Yuxarı

Qəbir və dəfn üçün 63 manat

Qəbir və dəfn üçün 63 manat

qebiristanliqSon zamanlar qəbir daşlarının standartlarının dəyişdirilməsi, qiymətlərin bahalaşdırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. Belə ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, əvvəlki standartlarda heç bir dəyişiklik baş verməyib:

“Standartlar olduğu kimi saxlanılıb. Qəbirin qazılması və dəfn xərcləri üçün 63 manat dövlət rüsumu ödənilməlidir. Əgər kimsə əlavə nəsə tikmək, quraşdırmaq istəyərsə, təbii ki, onun xərci ailə tərəfindən qarşılanmalıdır. O ki qaldı yaşayan bir adamın qəbir yeri sifariş verməsinə, indi biz o kimi məsələlərə baxmırıq. Düzdür, əvvəl olub, amma indi o məsələyə baxmırıq”.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları