Yuxarı

17 yaşlı ana doğuşdan sağ çıxmadı

17 yaşlı ana doğuşdan sağ çıxmadı

dogum-tovuz

Doğuşdan bir dəqiqə sonra ananın vəziyyəti pisləşib. Azərbaycanda daha bir ana doğuşda öldü. Hadisə Lənkəranda baş verib. Lənkəran Mərkəzi Rayon Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, Şağlasər kənd sakini, 1998-ci il təvəllüdlü Səmayə Nazim qızı Ağayeva uşaq dünyaya gətirmək üçün ötən gecə Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

17 yaşlı qadın təbii yolla uşaq dünyaya gətirib. Lakin doğumdan bir dəqiqə sonra ananın vəziyyəti ağırlaşıb. Şöbəyə reanimotoloq gəlib çatana qədər Səmayə Ağayeva dünyasını dəyişib. Xəstəxanadan onu da bildirdilər ki, körpənin səhhəti tam normaldır. Dünyaya gələn körpənin 2 kq 800 qram çəkidə oğlan uşağı olduğu bildirilir. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. Doğuş zamanı ən sonuncu ana ölümü oktyabr ayının 7-də Qazax rayonunda baş verib. Rayon sakini 1987-ci il təvəllüdlü Təranə Əsgərova qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra 28 yaşlı qadının vəziyyəti ağırlaşmağa başlayıb. Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən qadın xəstəxanada 10 gün müayinə edilməsinə baxmayaraq, paytaxt xəstəxanasında dünyasını dəyişib. Ümumilikdə isə bu ilin əvvəlindən ona yaxın qadın doğuş zamanı ölüb.

Cebhe.info





Həftənin ən çox oxunanları