Yuxarı

Ölkədə internet çökdü

Ölkədə internet çökdü

mobil rabiteAzərbaycanda nəinki internet, hətta mobil rabitə iflic oldu

Noyabrın 16-da axşam saat 16-17 radələrindən etibarən Azərbaycanda internetə girişdə problem yaranıb. Cebhe.info xəbər verir ki, kompüterdən giriş mümkün olub. Mobil telefonlardasa internetin sürəti zəif olmayıb. Bu səbəbdən elektron media kateqoriyasına daxil olan yüzlərlə saytın onlayn qaydada işi iflic olub: yeni xəbərlərin sayta yerləşdirilməsi dayanıb, beynəlxalq media qurumlarından operativ xəbərlərin izlənməsi kəsilib. Bundan başqa, mobil operatorlar fəaliyyəti zəifləyib, ölkələrarası yazışmalar aparmaq mümkün olmayıb, yüz minlərlə insanın internet üzərindən qurduğu ünsiyyət məhdudlaşıb.

Xəbər verilir ki, banklarda, hava limanında, iri şirkətlərin fəaliyyətində problemlər yaranıb, onlayn satışlar tamamilə dayanıb. Əldə olunan məlumata görə, internetin kəsilməsinə səbəb Azərbaycanın internetlə təmin olunmasını həyata keçirən DELTA Telecom-un datacenter-ində baş verən yanğın olub. Server otağında olan yanğına görə bu problem yaranıb. Bu barədə hadisə yerində olan yanğınsöndürənlər məlumat verib. Qeyd olunur ki, yanan serverlərin təzələnməsi bir neçə gün çəkəcək. Ehtimal var ki, bir neçə gün Azərbaycan ərazisində internet zəif və çox zəif olacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Müşviq Əmirovun sözlərinə görə, internet provayderi "Delta Telecom"un bir neçə internet paylayıcı xətti yanıb.





Həftənin ən çox oxunanları