Yuxarı

AZAL yeni bayram aksiyası elan edib

AZAL yeni bayram  aksiyası elan edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Novruz bayramına həsr olunan yeni aksiya elan edib. “Report” bildirir ki, bayram müddətində istənilən şəxs bir aviabiletin qiymətinə "ekonom" və ya "biznes" sinfi üzrə iki bilet əldə edə biləcək.

Aksiya Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə gediş-dönüş aviabiletlərinə şamil olunur: London, Paris, Berlin, Təl-Əviv, Pekin və Nyu-York. İkinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmur. Aksiya çərçivəsində aviabiletlər martın 18-dən 27-dək satılacaq. Uçuşların müddəti isə aprelin 1-dən mayın 31-dək olacaq. Qeyd edək ki, aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər. Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.





Həftənin ən çox oxunanları