Yuxarı

Çipsi ilə genetik terroru neçə reallaşdırırlar?

Çipsi ilə genetik terroru neçə reallaşdırırlar?

cipsiXüsusilə uşaqların və gənclərin sevimli qidası olan çipslərin insan orqanizminə zərərləri barədə çox yazılır, təhlükəsi barədə həyəcan siqnalları verilir, amma satış  faizi azalmır, əksinə hər gün daha çox tələb edilir. Alzeymerdən parkinsona, xərçəngdən infarkta hər cür xəstəliyə səbəb olan çipslər barədə bu yazımızda...

Siqaret qədər təhlükəli

Çipsilər - bizim dillə desək, qurudulmuş  kartof dilimləri  maddələr mübadiləsini pozaraq inanılmaz xəstəliklərin təməlini qoyur. Təhlükəsi o qədər böyükdür ki, hətta dünyada sağlamlıq təşkilatları çipsilərin üzərində eynilə siqaretdəki kimi “sağlamlıq üçün zərərlidir” ifadəsini yazmağı tələb edilər. Həkimlər bu qida adı altında gizlənən zəhərin piylənmə, xərçəng, şəkərli diabet, alzeymer kimi bir çox xəstəliyə səbəb olduğunu deyirlər. Çipsilər həm tərkibindəki kalori, həm zəhərli yağlar, həm də dadlandırmaq üçün istifadə edilən kimyəvi qatqılar səbəbindən təhlükə yaradır. Çipsilərin tərkibində akrilamidin adlı kimyəvi maddənin olduğunu bilirsinizmi? Bu maddə plastik sənayesində istifadə edilən, eyni zamanda siqaretin tərkibində olan maddədir və xərçəngə səbəb olması artıq araşdırmalarla təsdiq edilib. Bu maddə çipsilərdən əlavə süni uşaq qidalarında, uşaqlar üçün istehsal edilən peçenyelərdə, qovrulmuş çərəzlərdə də aşkar edilib. Hazırlanarkən tərkibinə bol miqdarda transgen yağın hopması çipsinin başqa bir zərərli tərəfidir. Trans yağların şəkərli diabetə, xroniki ürək xəstəliklərinə, xərçəng və digər bədxassəli şişlərin yaranmasına, habelə piylənməyə səbəb olması isə məlumdur. Bundan əlavə araşdırmalara görə trans yağlar sonsuzluq, qaraciyər yetməzliyi, alzeymer və parkinson kimi xəstəliklərə səbəb olur.  Bu yağlar qandakı yağ nisbətini yüksəldərək insan orqanizmini təhlükəyə atır, eyni zamanda xolestrolu yüksəldir.

Uşaqlar ildə 9 litr yağ içir

Çipslərdəki yağ kalori nisbətini ifrat dərəcədə keçmiş vəziyyətdədir. Araşdırmalara görə, çipsi yeyən uşaqlar ildə orta hesabla 9 kilo yağ qəbul edir. Ümumdünya Sağlamlıq Təşkilatının hesablamalarına görə isə, yetkin insan gün ərzində 6 qram duz, 65 qram yağ qəbul edə bilər. Gündə 1 paket çips yeyən uşaq bu həddi aşmış olur, üstəlik, digər qidalardan qəbul edilən yağlar da var. İstehlakçıya təqdim edilən çipslərin üzərində tərkibində hansı nisbətdə və hansı yağın olması barədə məlumat  verilmir. İngiltərə Ürək Cəmiyyətinin araşdırmalarına görə, 100 qramlıq kartof çipsində doymuş yağ nisbəti 10, trans yağ nisbəti isə 3 qrama qədərdir. Ümumilikdə bir paket çipsin tərkibindəki yağ nisbəti 70 qramı keçir. Bu isə uşaqların yetkin insanın normasından da çox yağ qəbul etməsi deməkdir. Çipsin tərkibində damarı sərtləşdirən yağlar olduğu üçün tromplar yaradaraq qan dolaşımını zəiflədir, damar tıxanır və ürəyə qan işləmir. Nəticəsi isə infarkt olur. Amerikanın Kaliforniya Universitetinin bir araşdırmasına görə, doymuş yağ istehlakı gündə 20 qrama çatdığı zaman piylənmə riski 80, ürək xəstəlikləri riski isə 60 faizə çatır.

Beyni asılı vəziyyətə salır

Çipsi bazarının böyük hissəsinə sahib olan Amerika firmaları dünyada hər il 36 milyard paket çips satır. Diqqət etsəniz görərsiniz ki, çipsi markalarının 90 faizinin adında s hərfi var. Psixoloqlar deyir S hərfi aclıq hissini gücləndirir. Ağızınıza bir cips qoyduğunuz anda ilk olaraq duz hiss edirsiniz, bu xoşunuza gəlir, tərkibindəki kimyəvi dadlandırıcılar trigeminal deyilən sinir hüceyrələri vasitəsilə  beyinə mesaj göndərir. Beləcə çipsi daha çox yemək istəyirik. Araşdırmalara görə, ananın hamiləlik və laktasiya dövründə çipsi qəbul etməsi körpənin sağlamlığına ciddi zərər vurur. Trans yağların, kimyəvi dadlandırıcıların, duzun miqdarı yüksək olduğu üçün körpə həyatının ilk aylarından artıq çəki ilə üzləşir. O cümlədən, beyin funksiyalarına şəkər, doymuş yağ, pizza və digər xəmirli qidalar, aşağı karbohidratlı pəhrizlər, duzlu və qızardılmış yeməklər də zərər vurur. Harvardda aparılan araşdırmalar haqqında məlumatda çipsinin tərkibindəki doymuş yağ nisbətinin beyin funksiyalarına zərər verdiyi göstərilir. Zeytun yağı, avokado kimi sağlam yağlarla qidalananların yaddaşında isə güclənmə olduğu bildirilir. Beynin inkişafını doğru təmin etməsi üçün uşaqların inkişaf dövrlərində onların qidalanmalarına xüsusi diqqət verilməli, çipsi, pizza və digər xəmirdən hazırlanan və artıq çəkiyə səbəb olan fast food yeməklərindən uzaq durulmalıdır. Bədənin karbohidrata ehtiyacı olduğundan beyin funksiyalarının səmərəli işləməsi üçün lazımdır. Bütün karbohidratlar zərərli hesab olunmur.

Çipsini kola ilə birlikdəqəbul etmək intihardır

Bir əlində çips, bir əlində kola şüşəsi olan kifayət qədər çox gənc görürük. İkisini birlikdə qəbul etməyi intihar hesab edən ingilis mütəxəssislər qadınların 33, kişilərin isə 40 faizindən artıq hissəsinin artıq çəkili olmasından narahatdır. Narahatlığın səbəbi isə bu piylənmənijn 90 faizinin kola-çipsi ikilisindən qaynaqlanmasıdır. Elə bu səbəbdən də bu ölkədə 2006-cı ildən məktəblərdə kola, çipsi kimi zərərli məhsullar satılmır. Amerikadan Afrikaya göndərilən hər yardım paketində mütləq kola və çips olur. Bu cür yardımlardan birində bir bölgəyə çörək çatmadığından günlərdir ac olan uşaqlar çips və kola qəbul ediblər və bu ölümlərinə səbəb olub. Bu hadisədən sonra Amerika  yardım paketlərində fast-food göndərməməyə məcbur olub. Amerikada əsgərlərə axşam saatloarında kola və çips qadağan edilib, çünki hər iki məhsul beyin hüceyrələrinin fəaliyyətini məhdudlaşdırır,  hərbçilərin hərbi əməliyyatlarda uğursuz olmasına, məşqlərdəki tənbəlliyinə səbəb olur. Qlobal kapitalizmin qazanc üçün istehsal etdiyi hər məhsul insanı ölümüə və xəstəliyə doğru sürükləyir. Yəni onlar bizim pulumuzla bizə zəhər yedirdirlər. Bu təhlükəli məhsullardan imtina etməklə həm özünüzü, həm də doğmalarınızı onların qanlı caynağından xilas edə bilərsiniz.

Lalə Mehralı





Həftənin ən çox oxunanları