaya nümunə göndərmənin özləri üçün böyük müvəffəqiyyət olduğunu qeyd edən Maksimova, "Fermentlərin zərər görməməsi üçün bir vakuum konteynerinin içində yad təsirlərdən qorunması asan deyildi" deyə bildirib. Qeyd edək ki, həyatda qalan uşaqlardan birinin ailəsi uşaqlarını Yaponiyada müalicə etdirə bilmək üçün yardım kampaniyasına başlanıb. Rusiya qanunlarına görə, analiz üçün xaricə tibbi nümunə göndərmək qadağandır. Xəstənin özünün müalicəsi üçün isə xaricə çıxmasının qarşısında qanuni bir maneə yoxdur.

Alçina





Həftənin ən çox oxunanları