Yuxarı

Azərbaycan vəhabiləri hansı ölkələrdən maliyyələşir?

Azərbaycan vəhabiləri hansı ölkələrdən maliyyələşir?

vahabiler“İraq-Şam İslam Dövləti”nin (İŞİD-in) Suriya müharibəsinə aktiv formada qoşulması dünya vəhabilərini hərəkətə keçirdi. Azərbaycan da daxil olmaqla dünyanın bir sıra ölkələrindən Yaxın Şərqə böyük vəhabi köçü başladı. Suriyadakı hər günlərinə 150-300 dollar alan vəhabi döyüşçülər üçün bu cihad böyük gəlir mənbəyinə çevrildi. Suriya və İraqa görə, İŞİD-i Səudiyyə Ərəbistanı, Suriya müxalifətinə görə, Əsəd rejimi və Suriya kəşfiyyatı, İrana görə, Səudiyyə Ərəbistanı, Səudiyyə Ərəbistanına görə isə, İran maliyyələşdirir. İsrailə görə, İŞİD-i HƏMAS maliyyələşdirir.

Misirə görə, İŞİD-i Qətər və Türkiyə maliyyələşdirir. Türkiyə və Azərbaycana görə, İŞİD-i Avropa İttifaqı və ABŞ maliyyələşdirir. Türkiyə eyni zamanda İŞİD-in İngiltərə, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyinə də inanır. Azərbaycanda da bu versiyaya inananlar var. Vəhabilərin Azərbaycana ayaq açması 90-cı illərin əvvəllərinə təsadüf edir. Səudiyyə Ərəbistanının sələfi missionerləri və Qərb kəşfiyyatı ictimai-siyasi vəziyyətin böhran olduğu həmin illərdə müxtəlif kanallarla vəhabilərin Azərbaycana girişini təmin etdilər. Qısa zaman ərzində radikalların ölkənin dini həyatında özlərinə yer tapmaları çətin olmadı. Çünki 71 il ərzində ateist Sovet hökumətinin Azərbaycanda dağıtdığı dini strukturlar hələ bərpa olunmamışdı və bu sahədə böyük boşluq vardı. Nəticədə Qamət Süleymanov Azərbaycan vəhabilərinin lideri kimi özünü ictimiayyətə təqdim etdi. Bu, azərbaycanlı vəhabilərin bir mərkəzə tabe olduğunu nümayiş etdirən hadisə idi.

Suriya və İraqda İŞİD-in sıralarında döyüşüb geri qayıdan azərbaycanlılar ölkənin təhlükəsizliyi üçün ciddi təhdid mənbəyinə çevrilirlər. Milli Təhlükəsizlik Nazirliyi və polisin keçirdiyi əməliyyatlarla onların bir hissəsi həbs olunsa da, gizli formada fəaliyyət göstərən vəhabi sektası insanların İŞİD-in sıralarına göndərilməsi üçün mərkəzləşmiş fəaliyyətə sahibdirlər. Azərbaycanda vəhabilərin toplaşdığı bir sıra mərkəzlər var. Bakının Qaraçuxur qəsəbəsi və Sumqayıt vəhabilərin toplaşdıqları məkanlar sayılır. Bakıda Qamət Süleymanovun axundu olduğu Əbu-Bəkr Məscidinə nəzarət gücləndirildikdən sonra vəhabilər onlar üçün daha təhlükəsiz olan yerlərə üz tuturlar. Paytaxt Bakıya güclü nəzarət olduğu üçün vəhabilər ölkənin regionlarında (Zaqatala, Balakən, Kürdəmir və s.) möhkəmlənməyə can atırlar. Radikalları regionlara üz tutmağa sövq edən bir sıra faktorlar var. Məsələn, ölkənin işsiz əhalisinin əksər hissəsi bölgələrdə yaşayır, o cümlədən bu yerlərdə dini boşluqlar var və insanlar arasında məzhəb ayrı seçkiliyinin kökləri dayazdır. Belə bir vəziyyətdə işsiz və dini mövqeyi olmayan insanları pul müqabilində tələyə salmaq asan məsələdir.

İŞİD rəhbərliyi ilin əvvəllində azərbaycanlı üzvləri vasitəsilə Azərbaycanı ələ keçirəcəklərini bildirdi. Bundan narahatlıq duyan hökumət radikallara qarşı sistemli əməliyyatlara start verdi. Nəticədə İŞİD-lə əlaqəsi olan çoxlu sayda vəhabi həbs olundu.

Almaniyanın “Deutsche Welle” radiosu bir müddət əvvəl Azərbaycan əhalisinin sürətlə dinə yönəldiyi barədə material yayımladı. Mənbə ölkədə artan işsizliyin bu prosesdə əhəmiyyətli olduğunu bildirdi: “Azərbaycanda şiələr və sünnilər arasında heç bir problem yoxdur. Bu məzhəbə aid insanlar məscidlərdə rahat formada namaz qıla bilirlər. Azərbaycan əhalisinin İslam barədə bilgiləri azdır. Lakin ölkədə sosial problemlərdən artan narahatlıqlar insanları radikal dini cərəyanlara yönəldir. Əhalinin 40%-ə yaxını işsizdir. Gənclər yalnız rüşvət qarşılığında işlə təmin olunduqlarını deyirlər. Ödənişsiz ali məktəblərin qapılarının üzlərinə bağlı olduğu bu gənclər ədaləti dində axtarmağa başlayıblar”.

Plan haradahazırlanıb?

Suriya müharibəsinin başlanğıcında suriyalı müxaliflərin (Suriya Azadlıq Ordusunun) tərkibində fəaliyyət göstərən İŞİD-in məqsədi Əsəd rejimini devirmək idi. Lakin Qərb, Səudiyyə Ərəbistanı, Qətər və s. dövlətlərdən maliyyə, silah yardımı aldıqca güclənən təşkilat tezliklə ətrafına minlərlə döyüşçü toplaya bildi. İşsiz insanlar üçün milyardlarla dollar büdcəyə malik olan İŞİD cəlbedici göründü. Qısa zaman kəsiyində Qərb və bəzi ərəb dövlətlərinin dəstəyi sayəsində güclənən İŞİD indi tamamilə Vatikan, ABŞ və Avropa İttifaqının anti-İslam planlarına xidmət edən ən kəskin vasitədir. Planın Vatikanın katolik kilsəsi tərəfindən hazırlandığı və icrası üçün Qərbə təhvil verildiyi də sirr deyil. Səudiyyə Ərəbistanı, Qətər kimi dövlətlərin təşkilatın fəaliyyətindən güddükləri niyyət regionda sələfi dövləti yaratmaqdır. Sələfilik (Vəhabilik) də birbaşa İngiltərə tərəfindən İslam dinini parçalamaq üçün yaradılmış siyasi cərəyandır.

İngilis casusu: “Məqsədimiz müsəlmanları İslamdan qoparmaqdır”

1919-cu ildə İngiltərənin Yaxın Şərqdəki casusu Rayan yazırdı: “Vəhabiliyi yaratmaqda məqsədimiz müsəlmanları İslamdan qoparmaqdır. Biz vəhabilərə onların məzhəbinin ideal kimi təqdim edəcəyik. Bunu bütün müsəlmanlara belə deyirik. Heç vaxt açıq şəkildə İslamı əzməyəcəyik. Bu, Qərb millətçiliyi kimidir. Məqsədimiz dost kimi hərəkət edib uğur qazanmaqdır. Sonra hökm edəcəyik”. Gerçəkdə də vəhabilik din pərdəsi altında Qərb dünyasının siyasi motivlərlə İslam dininə qarşı başlatdığı “Səlib yürüşü”nün adıdır. NATO və ABŞ ordusunun ilk hərbi birləşmələri Əfqanıstana girəndə prezident Corc Buş “Səlib yürüşləri başladı” deməklə dünya mediasının gündəmini zəbt etdi. Bu hadisədən 94 il əvvəl - 1907-ci ildə belçikalı irqçi, “Flaman Arzuları” Partiyasının lideri Dvinter “Qurani-Kərim”in “dünyada baş verən ən pis hadisələrin səbəbkarı” olduğunu dedi. Həmin il İngiltərənin baş naziri Uilyam Edvard Qladston Lordlar Palatasında etdiyi çıxışında “Quran”ı əlilə yuxarı qaldıraraq: “Bu kitab müsəlmanların əlində olduqca, biz onlar üzərində hakimiyyət qura bilməyəcəyik”, - deyərək İslama qarşı olan kinini qusdu. İngilis nazirin çıxışıyla Yaxın Şərqdə başlayan qanlı hadisələr müsəlmanlara yaxşı gələcək vəd etmirdi.

“Dünyanı xristianlaşdırmaq” planı

İslama qarşı mübarizə XVIII əsrdə ingilislər tərəfindən başladılıb. Müxtəlif dövrlərdə məqsədlərinə çata bilməyən İngiltərə - Vatikan birliyi 2001-ci ildən etibarən İslama qarşı yeni siyasi bloklar yaradaraq hücuma keçib. Mübarizədə götürülən əsas prinsip İslamı gözdən salmaqla məhv etməkdir. Son 14 ildə Qərb tərəfindən İslama qarşı siyasi layihə kimi hazırlanmış “əl-Qaidə”, İŞİD, “Taliban” və “ən-Nüsra” terror təşkilatları Əfqanıstandan Mərakeşədək böyük bir arealda İslam adına soyqırım həyata keçirirlər. Təşkilatlara rəhbərliyi də İslamı ən incə məqamlarına qədər yaxşı bilən agentlər edirlər. Beləliklə, İslamı kökündən laxlatmaq üçün Vəhabilik təriqətini yaradan ingilislər sonrakı illərdə “İslamda islahat” tezisini ortaya atdılar. İngilislərə görə, islahatlar Vəhabilik əsasında aparılmalıdır.

