Yuxarı

Bakıda avtobus vəkili vurub öldürdü

Bakıda avtobus  vəkili vurub öldürdü

 

Bakının Nəsimi rayonu Rövşən Cəfərov küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 165 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Nurəddin adlı şəxs metronun "20 Yanvar" stansiyası yaxınlığından üzü 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olub.

Bu zaman onun qarşısına 58 yaşlı Esmira Zeynalova çıxıb. Şahidlərin verdiyi məlumata görə, xanım yolun əks istiqamətinə, yaşadığı binaya keçirmiş. Əraziyə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları ekspertiza işləri aparıblar. Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına göndərilib. Dünyasını dəyişən piyada 58 yaşlı Esmira Zeynalovanın qohumlarının dediyinə görə, mərhum vəkil işləyirmiş. Hadisə baş verməmişdən əvvəl isə o, işdən evə qayıdırmış. Baş vermiş hadisənin dəqiq səbəbləri aparılacaq ekspertiza işlərindən sonra məlum olacaq. (anspress)





Həftənin ən çox oxunanları