“Dinlərarası dialoq”un mahiyyəti

Papa II Paul 1991-ci ildə elan etdiyi “Xilaskar Missiya” (“Redemptoris Mission”) adlı sərəncamında deyir: “Dinlərarası dialoq bütün insanları kilsəyə çevirmək missiyasının bir hissəsidir. Bu missiya Məsih və “İncil”i bilməyənlərə, digər dinlərə mənsub olanlara yönəlikdir”. 1973-cü ildə Vatikanın Qeyri-xristianlar Katibliyinin başçısı Petro Rossano da eyni fikirləri təkrarladı. 1984-ci ildən bu günədək həmin quruma rəhbərlik edən kardinal Fransis Arinz layihə barədə belə deyirdi: “Papa VI Paulun məqsədi reallaşır. Dinlərarası dialoq kilsənin əsl missiyasını həyata keçirir”. Planın yaradıcılarından olan M.Vatt “Modern dünyada İslam vəhyi” adlı kitabında Vatikan kilsəsinin əsl niyyətlərindən yazır. Vatt kilsəsinin müsəlmanları xristianlaşdıra bilmədiyi üçün onları İbn Tüfeyl və İbn Rüşdünün fəlsəfi İslamına doğru yönəltməyə çalışdığını deyir. Müəllif İslamın yayılmasının qarşısının alınması yolunun, onu fəlsəfiləşdirməkdən keçdiyini bildirir. Layihənin digər iştirakçılarından R.Arnaldez İslamı yox etmək üçün Vəhabilik təriqətinin əsl fürsət olduğunu və müsəlmanları kütləvi şəkildə bu cərəyana yönəltməyin vacib olduğunu yazırdı. Arnaldez qeyd edir ki, “Əbduh məktəbi” müsəlmanlar arasında hakim səviyyəsinə çatdıqdan sonra dinlərarası dialoq öz müsbət nəticəsini tapacaq. Planın atası kimi tanınan Luis Massiqnon isə yazır: “Müsəlmanlara aid olan hər şeyi təhrif etdik. Artıq heç nəyə inanmırlar. İnancları, dinləri məhv oldu. Dərin boşluğa düşdülər” - deyə bilsə, Vatikan həmin boşluğu Dinlərarası Dialoq layihəsilə xristianlarla doldura bilər”.

Vatikanda İslamı yox etmək üçün toplanmış büdcə

Vatikan dünyanın yeganə ən zəngin və teokratik ölkəsidir. Kardinallığı zəngin edən maliyyə mənbələri müxtəlifdir. Müsəlman ölkələrində həyata keçirdiyi qanlı planlara  xeyir-dua verən papa Qərb ölkələrindən milyardlarla dollar vəsait alır. Maliyyə işlərinə kardinallar (prefektorlar) baxırlar. Dünyada ən az maaş alan insanlar da burada yaşayırlar. 600 nəfər əhalisi olan kilsə dövləti dünyanın 900 milyon katolikini özündən asılı vəziyyətdə saxlayır. Katolik dünyası papanın əmrlərinə və iradəsinə tabedir. 900 milyon isə xeyir-dua qarşılığında Vatikanı müdafiə etmək və zənginləşdirmək öhdəliyini üzərinə götürüb. Katoliklərin bu xidmətləri qarşılığında əldə etdikləri “gəlir” hər bazar günü papanın onlara “təşəkkür duası” oxumasıdır. Vatikanın gəlirləri katoliklərdən alınan kilsə vergisi, haqlar, ianələr, şirkət gəlirləri, səhm vergiləri, faiz, mətbuatdan alınan reklam gəlirləri və sairədir. Əsas gəlir mənbələrindən biri də İsa, Məryəm, xaç və digər dini şəxsləri təmsil edən simvolların satışındandır. Eyni zamanda Vatikan Avropa, Amerika və digər ölkələrdə bank, inşaat, tekstil, daşınmaz əmlak, şirkət və digər sektorlarda hissə paylarına sahibdir. Qərb dövlətlərinin Vatikanda toplandığı trilyonlarla dollar büdcəsi, İŞİD və bu birliyin ayrı-ayrı ölkələrdəki üzvləri (vəhabilər) və qollarının mərkəzləşməsinə xərclənir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları